"Telegram"dan yeni funksiya: İstifadəçi barədə bütün məlumatlar göstəriləcək

"Telegram"dan yeni funksiya: İstifadəçi barədə bütün məlumatlar göstəriləcək"Telegram" yeni funksiyanı təqdim etməyə hazırlaşır. Bundan sonra yeni dialoq başlatmış istifadəçi barədə ətraflı məlumat göstəriləcək - istifadəçinin telefon nömrəsinin verildiyi ölkə, qeydiyyat ayı və ili, ümumi qrupların sayı və siyahısı, həmçinin istifadəçinin təsdiq statusu.

Oxu.Az bu barədə "Telegram Info" kanalına istinadən məlumat verir.

Bildirilir ki, yenilik "Android" üçün "Telegram"ın 11.8 versiyasında aşkar edilib.

"Telegram"ın qurucusu Pavel Durov bu funksiyanın təqdimatını 2024-cü ilin iyulunda elan etmişdi.

Yeniliyin əsas məqsədi iki şeyə xidmət edir: özünü başqası kimi qələmə verən dələduzlarla mübarizə aparmaq və servisin istifadəsini daha rahat etmək.

Hazırda bu funksiyanın yalnız "beta" versiyasında işlədiyi üçün rəsmi buraxılış zamanı dəyişikliklər ola bilər. Amma adətən "Telegram"ın açıq beta versiyalarında artıq hazır həllər sınaqdan keçirilir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1107   Tarix: 02 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maqnitlə işləyən soyuducu - qazsız soyudur

Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori

22 sentyabr
.

Yaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?

Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları

22 sentyabr
.

Rusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi

Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb

21 sentyabr
.

Göbək nahiyəsinə masajla böyrək daşlarını çıxardığını iddia edən şəxsin görüntüləri müzakirə yaratdı - VİDEO

"Böyrək daşı tökürəm" deyərək nümayiş etdirilən görüntülər sosial şəbəkələrdə diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki,kadrlarda bir şəxsin göbək nahiyəsinə müxtəlif hərəkətlərlə masaj etdiyi, daha sonra isə ovucunda saxladığı daşabənzər kiçik parçaları qaba qoyduğu görünür. Şəx

18 sentyabr
.

Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi

Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar

19 sentyabr
.

Qorxulu yuxuların səbəbi - Açıqlandı

İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində

18 sentyabr
.

Ay necə yaranıb? - Yeni missiya sirri aça bilər

Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar

22 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Bəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?

Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları

20 sentyabr