Ütünü necə düzgün təmizləmək olar?: Faydalı məsləhətlər

Ütünü necə düzgün təmizləmək olar?: Faydalı məsləhətlərÜtü – hər evdə vacib bir cihazdır, lakin digər məişət texnikası kimi, onun da mütəmadi qulluq edilməsinə ehtiyac var. Ütünün alt səthində yığılan kir, su qalıqları və yapışqan ləkələr həm cihazın effektivliyini azalda bilər, həm də paltarlarınızın zədələnməsinə səbəb ola bilər. Ütünüzün yeni kimi işləməsini təmin etmək üçün sadə təmizləmə qaydalarına riayət etməlisiniz.

Lent.az bu qaydaları sizə təqdim edir:

Ütünü necə təmizləmək olar?

Ütünüz geyimlərinizə qulluq etməyə kömək edir, lakin o da zamanla çirklənir və qayğı tələb edir. Ən vacib qaydalardan biri hər istifadədən sonra su anbarını boşaltmaqdır, çünki suyun içəridə qalması kif və ərp yaranmasına səbəb ola bilər.

Təmizləmə üçün lazım olan materiallar:

Yemək sodası

Pambıq çubuqlar

Distillə olunmuş su

Təmizləmə təlimatı:

Ütünün altlığında olan buxar dəliklərini və səthi təmizləmək üçün 2:1 nisbətində su və soda qarışığı hazırlayın. Bu qarışığı alt səthə çəkin, xüsusilə də ərp yığılmış hissələrə diqqət edin. Nəm bir bezlə silin. Pambıq çubuqları distillə olunmuş suya batırıb, buxar dəliklərini ehtiyatla silin. Ütünün su anbarını boşaldın və içini təmizləmək üçün 1/4 stəkan sirkə və 3/4 stəkan su qarışığını içinə doldurun. Ütünü maksimum temperatura gətirin və buxar funksiyasını işə salın. Ütünü bir qabın üstündə tutaraq, çirklənmiş suyun buxarla birlikdə çıxmasını təmin edin. Su anbarı tam boşaldıqdan sonra, ütü təmiz olacaq və yenidən istifadə üçün hazır olacaqdır.

Ütünün özünü təmizləmə funksiyası

Bir çox müasir ütülərdə özünü təmizləmə funksiyası var ki, bu da cihazın qulluq edilməsini asanlaşdırır. Əgər sizin ütünüzdə belə bir funksiya varsa, istehsalçının təlimatlarına əməl edərək bu funksiyanı işə sala bilərsiniz.

Ütünün altlığındakı qara ləkələri necə təmizləmək olar?

Bəzən ütünün alt səthində qara ləkələr yaranır. Bu, parçaların əriməsi, su qalıqları və ya toz səbəbindən ola bilər. Bu cür çirkləri təmizləmək üçün iki sadə üsuldan istifadə edə bilərsiniz.

Lazım olan materiallar

Quru pambıq dəsmal

Duz

Təmizləmə təlimatı:

Ütünü yüksək temperatura qoyun və buxar funksiyasını söndürün. Ütünü quru pambıq parçanın üzərində sürtün, bu, səthdəki ləkələri təmizləməyə kömək edəcək. Bir kağız dəsmalın və ya pambıq parçanın üzərinə bir qaşıq duz səpin. Ütünü bu səthin üzərində sürtərək çirkləri çıxarın.

Ütünüzü nə qədər tez-tez istifadə etdiyinizdən asılı olaraq təmizləmə intervalı dəyişə bilər:

Hər gün istifadə edirsinizsə, ayda bir dəfə təmizləyin.

Daha az istifadə edirsinizsə, ildə bir neçə dəfə təmizləmə kifayət edəcəkdir. Müntəzəm təmizləmə ütünün altlığında toz və kirin yığılmasının qarşısını alacaq, paltarlarınızın zədələnməsinə imkan verməyəcək və cihazın ömrünü uzadacaqdır.

Əlavə məsləhətlər

Sonra suyu boşaldın – bu kif və ərp yaranmasının qarşısını alır.

Ütünü hər istifadədən sonra silin – soyuduqdan sonra nəm bezlə təmizləyin.

Temperaturu düzgün seçin – parçanın materialına uyğun olmayan yüksək temperatur ütünün altlığını zədələyə bilər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 2204   Tarix: 16 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Unitaza buz kubları atmağa başladılar - səbəb

Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə

7 noyabr
.

Düyü bişirərkən bu səhvi etməyin

Düyü bişirərkən onun dibinin yapışqan, üst hissəsinin isə quru qalması bir çox insanın qarşılaşdığı problemdir. Bunun səbəbi hər zaman suyun miqdarı və ya bişirmə müddəti olmaya bilər. İstifadə edilən qazanın forması da yeməyin keyfiyyətinə təsir göstərir. Ölkə.az yerli mediaya istinadən xəbər veri

12 noyabr
.

Romanovların əfsanəvi sapfiri rekord qiymətə satıldı

Bir vaxtlar Rusiya İmperiyasının kral zinət əşyaları kolleksiyasına daxil olan nəhəng sapfirin yerləşdiyi nadir bilərzik İsveçrənin Cenevrə şəhərində keçirilən hərracda gözləntiləri iki dəfədən çox üstələyərək 4,9 milyon dollara alıcı tapıb. "Qafqazinfo" xəbər verir ki, "Sotheby's"

14 noyabr
.

Hər gün soyuq duş qəbul etsəniz, nə baş verər?

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanların xəstəlik səbəbindən işə getmədikləri günlərin sayının azalması və özlərini daha yaxşı hiss etmələri ilə əlaqəli ola bilər. xarivi KİV-ə istinadən xəbər verir ki, İsveçrənin Bazel Universitetinin psixoloqu Lena Qlazer soyuq duşun insan orqanizminə təsirin

8 noyabr
.

Kartof qaynadarkən 1 stəkan əlavə edin - dağılmır, qabığı öz-özünə soyulur

Mətbəxdə kartof qaynadarkən dağılmasının və ya isti qabığını soyarkən barmaqlarınızı yandırmağın qarşısını alan sadə bir üsul mövcuddur. Qaynama suyuna əlavə edilən 1 stəkan sirkə kartofun dağılmasının qarşısını alır və qabığının tək toxunuşla soyulmasını təmin edir. xəbər verir ki, kartofun tərkibindək

15 noyabr
.

Yumurta qızartmaq üçün kərə yağını unudun - Aşpazlardan fərqli üsul

Adi qayğanağın dadını dəyişmək üçün mürəkkəb reseptlərə ehtiyac yoxdur. Cəmi bir neçə damcı küncüt yağı yumurtaya xüsusi aroma verə, kənarlarının xırtıldayan, sarısının isə yumşaq qalmasına kömək edə bilər. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə "Startlap" nəşri yazıb. Yumurt

8 noyabr
.

Peçenyedə dadı dəyişən gizli səhv bu imiş

Peçenyelərin daha dadlı, yumşaq və ideal formada alınması üçün istifadə olunan inqrediyentlərin miqdarını dəqiq ölçmək vacibdir. Ölkə.az yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün adi ölçü qablarından deyil, mətbəx tərəzisindən istifadə etməyi tövsiyə edirlər. Peçenye hazırlanmas

11 noyabr
.

Hamı zibilə atır - Saç tökülməsinin və ağarmasının qarşısını alır

Fəsil dəyişikliyi və stress səbəbindən artan saç tökülməsinə qarşı bahalı kosmetik məhsullar əvəzinə mətbəxdəki təbii vasitələr həll yolu təqdim edir. Qidalandırıcı yağlar ehtiva edən bu üsul saç diblərini qısa müddətdə gücləndirərək tökülməni azaldır. xəbər verir ki, əksər hallarda zibil kimi atıla

14 noyabr
.

Bu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər

2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ

12 noyabr