Bethovenin saçları bəstəkar barədə 200 illik sirrə aydınlıq gətirdi
Alman bəstəkarı Lüdviq van Bethovenin saçlarında tapılan qurğuşun onun sağlamlığının pisləşməsinə səbəb olan mümkün amil ola bilər.
Oxu.Az-ın məlumatına görə, bu barədə ZDF telekanalı Kembric Universiteti rəhbərliyindəki beynəlxalq alimlər qrupu tərəfindən aparılan tədqiqatı əsas götürərək xəbər verib.
Bəstəkar eşitmə itkisindən, mədə spazmlarından, şişkinlikdən və ishaldan əziyyət çəkirdi, lakin bu narahatlıqların səbəbləri 200 ildən çox müddət ərzində sirr olaraq qalmışdı. Bu boşluğu doldurmaq məqsədilə tədqiqatçılar Bethovenin iki orijinal saç telini araşdırıblar və təhlil üçün ABŞ-nin Mayo Klinikasında aparılan analizlərdən istifadə ediblər. Tədqiqatda kiçik miqdarda materialdan istifadə olunub: saçlar yuyulub, qurudulub və azot turşusuna batırılıb.
Nəticələr göstərib ki, bəstəkarın saçlarında tapılan qurğuşun səviyyəsi müasir normalardan əhəmiyyətli dərəcədə yüksək olub. Laboratoriya direktoru Pol Canetto bildirib ki, bu, bəstəkarda mədə ağrıları və həzm problemləri ilə əzab çəkməsinin səbəbi ola bilər.
Qeyd edilir ki, qurğuşun zəhərlənməsi XIX əsrdə geniş yayılmışdı. Toksikologiya tarixçisi Ronen Lebşteyn izah edib ki, qurğuşun müxtəlif gündəlik əşyalarda və ucuz şərablarda mövcud idi. Məlumdur ki, Bethoven gündə bir şüşə şərab içirdi, bu da onun bədənində qurğuşun yığılmasına səbəb ola bilərdi.
Bununla belə, bəzi tədqiqatçılar qurğuşunun Bethovenin eşitmə itkisininin tək səbəbi olaraq göstərməyə şübhə ilə yanaşırlar, çünki eşitmə problemləri artıq 27 yaşında başlayıb, analiz edilən saçlar isə bəstəkarın həyatının daha sonrakı dövrünə aiddir.
Canetto bildirib ki, yaş keçdikcə bədənin içində qurğuşun miqdarı artaraq, bəstəkarın vəziyyətinin pisləşməsinə səbəb ola bilərdi. Lakin bütün xəstəliklərinin və ölüm səbəblərinin tam təsdiqlənməsi yalnız onun cəsədinin ekshumasiya edilməsi ilə mümkün ola bilər ki, bu isə hazırda mümkün deyil.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1237 Tarix: 07 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHər gün soyuq duş qəbul etsəniz, nə baş verər?
Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin
8 noyabrYumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul
Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt
8 noyabrMətbəxlərdə mərmər dövrü bitdi: Yeni sistem gəldi
İllərdir lüksün simvolu olan mərmər mətbəx dəzgahları cızılma, ləkə və qulluq problemlərinə qarşı daha davamlı olan farfor, sinterlənmiş daş və kvars kimi yeni nəsil alternativlərlə əvəz olunur. xəbər verir ki, təbii damarlı və şık görünüşə malik mərmər məsaməli quruluşu səbəbindən limon, qəhvə və ya
14 noyabrHər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
7 noyabrBu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12 noyabrKartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur
Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək
15 noyabrTelefonları folqaya bükməyə başladılar - SƏBƏBİ...
Ağıllı telefon istifadəçiləri rəqəmsal gizlilik üçün maraqlı bir üsula müraciət edirlər. Cihazı kənar siqnallardan təcrid etmək məqsədilə alüminium folqadan istifadə olunması geniş müzakirə olunur. xəbər verir ki, telefonu alüminium folqaya bürümək cihazın xarici aləmlə qurduğu naqilsiz əlaqələri kəsmə
14 noyabrSürücülər payızda avtomobilə niyə sabun parçası qoyurlar? - İnanılmaz SƏBƏB
Adi bir sabun parçası payız aylarında sürücülərin köməyinə çata bilər. Yağışların artması, havanın rütubətlənməsi və temperaturun tez-tez dəyişməsi avtomobil sahibləri üçün əlavə çətinliklər yaradır. Belə hallarda sadə məişət vasitələri də faydalı ola bilər. Məhz buna görə bəzi təcrübəli sürücülər avtomobili
15 noyabr