Tarixin ən hazırcavab saray təlxəyi – Krala sillə vurdu, edamdan xilas oldu

Tarixin ən hazırcavab saray təlxəyi – Krala sillə vurdu, edamdan xilas olduOrta əsirlərdə bütün kral saraylarında bir neçə formada təlxək var idi. Onların bəziləri musiqi ifa edir, bəziləri janqlyorluq edir, bəziləri isə aktyor səhnəcikləri qurmaqla hökmdarı və əyanlarını əyləndirirdi. Orta əsr Avropasında təlxəklər imtiyazlı sinif üçün mühüm sosial rol ifa edirdilər. Söz azadlığının olmadığına görə lordlar kralı tənqid edə bilmirdilər, kral isə lordları tənqid etməyi özünə sığışdırmırdı. Onların əvəzinə bu işi təlxəklər öz üslublarında görürdülər. Bu zaman təlxək sərhədi aşardısa, onu öldürməzdilər, başqa cür cəzalandırardılar.

Lent.az tarixin ən hazırcavab, iti ağıla malik təlxəyi, Fransa kral sarayında xidmət etmiş Tribule haqda yazını təqdim edir.

Tribule (1479-1536) Fransa kralları XII Lüdovik və I Fransikin saray təlxəyi olub. Onun haqqında, xüsusən də həyatının ilk illəri ilə bağlı dövrümüzə məlumat çatmayıb. Onun əsil adının Le Ferrial olduğu məlumdur.

Tribule zarafatcıl, müasirlərinin xatirələrinə görə, çirkin olduğu qədər də müdrik və hazırcavab biri idi. Epitafiyada o, istedadlı rəssam, akrobat, mim, rəqqas, "söz adamı", həm də orta səviyyəli musiqiçi kimi təsvir edilmişdir. Çox güman ki, o, 1515-ci ildə İtaliya yürüşü zamanı Kral I Fransiski müşayiət edib.

İllər keçdikcə Tribule lətifələrin, zarafatların və bir çox nağılların qəhrəmanına çevrildi, hətta Rabye və Viktor Hüqonun əsərlərinə personaj kimi girməyi bacardı və buna görə də saray təlxəyinin reallıq dərəcəsini müəyyən etmək o qədər də asan deyil. Tribule haqda ən maraqlı əhvalat təlxəyin görünməmiş cəsarətindən sonra yaranan qalmaqal idi: o, açıq şəkildə Fransa kral I Fransiskin ənsəsinə bir sillə vurmuşdu.

Adətən təlxəklərə hər şey bağışlanırdı, lakin bu dəfə kralın səbri tükəndi və o, Tribuleni edam etməklə hədələdi. Nəhayət, bir az sakitləşən Fransisk təlxəyə indiyə qədər etdiyindən daha təhqiramiz şəkildə üzr istəyə bilsə, onu bağışlayacağını deyir. Tribule isə buna belə cavab verdi: "Çox üzr istəyirəm, əlahəzrət, sizi tanımadım! Həmin an sizi kraliça kimi qəbul etdim!".

Bir tərəfdən, monarxın arzusu tam yerinə yetirildi, lakin bundan bir gün əvvəl kral ölüm cəzası altında bütün təbəələrinə kraliçanı təhqir etməyi qadağan edən fərman vermişdi və buna görə də Tribule həmin fərmanla edam oluna bilərdi. Tribule cəlladın yanına gətirildir və Tribuleni edam etmək istəməyən Fransisk I ona nədən öləcəyini seçməyi təklif etdi.

Tribule yenə iti ağlını işə salır və cavab verir ki, qocalıqdan ölmək istəyir. Təlxəyin hazırcavablığına heyran olan kral onu əfv edir. Ancaq belə bir fikir var ki, əfvdən sonra Tribule Fransadan qovulub. İstənilən halda, edamdan xilas olan Tribule 1536-cı ildə 57 yaşında vəfat etdi.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1367   Tarix: 10 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maqnitlə işləyən soyuducu - qazsız soyudur

Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori

22 sentyabr
.

Göbək nahiyəsinə masajla böyrək daşlarını çıxardığını iddia edən şəxsin görüntüləri müzakirə yaratdı - VİDEO

"Böyrək daşı tökürəm" deyərək nümayiş etdirilən görüntülər sosial şəbəkələrdə diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki,kadrlarda bir şəxsin göbək nahiyəsinə müxtəlif hərəkətlərlə masaj etdiyi, daha sonra isə ovucunda saxladığı daşabənzər kiçik parçaları qaba qoyduğu görünür. Şəx

18 sentyabr
.

Britni Spirsin əfsanəvi hiti "Toxic" onun üçün yazılmayıb: təəccüblü fakt

Britni Spirsin ən məşhur mahnılarından biri olan "Toxic" əslində onun üçün yazılmayıb. xarici mediaya istinadla xəbər verir ki, mahnının müəllifləri əvvəlcə kompozisiyanı Canet Cekson üçün hazırlayıblar. Mahnının həmmüəllifi Keti Dennis də bildirib ki, "Toxic" üzərində işləyərkə

22 sentyabr
.

Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?

Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y

19 sentyabr
.

30 dollara almışdı - 150-250 min dəyəri var imiş

ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"

21 sentyabr
.

Alimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu

Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu

19 sentyabr
.

Rusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi

Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb

21 sentyabr
.

Çox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır

Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:

20 sentyabr
.

Dizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA

"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl

17 sentyabr