Kosmosda ilişib qalan NASA astronavtları 9 ay sonra Yerə qayıdırlar
"Boeing Starliner" kosmik gəmisindəki texniki nasazlıq səbəbindən doqquz ay Beynəlxalq Kosmik Stansiyada (BKS) ilişib qalan NASA astronavtları Yerə doğru uçublar.
Oxu.Az-ın xəbərinə görə, bu barədə NASA-nın mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat verib.
Göyərtəsində NASA astronavtları Nik Heyq, Butç Uilmor və Suni Uilyams, həmçinin rusiyalı kosmonavt Aleksandr Qorbunovdan ibarət ekipajın olduğu ABŞ-nin "SpaceX Crew-9" kosmik gəmisi BKS-dən uğurla ayrılıb.
"Crew-9" missiyasının heyəti Yerə qayıtmağa başlayıb", - deyə NASA-nın məlumatında bildirilib.
Qeyd edək ki, kosmik gəmi martın 18-də Bakı vaxtı ilə saat 9:05-də BKS-dən ayrılıb.
ABŞ-li astronavtlar Uilmor və Uilyams BKS-yə 2024-cü il iyunun 5-də gəliblər və onların Yerə qayıtması həmin il iyunun 14-ə planlaşdırılmışdı. Lakin helium sızması və "Starliner"in dörd mühərrikinin sıradan çıxması missiyanı altı aydan çox gecikdirib.
Payızda Uilyamsın xeyli çəki itirdiyinə dair məlumatlar ortaya çıxıb və bu da mütəxəssislərin narahatlığına səbəb olub. NASA rəsmi olaraq bildirib ki, ekipajın səhhəti nəzarət altındadır və təcili geridönüş tələb etmir.
Rusiyalı kosmonavt Qorbunov və astronavt Heyq 2024-cü ilin sentyabrında orbitə buraxılıblar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1496 Tarix: 18 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hər gün yediyiniz makaronun orqanizmə təsiri sizi TƏƏCCÜBLƏNDİRƏCƏK
Makaron artıq uzun müddətdir ki, dünyada ən populyar qida məhsullarından biri hesab olunur. Makaronu sürətli enerji mənbəyi adlandırmaq olar. Onun tərkibində karbohidratlar var və bu maddələr xüsusilə ağır iş günündən və ya ciddi fiziki fəaliyyətdən sonra gücün bərpa olunmasına kömək edir. Lakin məsələni
16 martBir porsiya belə təhlükəlidir: Ultra emal olunmuş qidalar barədə xəbərdarlıq
Çipslər, şəkərli içkilər və hazır yeməklər də daxil olmaqla ultra emal olunmuş qidaların tez-tez istehlakı infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini əhəmiyyətli dərəcədə artırır. Bu qidaların daha çox istehlakı isə riski 67% yüksəldir. xəbər verir ki, bu barədə "Science Daily"
21 martBu uşağı indi bütün dünya tanıyır! - VİDEO
Futbol dünyasının əfsanəvi oyunçularından Lionel Messinin Barcelonaya ilk gəldiyi dövrə aid fotoşəkil sosial mediada geniş diqqət çəkib. xarici mediaya istinadən xəbər verir ki, uşaqlıq yaşlarında Barcelona komadasına qatılan Messinin həmin dövrə aid görüntülərini görənlər, məşhur futbolçunu tanımaqd
18 martDolğun üzlü qadınlar üçün ən yaxşı saç kəsimləri
Dolğun üz formasına malik qadınlar şaquli xətlər yaradan yüngüllük və həcm qatan saç kəsimləri seçməlidirlər. bu saç kəsimlərini təqdim edir:. Saç düzümü görünüşünüzü tamamilə dəyişdirə bilər. Üz cizgilərinizi vurğulaya, daha ahəngdar bir görünüş yarada və hətta sizi daha gənc göstərə bilər. Üz formanız
18 mart102 yaşlı qadına 100 yaşa qədər yaşamaq arzulandı
Qazaxıstanda yeni Konstitusiya ilə bağlı referendumda 102 yaşlı bir qadın iştirak edib. xarici mediaya istinadən xəbər verir ki, təqaüdçü qadının seçki məntəqəsinə gəldiyi bildirilir. Ən yaşlı seçicilərdən biri olan qadın hərarətlə qarşılanıb. Məlumata görə, seçki məntəqəsinin işçiləri ona fəal vətənda
17 martYer kürəsinin göbəyi haradır?
İnsanlar tarix boyu dünyanın haradan başladığını anlamağa çalışıblar. Müxtəlif mədəniyyətlər isə öz müqəddəs saydıqları məkanları "Yer kürəsinin göbəyi" kimi adlandırıblar. Tarixçilərin fikrincə, bu cür yerlər bir neçədir və hər birinin özünəməxsus hekayəsi və simvolik mənası var. xarici mediay
18 mart2050-ci ilə qədər olan qlobal istiləşmə sağlamlığa necə təsir edəcək?
İqlim dəyişikliyi 2050-ci ilədək insanların fiziki aktivliyinə və ümumi sağlamlıq vəziyyətinə ciddi mənfi təsir göstərəcək. xəbər verir ki, bu barədə "The Lancet Global Health" nəşri araşdırmalar nəticəsində məlumat yayıb. Araşdırmalar göstərir ki, yüksəktemperaturlu hava şəraitində idmanl
18 martAlimlər insanın bioloji yaşını ölçən yeni üsulu açıqladılar
Hazırda tədqiqatçılar müxtəlif biomarkerlərdən istifadə edərək telomer, metabolom və klinik qocalma saatlarını müəyyən ediblər. Onların arasında ən etibarlısı "DunedinPACE" modeli kimi tanınan epigenetik saatlar hesab olunur. bildirir ki, bu barədə " "ya AIRI İnstitutunun "Tibbd
15 mart