Əzizə həmin gün tədbirə gedirmiş... - İki il sonra həbs olundu

Əzizə həmin gün tədbirə gedirmiş... - İki il sonra həbs olunduAzərbaycan Dövlət Pedaqoji Universitetinin 1-ci kurs tələbəsi Əzizə Əsgərovanın ölümünə səbəb olmuş taksi sürücüsünə hökm oxunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, ADPU-nun "Tarix və coğrafiya fakültəsi" tarix müəllimliyi fakültəsinin 1-ci kurs tələbəsi olan Əzizə həmin gün yoldaşları ilə birgə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsində yerləşən Gənclər Mərkəzindəki tədbirə gedibmiş. Hadisə də o, Mərkəzin önündə yolu keçərkən olub.

Sürücü bildirib ki, 2023-cü ilin noyabrında baş vermiş hadisə vaxtı yolun kənarına çoxlu tələbə yığılıbmış və onlara tərəf baxdıqda fikri bir anlıq yayınıb. Nəticədə o, idarə etdiyi "Toyota Prius" markalı avtomobillə 17 yaşlı Əzizəni vurub.

Təqsirləndirilən şəxs məhkəmədən xahiş edib ki, hər iki valideynini itirməsi, uzun müddətdir ailəli olmasına baxmayaraq, övladının olmaması yüngülləşdirici hal kimi dəyərləndirilsin.

Mərhum tələbənin atası Qalib Əsgərov isə sürücüyə ədalətli cəza verilməsini tələb edib: "İki ilə yaxındır ki, təqsirləndirilən şəxs və onun vəkili məhkəmə proseslərini uzatmaqla onun cəzadan yayındırılmasına çalışırlar. Qızımın vəfat etməsi bizi dərindən sarsıdıb. Sürücüdən şikayətçiyik və onun barəsində qanuni tədbirin görülməsini xahiş edirik".

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 1983-cü il təvəllüdlü E.Səfərova 5 il 3 ay həbs cəzası verilib. O, məhkəmə zalındaca qandallanıb. Cəza müddətindən sonra E.Səfərovun sürücülük hüququ əlavə 2 il müddətə məhdudlaşdırılıb.
Əzizə həmin gün tədbirə gedirmiş... - İki il sonra həbs olunduƏzizə həmin gün tədbirə gedirmiş... - İki il sonra həbs olundu


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1806   Tarix: 19 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Azərbaycana payız gəldi

Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi

23 sentyabr
.

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"

22 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI

Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd

23 sentyabr