İtlərin fotosunu çəkmək üçün işindən ayrıldı
Nyu-York ştatının Buffalo şəhərində doğulub böyüyən və ömrü boyu itləri sevən Con Fabiano həmişə itlərlə insanlar arasındakı münasibətlərə valeh olub. Amma heç vaxt ağlına gəlməzdi ki, bu maraq onun işinə çevriləcək.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, korporativ sahədə işlədiyi dövrdə özünü narazı hiss edən Fabiano küçə itlərinin fotolarını çəkməyi xoşladığını anlayandan sonra, bu işdən qaçış planı qurmağa başlayıb.
2022-ci ildə işdən ayrılaraq dünyanı gəzməyə və itlərlə insanlar arasındakı müxtəlif bağları sənədləşdirməyə qərar verib.
Son iki ildə o, Qrenlandiyaya gedərək qrenland itlərinib, Almaniyaya səfər edərək alman çoban itlərinin və Yaponiyaya gedərək şiba-inu cinsinin şəkillərini çəkib. Bütün bunlar onun "Wags Around the World" adlı layihəsinin bir hissəsidir.
"Təxminən 35 yaşım var, səyahət edirəm və itləri fotoqrafiya edirəm", - Fabiano bildirirb.- "Korporativ dünyadan ayrıldım və indi bundan daha xoşbəxt və daha əyləncəli ola bilməzdim".
Hansı ölkələri ziyarət edəcəyinə qərar verərkən, Fabiano izah edir ki, o, insanların itlərlə qurduğu müxtəlif əlaqələri əks etdirən mövzular müəyyən edib.
O, layihəsini dörd qrupa bölüb: vəhşi itlər, işləyən itlər, safqan itlər və "kənar itlər".
Səyahətinə 2023-cü ilin martında Almaniyadan başlayır. Burada 10 alman çoban iti olan bir qadınla tanış olur və onunla dərhal bir bağ qurur.
"Bunun mənə bu qədər təsir edəcəyini bilmirdim, dünyanın hər yerində insanlarla qurduğum əlaqələr inanılmazdır," - o, etiraf edir.
Fabiano qeyd edir ki, illər ərzində itlə - Viola adlı dostu ilə münasibəti ona çətin dövrləri aşmağa kömək edib və özünü məqsədsiz hiss etdiyi vaxtlarda ona fokuslanmaq imkanı verib.
Zaman keçdikcə Fabiano itlərə bir növ ilham mənbəyi kimi baxmağa başlayıb və onların "həyat eşqinə" və hər an hərəkətdə olmağa hazır olmalarına heyran qaldığını bildirir.
"İtləri sevməyin və onlara hörmət etməyin standart qaydası yoxdur", - o deyir. "Hər bir münasibət unikaldır və itlər bizdən olduqca az şey tələb edir".
Almaniyadan sonra növbəti dayanacağı Qrenlandiya olur. Orada itlərlə xizək sürərkən çəkdiyi bir foto, ona 2024-cü ildə "Dog Photography Awards" müsabiqəsində sənədli foto kateqoriyasında birinci yer qazandırır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1118 Tarix: 03 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrYaşıl çay çəkiyə nəzarət etməyə necə kömək edir?
Yaşıl çay maddələr mübadiləsini dəstəkləyə və çəkiyə nəzarətə köməkçi vasitə kimi istifadə edilə bilər. xəbər verir ki, bu barədə rusiyalı qidalanma mütəxəssisləri "PrimaMedia"ya müsahibələrində danışıblar. Mütəxəssislərin sözlərinə görə, yaşıl çayın tərkibindəki katexinlər termogenez və yağları
22 sentyabrRusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi
Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb
21 sentyabrQış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
Qış aylarlarının yaxınlaşması ilə birlikdə elektrik, su və istilik sistemlərində baş verə biləcək xətalara qarşı evlərdə bəzi hazırlıqlar görülməlidir. mütəxəssis tövsiyələri çərçivəsində hazırlanan bələdçi fövqəladə hallarda əsas ehtiyacların fasiləsiz qarşılana bilməsi üçün evdə saxlanılmalı olan məhsullar
19 sentyabrQorxulu yuxuların səbəbi - Açıqlandı
İnsanlarda yuxu pozuntusuna səbəb olan amillər və gecə kabuslarının əsas yaranma səbəbləri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə həkim Karema Maqomedova danışıb. Onun sözlərinə görə, gecə kabusları müxtəlif nevroloji pozuntular, o cümlədən yuxu zamanı tənəffüs pozuntuları səbəbində
18 sentyabrAy necə yaranıb? - Yeni missiya sirri aça bilər
Merkuriyə doğru hərəkət edən "BepiColombo" kosmik missiyasının toplayacağı məlumatlar Ayın yaranması ilə bağlı yeni ipucları verə bilər. Tədqiqatçılar planetlərin formalaşdığı dövrdə baş verən nəhəng toqquşmaların Yerin təbii peykinin yaranmasında hansı rolu oynadığını aydınlaşdırmağa çalışırlar
22 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrBəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20 sentyabr