"Boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır" - Şöbə müdiri
Boşanmaların 70 faiz təşəbbüskarı qadınlardır.
Sonxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova "Ailə, qadın və uşaq hüquqları - konstitusion hüquqların əsas prioriteti kimi" mövzusunda parlamentdə keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əvvəlki illərdə erkən nikahla bağlı qanunvericiliyə edilən dəyişikliklər yetərli olmayıb:
"Məsələn, hələ də doğulan uşaqların 15 faizinin nikahdankənar olması ilə bağlı narahatlıq doğuran statistika var. Bundan başqa, anomaliya ilə doğulan uşaqların sayında 65 faiz, talassemiyalı uşaqların sayında isə 86 faiz artım var. Həmçinin üç və daha artıq uşağı olan ailələrin sayı getdikcə azalır. Çoxuşaqlı ailələrin sayını artırmaq üçün qanunvericiliyə yenidən baxmalıyıq".
Şöbə müdiri bildirib ki, doğulan uşaqların cins nisbətində ciddi problem var və bu səbəbdən reproduktiv sağlamlıqla bağlı qanunun qəbulu vacibdir:
"Alimentin ödənilməsi problemi, Aliment Fondunun yaradılması da gündəmdədir. Qanunvericilik sərtləşdirilsə də, borcluların 70 faizindən çoxu işsiz, gəliri olmayanlardır. Ona görə də Aliment Fondunun yaradılması vacibdir".
Dövlət Komitəsinin rəsmisi əlavə edib ki, boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır:
"Onlar xasiyyətlərinin uyğun gəlmədiyini əsas gətirirlər, amma təcrübə daha dərin problemlərin olduğunu göstərir. Ona görə də ailə qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb və bu yaxınlarda Milli Məclisə təqdim olunacaq".
T.İbarahimova həmçinin vurğulayıb ki, qəsdən adam öldürmə cinayətlərinin əksəriyyəti ailə-məişət zəminindədir:
"Eyni zamanda adam oğurluqlarının əksəriyyəti qızqaçırmalardır və bu da ciddi problemdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 943 Tarix: 12 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili
22 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrNamiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz
23 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v
24 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabr