Alla Puqaçova sifarişli qətlin təşkilində ittiham olundu
Məşhur müğənni Alla Puqaçova Rusiyada sifarişli qətlin təşkilində ittiham olunub və indi dindirməyə çağırıla bilər.
Lent.az xarici mənbəyə istinadən xəbər verir ki, Federal Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Layihəsinin (FTKL) rəhbəri Vitali Borodin ona qarşı sui-qəsd cəhdinin olduğunu iddia edib və bu hadisənin təşkilində müğənni Alla Puqaçovanı, eləcə də müxalifətçilər Mixail Xodorkovskini və Leonid Nevzlinı günahlandırıb.
Borodin Rusiya İstintaq Komitəsinə martın 9-da NTV kanalında yayımlanan "Yeni rus sensasiyaları" verilişindən sonra müraciət edib. Verilişdə onun Puqaçova haqqında səsləndirdiyi fikirlərin, həmçinin müğənninin dövlət təltiflərindən məhrum edilməsi, xarici agent kimi tanınması və cinayət məsuliyyətinə cəlb olunması təşəbbüslərinin mümkün hücumun səbəbi ola biləcəyi iddia olunub.
Məmur əminliyini ifadə edərək bildirib ki, istintaq bütün aidiyyəti şəxsləri məsuliyyətə cəlb edəcək. O, həmçinin cinayət işinin açılacağına ümid etdiyini və Alla Puqaçovanı ifadə vermək üçün gəlməyə çağırdığını qeyd edib.
Borodin müraciətində öz həyatından narahat olduğunu da vurğulayıb və bu barədə ədliyyə general-mayoru Andrey Strijova rəsmi ərizə verdiyini bildirib.
Qeyd edək ki, FTKL rəhbəri daha əvvəl də mədəniyyət nümayəndələrini, o cümlədən Liliya Axedjakovanı, Layma Vaykuleni, Semyon Slepakovu və Danila Kozlovskini ittiham edib. Bundan əlavə, o, Santa-Klausun xarici agent kimi tanınmasını təklif edib və bunu onun guya Şaxta babaya alternativ yaradaraq rus mədəniyyətini əvəz etməsi ilə əsaslandırıb.
Xatırladaq ki, Alla Puqaçovaya və Rusiyada xarici agent kimi tanınan Maksim Qalkinə məxsus olan Qryaz kəndindəki qala yerli sakinlərin narazılığına səbəb olub. Onlar hesab edirlər ki, bina kəndin ümumi görünüşünə uyğun gəlmir və sökülməlidir.
"Qalanı partlatmaq lazımdır, çünki o, ətraf mühitə uyğun deyil. Onlar burada özlərinə Kurşavel qurublar, amma bura kənddir", - bir kişi bildirib və mülkün vəziyyətinə və orada qara kifin əmələ gəlməsi ilə bağlı şayiələrə əhəmiyyət vermədiyini vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO
Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd
2 sentyabr 2021Kənan MM-ə AĞIR İTKİ - FOTO
Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb
7 sentyabr 2021Əməkdar artist AzTV-də aparıcılıq edir
Əməkdar artist Elnur Kərimov aparıcılığa başlayıb. xəbər verir ki, aktyor AzTV-də çalışır. O, Xədicə Sənanqızı lə birlikdə "Gün başladı" proqramına aparıcılıq edir. Veriliş həftəiçi beş gün səhər saatlarından yayımlanır. Qeyd edək ki, XəSənanqəzə ötən mövsüm proqramı tək aparırdı
4 sentyabr 2021Könül Xasıyeva bundan sonra bu işlə məşğul olacaq
Xalq artisti Könül Xasıyeva bundan sonra pedaqoq kimi fəaliyyət göstərəcək. xəbər verir ki, xanəndə olmaq istəyənlər Xasıyevanın onlayn dərslərinə qoşulacaq:. "Oktyabrın 1-dən onlayn muğam dərslərinə başlayıram. Yaş fərqi olmadan, tələbəm olmaq istəyənlərə dərs açıqdır. Dərslərin həftədə neçə dəfə
10 sentyabr 2021Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davamlı olara
18 sentyabr 2021Xalq artistinin oğlu universitetə qəbul oldu - FOTO
Xalq artisti Mənsum İbrahimovun oğlu İbrahim universitetə daxil olub. Axşam.az-a istinadən xəbər verir ki, bu haqda xanəndə özü məlumat yayıb. Sənətçi övladının ingilis dilində təhsil alacağını bildirib:. "Oğlum İbrahim Qərbi Kaspi Universitetinin tarix fakültəsinə qəbul oldu. İbrahimin timsalınd
10 sentyabr 2021Sənubər İsgəndərli aparıcılıq edəcək
Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündür başlayıb. Yaxın günlərd
17 sentyabr 2021Məşhur müğənni koronavirusdan vəfat etdi
Şri-Lankanın məşhur vokalisti və bəstəkarı, "The Gypsies" qrupunun ifaçısı Sunil Perera 68 yaşında vəfat edib. Axşam.az-a istinadən xəbər verir ki, müğənni bu gün müalicə aldığı xəstəxanada koronovirusdan dünyasını dəyişib. Ötən ay COVID-19 testi pozitiv çıxan Sunil xəstəxanaya yerləşdirilib
6 sentyabr 2021