Böcəkli delikatestlər və əsl qəhvənin vətəni: Əsrarəngiz Kito şəhəri
Baku TV-nin "Oralarda necədir?" rubrikasının yeni buraxılışı yayımlanıb.
Bu dəfə Bakıdan 13 155 kilometr uzaqda, Cənubi Amerika qitəsində, And dağları arasında vulkanik küllərin üzərində tikilən qədim şəhər - Kitodan bəhs olunub.
Tarixi eramızın 1-ci əsrinə gedib çıxan Kitonun əsası 1534-cü ildə ispanlar tərəfindən qoyulub. Əhalisi ispanlar, hindular, qaradərililər, avropalılar olan bu şəhər 1830-cu ildən paytaxtdır.
Kito əhalisinin ağız dadı müxtəlifdir. Məsələn, burada gürzəyə bənzəyən, amma içində banan və pendir olan xəmir xörəyi milli təamlardandır. Ekvador mətbəxinin delikatesi isə tırtıllardır. Proteinlə zəngin bu tırtıllar Kito əhalisinin sevdiyi yeməkdir. Ekvador həmçinin qəhvə istehsalına və idxalına görə dünyada ilk onluqdadır. Bu ölkənin 250 min hektar ərazisi qəhvə plantasiyalarıdır. Deyilənə görə, buradakı qəhvənin dadı fərqlidir.
Kitoda pensiya yaşı 65-dir və aya 300-400 dollar təşkil edir, yəni 510-680 manat. Bu, Kitoda olan qiymətlər üçün elə də çox deyil. Ona görə də, çox vaxt övladlar valideynlərinə kömək edirlər.
Bu şəhərdə dünyadan köçmək də bahalıdır. Kitoda demək olar ki, hər yerdə doğmaların dəfn mərasimlərinə sertifikat almaq təklif olunur. Bu şəhərdə sağ ikən dəfnin necə keçməsi haqqında düşünmək normaldır. Dəfn sertifikatının qiyməti isə 800-5 000 dollar arasında dəyişir, yəni 1 360-8 500 manat. Məzarlıqda yerin qiyməti isə 7 500-12 000 dollar civarındadır. Bu isə bizim pulla 12 750-20 400 manat edir.(oxu.az)
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 797 Tarix: 16 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabrTelefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
Smartfon istifadəçiləri bəzən ekranın yuxarı hissəsində kiçik yaşıl və ya narıncı nöqtənin göründüyünü müşahidə edirlər. Bir neçə saniyədən sonra yoxa çıxan bu işarə əslində telefonun məxfilik və təhlükəsizlik funksiyalarından biridir. Rəngli indikator tətbiqlərdən birinin telefonun kamerasına və y
19 sentyabr30 dollara almışdı - 150-250 min dəyəri var imiş
ABŞ-nin Miçiqan ştatında əmlak satışında 30 dollara alınmış rəsm əsərinin tanınmış sürrealist rəssam Gertruda Aberkrombinin itirilmiş əl işi olduğu ortaya çıxıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə UPI nəşri məlumat yayıb. Rəsm əsərini alan şəxs onun bir küncündə "Abercrombie, '51"
21 sentyabrAlimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
19 sentyabrRusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi
Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb
21 sentyabrÇox çətin tapmaca: insanların yalnız 1 faizi cavabını tapır
Bu riyazi tapmaca əksər insanları çaşdırır. Sosial mediada ilk baxışdan çaşdırıcı görünə biləcək bir riyazi tapmaca yayılır. bildirir ki, şəkildə qeyri-adi cavabları olan bir neçə nümunə göstərilir və tapşırıq sual işarəsinin yerinə hansı ədədin qoyulmalı olduğunu müəyyən etməkdir. Məsələ belədir:
20 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabr