Çində "İt dağı"nın görüntüləri gündəm oldu: Milyonlarla baxış sayı topladı
Çində uzunluğuna görə dünyanın üçüncü çayı olan Yantszı boyunca yerləşmiş qeyri-adi dağın görüntüləri gündəm olub.
Bu barədə Oxu.Az Dzen.ru nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Şanxaydan olan dizayner Qo Sinşan Sevgililər Günü tətili zamanı Hubey əyalətinin İçan şəhərində yerləşən dağın fotosunu paylaşıb.
Görünüşünə görə itin başına bənzəyən və "İt dağı" adlanan yerin fotosu qısa müddət ərzində milyonlarla baxış sayı toplayıb.
Görüntülərdə bu təbiət mənzərəsi çaydan "su içən" və ya "balığa baxan" itin başını xatırladır.
"Bu, o qədər sehrli və şirin idi ki... Bunu kəşf etdiyim zaman çox həyəcanlı və xoşbəxt idim", - deyə Qo Sinşan bildirib.
Paylaşımdan sonra bir çox sosial şəbəkə istifadəçisi dağın qarşısında çəkdirdikləri fotoları yayımlayaraq, daha əvvəl onun itə bənzədiyinə diqqət etmədiklərini qeyd ediblər. Hətta bəziləri iddia edib ki, dağın forması illər ərzində dəyişib və bu onun sirrini daha da artırır.
Hazırda çox sayda turist və yerli əhali buraya şəkil çəkdirməyə gəlir, bəziləri hətta ev heyvanlarını da özləri ilə aparır ki, onları "daş it balası" ilə müqayisə etsinlər.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 4633 Tarix: 28 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Niyə evdəki səssizlik narahatlığa səbəb olur: bunun arxasında nə dayanır?
Tam səssizlik insan üçün adi vəziyyətdən daha çox nadir hal sayılır. Məhz buna görə də, hətta təhlükəsiz mühitdə belə, səssizlik bəzən narahatlıq və təşviş mənbəyi kimi qəbul olunur. xarici mediaya istinadla xəbər verir ki, psixoloqların fikrincə, bu reaksiyanın tam məntiqli səbəbləri var və beynin işləm
15 yanvarAğ Ev əlində süd şüşələri olan Trampın fotosunu paylaşdı
Ağ Ev rəsmi "X" hesabında əlində süd şüşələri tutan ABŞ Prezidenti Donald Trampın fotosunu paylaşıb və südün şöhrətini qaytarmağa çağırıb. "Gəlin, südü yenidən möhtəşəm edək", - deyə fotoya başlıq verilib. Fotoda Tramp hər iki əlində bir neçə şüşə doldurulmuş səbət saxlayıb və uzaqlar
15 yanvarYeni il gecəsi tanış olduğu qızı öldürüb meyitini divarın içində gizlətdi
Yaponiyanın Hidaka şəhərində polis bir barın divarının arxasında gizlədilmiş 20 yaşlı qızın cəsədini aşkar edib. Barın sahibi, 49 yaşlı Toşihiko Matsukura isə qətli törətdiyini etiraf edib. xarici KİV-ə istinadla bildirir ki, 20 yaşlı qızın meyiti yanvarın 10-da Hokkaydo adasındakı Hidaka şəhərində tapılıb
14 yanvarNiyə başqasının əsnəməsi bizə də təsir edir?
Bir çox insan əsnəməyin orqanizmdə oksigen çatışmazlığından qaynaqlandığını düşünür. Bəs bu, həqiqətən belədirmi?. xəbər verir ki, mövzu ilə bağlı rusiyalı həkim-terapevt Anastasiya Aqayeva "İzvestiya" nəşrinə müsahibəsində açıqlama verib. Həkim əsnəməyin səbəbləri və insanların niyə bir-birində
13 yanvarAlimlər xroniki yorğunluğun bioloji səbəbini aşkar ediblər
Avstraliyanın Qriffit Universitetinin alimləri xroniki yorğunluq sindromu olan mialgik ensefalomielitin əsasını təşkil edə biləcək bioloji qüsuru aşkar ediblər. xəbər verir ki, nəticələr "Frontiers in Medicine" jurnalında dərc olunub. Tədqiqat göstərir ki, bu xəstəlikdən əziyyət çəkən insanlard
15 yanvarHava limanında pula qənaət etməyin üç ağıllı yolu
Xaricdə istirahət bəzən təyyarə havaya qalxmadan belə xeyli xərc tələb edir. Transferlər, baqaj ödənişləri və hava limanındakı yemək-içmək xərcləri büdcəni sürətlə artıra bilər. xarici mediaya istinadla uçuşdan əvvəl xərcləri azaltmağın effektiv yolları barədə xəbər verir. Yeməkdə qənaət. Əgər uçuşda
15 yanvar