"Xəstəxanada dedilər ki, iynə vurmağa icazə yoxdur, oğlum öldü..." - VİDEO
Şəkinin 10 kəndinin sakinlərinin uzun illər istifadə etdikləri xəstəxanada iynə vurulması qadağan edilib. Bu isə sakinlərin narazılığına səbəb olub. Hazırda həmin xəstəxana Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi kimi fəaliyyət göstərir.
Sonxeber.az xəbər verir ki, bu barədə "Xəzər TV"yə sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, 2011-ci ildə inşa olunmuş Şəki rayonu Aşağı Göynük Kənd Xəstəxanası 2020-ci ilədək 10 kəndin təxminən 20 mindən çox əhalisinə xidmət edib. Ötən ilin yanvar ayından xəstəxana Ailə Sağlamlıq Mərkəzi kimi fəaliyyətini davam etdirir.
Sakinlərin iddiasına görə, burada adi iynənin belə vurulması qadağan edilib. Buna görə də çətinliklə üzləşirlər.
Şikayətçilərdən birinin sözlərinə görə, bəlkə də, vaxtında bu xəstəxanada müdaxilə olunsaydı, oğlu vəfat etməzdi: "Oğlumun ürəyi tutmuşdu. Gətirdim xəstəxanaya, dedilər ki, bizə iynə vurmağa icazə verilmir. Şəkiyə aparana qədər də gec oldu, uşağım rəhmətə getdi. Burada nəsə edə bilsəydilər, uşağım rəhmətə getməzdi..."
Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, iynə vurulması ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil olmadığından burada həyata keçirilmir: "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik Hüquqi Şəxsin əmri ilə təsdiqlənmiş struktur və ştat cədvəlinə əsasən, ötən ildən Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi adlandırılıb. Burada hazırda ilkin tibbi sanitariya yardımı xidmətləri zərfinə müvafiq olaraq 35 adda xidmət həyata keçirilir. Lakin iynələrin vurulması, həmçinin sistem köçürülməsi ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil olmadığından bu xidmətlər Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzində, o cümlədən digər ailə sağlamlıq mərkəzlərində həyata keçirilmir".
Daha ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 805 Tarix: 15 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazirlikdən dəm qazı ilə bağlı əhaliyə - Müraciət
Fövqəladə Hallar Nazirliyi (FHN) dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Havaların soyuması ilə qazla işləyən qızdırıcı cihazlardan istifadənin çoxalması məişətdə dəm qazı təhlükəsini daha da artırır. Nəzərə alınmalıdır ki, qaz cihazlarından istifad
15 dekabrRamil Səfərovun xanımına vəzifə verildi
Polkovnik-leytenant Ramil Səfərovun həyat yoldaşı Şəbnəm Səfərova "Study in Azerbaijan" layihəsinin direktoru təyin edilib. Axşam.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. "Study in Azerbaijan" layihəsinin direktoru kimi fəaliyyətə başlamaq karyeramd
14 dekabrVəfat edən şəxsin pensiyası ilə bağlı vacib məqamlar
Həyat yoldaşı vəfat etmiş biri dünyasını dəyişən şəxsin pensiyasını ala bilməsi üçün özü pensiya yaşına çatmalıdır. xəbər verir ki, bunu vəkil Cəfər Cəfərli deyib. Bildirib ki, bundan əlavə, vəfat edən şəxsin ən azı 25 il sığorta stajı olmalıdır:. "Yəni, vəfat etmiş şəxsin 25 il sığorta stajı olduğ
13 dekabrRəhbərlik etdiyi qurumun borcuna görə bu məmura "stop" qoyuldu
Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) sədri Elçin Həsənovun ölkədən çıxışı məhdudlaşdırılıb. Qaynarinfo-nun məlumatına görə, Bakı Kommersiya Məhkəməsinin hakimi Fərid Hətəmzadə bununla bağlı qətnamə çıxarıb. İş mateteriallarından aydın olur ki, MKTB-nin dövlət büdcəsinə 523 624,2
15 dekabrBakının məşhur universitetində söküntü işləri başlayır
Bakı Slavyan Universitetinin tədris binalarında və yataqxanasında cari təmir işləri aparılacaq. -ə istinadən xəbər verir ki, təmir işləri çərçivəsində bir sıra söküntü və hazırlıq işlərinin görülməsi nəzərdə tutulur. Layihənin ehtimal olunan dəyəri 1 milyon 839 min manat təşkil edir. Qeyd edək ki, b
15 dekabrAzərbaycanlıların üz tutduğu yeni daşınmaz əmlak bazarı: Səbəblər nədir?
Türkiyə Statistika Qurumunun 2025-ci ilin yanvar-oktyabr dövrü üzrə açıqladığı rəsmi məlumatlara əsasən, Azərbaycan vətəndaşları bu ilin ilk on ayında Türkiyədə ümumilikdə 741 mənzil alıblar. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə nəzərəçarpacaq artım olduğunu göstərir. Belə ki, 2024-cü ilin yanvar-oktyab
14 dekabrAzərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 29 %-a yaxın artıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 3 milyard 664,958 milyon manat vəsait yönəldilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,7 % çoxdur. Hesabat dövründə xarici investisiyaları
13 dekabr