Qoxular əhvali-ruhiyyə və əmək qabiliyyətinə necə təsir edir?

Qoxular əhvali-ruhiyyə və əmək qabiliyyətinə necə təsir edir?"Qoxular insan həyatında ilk baxışdan göründüyündən daha mühüm rol oynayır. Onlar əhvali-ruhiyyəyə, konsentrasiyaya, yaddaşa və hətta əmək qabiliyyətinə təsir göstərir".

Oxu.Az xəbər verir ki, bunu rusiyalı nevroloq Qalina Çudinskaya "İzvestiya"ya bildirib.

Mütəxəssisin fikrincə, qoxular müxtəlif təsirlərə malikdir. Məsələn, limon, rozmarin, nanə, reyhan, adaçayı və evkalipt qoxuları konsentrasiyanı artıra və zehni fəaliyyəti aktivləşdirə bilər. Kəklikotu, lavanda və melissa kimi aromatlar isə əksinə, stresin səviyyəsini azaldaraq və əhval-ruhiyyəni yaxşılaşdıraraq, rahatlaşmağa kömək edir.

"2017-ci ildə Cənubi Federal Universitetində aparılan maraqlı bir araşdırma, portağal efir yağının qoxusunun qısamüddətli vizual yaddaşı əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcəyini göstərdi. Portağal ətiri beynin müəyyən strukturlarını aktivləşdirir ki, bu da məlumatın daha yaxşı yadda saxlanmasına kömək edir. Düzdür, bu müalicə metodu Altsheymer kimi xəstəliklərdə kömək etmir, lakin yaddaşı gücləndirmək üçün əlavə stimul kimi faydalı ola bilər", - Çudinskaya qeyd edib.

Nevroloq əlavə edib ki, məktəblilər və tələbələr üçün sinif otaqlarında sitrus və ya nanə kimi stimullaşdırıcı qoxuların istifadəsi mənimsəməni yaxşılaşdıra bilər, istirahət yerlərində isə rahat və sakit atmosfer yaratmaq üçün rahatlaşdırıcı aromalardan istifadə etmək yaxşı olar.

Eyni zamanda, o qeyd edib ki, qoxu qabiliyyətinin itməsi - anosmiya təkcə fiziki narahatlığa deyil, həm də əhəmiyyətli stresə çevrilə bilər.

Xatırladaq ki, 27 fevral anosmiya barədə maarifləndirmə günüdür.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1277   Tarix: 28 fevral 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Özcan Dənizdən "Kalp yarası" ilə bağlı maraqlı AÇIQLAMA: "Sezen Aksu məni inandırdı"

Türkiyəli müğənni və aktyor Özcan Deniz ötən axşam Girnədə yerləşən otellərdən birində səhnəyə çıxıb. yerli mediaya istinadla xəbər verir ki, sənətçi konsert zamanı 35 illik karyerasından danışıb. Özcan Deniz bu illər ərzində çoxsaylı film, serial və mahnılara imza atdığını deyib:. "35 il dolu keçdi

21 sentyabr
.

Alimlər "ölümdən qayıdan" hüceyrələr aşkarladı

Alimlər proqramlaşdırılmış hüceyrə ölümünü başladıqdan sonra bu prosesdən sağ çıxan və zədələnmiş toxumaların bərpasına kömək edən hüceyrələr aşkarlayıblar. xəbər verir ki, Veizmann Elm İnstitutunun tədqiqatçıları meyvə milçəklərinin sürfələri üzərində apardıqları təcrübələrdə bu hüceyrələrin şüalanmada

20 sentyabr
.

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün - SƏBƏB

Ev bitkiləri otağa gözəllik qatsa da, bəzi hallarda həşəratlar üçün gizlənəcək yerə çevrilə bilər. xarici mediaya istinadən xəbər verir ki, xüsusilə yatağın yaxınlığında saxlanılan sıx yarpaqlı bitkilər taxtabitləri üçün əlavə sığınacaq yarada bilər. Mütəxəssislər bildirirlər ki, taxtabitləri bitkilərl

20 sentyabr
.

İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq

Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət

17 sentyabr
.

Beyninin yarısı insan toxumasından ibarət siçanlar yetişdirildi

ABŞ-da alimlər insan beyin hüceyrələrini siçanların beyninə köçürərək insan toxumasının üstünlük təşkil etdiyi yeni model yaradıblar. xəbər verir ki, Stanford Universitetinin tədqiqatçıları insan beyninin inkişafını və nevroloji xəstəliklərin mexanizmlərini araşdırmaq məqsədilə genetik modifikasiya edilmi

19 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Telefonun bu funksiyaları həyatınızı xilas edə bilər: aktiv edin

Müasir smartfonlar yalnız zəng etmək və mesaj göndərmək üçün nəzərdə tutulmayıb. Təhlükəli vəziyyətdə bu cihazlar təcili xidmətlərlə əlaqə saxlaya, istifadəçinin yerini ötürə, yaxınlarını məlumatlandıra və mümkün təhlükə barədə xəbərdarlıq edə bilər. xarici mediaya istinadla xəbər verir ki, "Popula

22 sentyabr
.

Süni intellekt dövründə hansı peşələr dəyişəcək? - Video

"Süni intellekt birbaşa peşələri sıradan çıxarmır, ilk növbədə, həmin sahələrdəki təkrarlanan tapşırıqları avtomatlaşdırır". Bu fikirləri İKT mütəxəssisi Asim Namazov bildirib. Ekspertin sözlərinə görə, məlumatların daxil edilməsi, standart sənədlərin hazırlanması, sadə mətnlərin tərtibi, məlumatları

20 sentyabr
.

Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət

"Dişləri 2-3 dəqiqə təmizləmək tövsiyəsi sadəcə formal xarakter daşımır, bu, diş ərpinin təmizlənməsi üçün tələb olunan minimum müddətdir". xəbər verir ki, bunu -ya rusiiyalı stomatoloq-ortoped, cərrah, implantoloq Artyom Koryakin deyib. Həkim bildirib ki, diş ərpi bakteriyalardan və onları

21 sentyabr