67 il əvvəl müəmmalı şəkildə yoxa çıxan ailənin avtomobili çaydan çıxdı
ABŞ-ın Oregon ştatında 67 il bundan əvvəl itkin düşən ailəyə aid yeni iz tapılıb.
Qaynarinfo xəbər verir ki, 1958-ci ilin 7 dekabrında Milad üçün yaşıllıq toplamaq məqsədilə dağlara gedən beş nəfərlik Martin ailəsi sirli şəkildə yoxa çıxıb. Hadisə həmin dövrdə böyük əks-səda doğurub.
67 il sonra əldə edilən yeni bir ipucu bu müəmmalı hadisəsini yenidən gündəmə gətirib.
Rəsmilər, ailəyə məxsus olduğu düşünülən avtomobilin Kolumbiya çayında tapıldığını açıqlayıb.
Avtomobili yeddi il davam edən araşdırmalarından sonra dalğıc Archer Mayo aşkarlayıb. 15 metr dərinlikdə, başıaşağı vəziyyətdə aşkar olunan avtomobil, iki gün davam edən qazıntı işləri nəticəsində kran vasitəsilə sudan çıxarılıb. Lakin avtomobilin gövdəsi qoparaq yenidən çayda qalıb.
Hood River rayonun rəhbərinin müavini Pit Hyuz bildirib ki, avtomobilin şassisi məhkəmə-tibbi ekspertizaya göndəriləcək. Onun sözlərinə görə, sudan çıxarılan avtomobillə Martin ailəsinə aid maşına aid bütün əlamətlər-rəngi, markası və modeli çox uyğun gəlir.
Hadisənin baş verdiyi il Susan (11) və Virginia (13) adlı iki qız uşağının cəsədləri Kolumbiya çayında tapılsa da, lakin ata, ana və onların 14 yaşlı qızları Barbara barədə heç bir izə rast gəlinməyib.
Həmin dövrdə "Associated Press" polisin Martin ailəsinin avtomobilinin səhralıq bir kanyona və ya çaya düşmüş ola biləcəyi ehtimalı üzərində dayandığını yazıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2541 Tarix: 10 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Samarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib
Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"
22 sentyabrQırğızıstanın sabiq fövqəladə hallar naziri iki ay müddətinə həbs edilib
Qırğızıstanın sabiq fövqəladə hallar naziri Boobek Ajikeyev iki ay müddətinə həbs edilib. "Report" yerli mediaya istinadən xəbər verir ki, bu qərarı Hərbi Prokurorluğun müstəntiqinin vəsatəti əsasında Bişkekin Pervomayski Rayon Məhkəməsi çıxarıb. Qeyd olunub ki, Ajikeyevə Qırğızıstan Cinayə
20 sentyabrİlk Homo sapiensin üzü necə görünürdü?
Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf
22 sentyabrRusiyada ayılar bu şəhəri əhatəyə aldı
Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb
23 sentyabrTokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə
21 sentyabrQırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabrPeskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərin
23 sentyabrPaşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istəyini bildirib
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri dərinləşdirmək istədiyini açıqlayıb. xəbər verir ki, o, bu barədə "İzvestiya"nın şərhçisinə verdiyi müsahibədə bildirib. "Rusiya Federasiyası ilə münasibətlərə gəldikdə isə, biz münasibətlərimizi inkişaf etdirmək, münasibətlərimiz
24 sentyabr