Çində insana donuz böyrəyi köçürüldü
Çində bir qrup alim pasiyentə geniş dəyişdirilmiş donuz böyrəyi köçürüb.
"Qafqazinfo" "Xinhua" agentliyinə istinadən xəbər verir ki, 69 yaşlı həmin qadın pasiyent terminal mərhələdə böyrək çatışmazlığından əziyyət çəkib.
Məlumata görə, qadına həmin diaqnoz 8 il əvvəl qoyulsa da, ona uyğun donor tapmaq mümkün olmayıb.
Martın 6-da isə həkimlər ona donuz böyrəyinin köçürülməsi üzrə əməliyyatı uğurla icra edib. Orqanda qan axını bərpa edildikdən sonra funksiyasını yerinə yetirməyə başlayıb.
Pasiyentin vəziyyətinin hazırda stabil olduğu bildirilir. Bununla belə, o, müşahidə altında saxlanılır.
Qeyd edək ki, bu, Çində insana donuz böyrəyinin köçürülməsi ilə bağlı ilk uğurlu əməliyyat olub. Bundan əvvəl beyin ölümü keçirmiş və qaraciyər xərçənginin son mərhələsində olan pasiyentlər üzərində oxşar əməliyyat icra edilib. Onu da xatırladaq ki, bundan əvvəl ABŞ-də analoji əməliyyatlar uğurla həyata keçirilib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1285 Tarix: 18 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı
Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində
20 sentyabrKosmosda bir ilk yaşandı - Yadplanetlilərdən birbaşa radio siqnalı gəlib?
Kosmosda bir ilk yaşanıb. Astronomlar ilk dəfə olaraq Günəş sistemindən kənarda yerləşən bir ekzoplanetdən birbaşa gələn radio siqnalları qeydə alıblar. xəbər verir ki, Yer kürəsindən uzaq məsafədə yerləşən "Beta Pictoris b" planetindən daxil olan bu dalğalar, kainatın sirrlərini açmaqda yen
23 sentyabrİran ABŞ-ın hərbi əməliyyatları bərpa etməyə hazırlaşdığını bildirib
İranın Mərkəzi Hərbi Komandanlığı ABŞ-ın bölgədəki bir sıra ölkələrin dəstəyi ilə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək hazırlıqları barədə məlumata malik olduğunu açıqlayıb. xəbər verir ki, bəyanatda qeyd olunur ki, ABŞ-ın hər hansı bir hücumundan sonra bölgədəki ABŞ hərbi bazaların
21 sentyabrYerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma
22 sentyabrABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb
ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras
21 sentyabr