Mədə yanması zamanı istifadə edilən məşhur xalq təbabəti vasitəsi: Sodanın təhlükələri nələrdir?

Mədə yanması zamanı istifadə edilən məşhur xalq təbabəti vasitəsi: Sodanın təhlükələri nələrdir?"Su ilə qarışdırılmış qida sodası mədə yanmasının müalicəsi üçün məşhur xalq təbabəti vasitəsi hesab edilir.

Bu içki sinədə xoşagəlməz yanma hissini aradan qaldırmağa kömək edir. Lakin əslində bu cür "müalicə"nin təsiri qısamüddətli olur, müntəzəm və ya çox böyük dozalarda istifadə edildikdə isə soda orqanizmə ciddi zərər də verə bilər".

Oxu.Az-ın xəbərinə görə, bu barədə rusiyalı qastroenteroloq və terapevt Sergey Lopatin gazeta.ru-ya müsahibəsində danışıb.

"Biz soda içdikdə mədədə çox miqdarda karbon qazı əmələ gəlir. Bu zaman mədə yanması həqiqətən də dayana bilər. Ancaq daha sonra orqanın divarları qazların təsiri altında genişlənməyə başlayır ki, bu da gəyirmə, narahatlıq və qarında şişkinliyə səbəb olur. Eyni zamanda, mədədə xlorid turşusu ifrazı artır. Nəticədə mədə yanmasının aradan qalxması ilə gələn rahatlıq başqa bir reflükslə əvəz olunur - mədə turşusu qida borusuna daxil olur və mədə yanması yeni güclə qayıdır. Bu effektə "turşu rikoşeti" də deyilir", - deyə həkim bildirib.

Onun sözlərinə görə, bu üsuldan müntəzəm istifadə edildikdə, mədə yanması spazmları daha tez-tez baş verəcək və bu da qida borusunun selikli qişasının zədələnməsinə gətirib çıxaracaq. Sodanın nəzarətsiz şəkildə istehlakı, həmçinin mədə xorası və qastritin kəskinləşməsi baxımından da təhlükəlidir.

"Sodadan sui-istifadə eyni dərəcədə təhlükəli olan başqa nəticəyə də gətirib çıxara bilər ki, bu da bədəndə su-duz balansının pozulmasıdır. Sodanın tərkibində natrium var və onun artıq olması bədəndə mayenin saxlanmasına və şişkinliyə səbəbiyyət verə bilər. Bu, böyrək və ürək-damar xəstəlikləri, o cümlədən hipertoniya xəstəliyi olan insanlar üçün xüsusilə təhlükəlidir. Turşuluğu neytrallaşdıran və ya mədə şirəsinin ifrazını ləngidən əczaçılıq preparatlarından istifadə etmək daha təhlükəsiz və effektivdir. Əgər mədə yanması spazmları müntəzəm olaraq təkrarlanırsa, o zaman sadəcə simptomla mübarizə aparmaq yerinə, qastroenteroloqa müraciət etmək və problemin səbəblərini aydınlaşdırmaq daha məqsədəuyğundur", - deyə Sergey Lopatin qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1387   Tarix: 12 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

8 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

8 noyabr
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11 noyabr
.

Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır

Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla

14 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr