İlanların insanlardan çox olduğu ADA
Braziliyanın San-Paulu şəhərindən cəmi 35 kilometr aralıda elə bir yer var ki, ora hətta qayıqla yaxınlaşmaq da qadağandır.
Lent.az-ın xarici mediaya istinadla bildirir ki, söhbət Keymada-Qrandi adasından gedir. Onun sahəsi cəmi 0,43 km² olsa da, burada hər kvadrat metrdə 5 ilana qədər rast gəlinir.
Bu adada yaşayan ilanların çoxu Bothrops insularis növünə aiddir – onlar "ada botropsları" kimi tanınır. Bu ilanların zəhəri qitədəki qohumlarından 5 dəfə güclüdür. Onların sancması toxuma nekrozuna, beyində qanaxmaya səbəb olur və 60–90 dəqiqə ərzində ölüm gətirə bilər.
Niyə ada ilansız qala bilmədi?
Təxminən 11 000 il əvvəl dəniz səviyyəsinin qalxması nəticəsində bu kiçik torpaq sahəsi materikdən ayrıldı. Adada ilişib qalan ilanlar yeni şəraitə uyğunlaşmaq məcburiyyətində qaldılar. Ov üçün məməlilər olmadığından ağaclara dırmanıb quş ovlamağa başladılar.
Zəhərləri isə təkamül keçirdi – daha sürətli təsir göstərməyə başladı ki, ov – yəni quş – uzağa uça bilməsin. Bu ilanlar ağac budaqlarında "donmuş" kimi dayanmağı və qabıqla birləşməyi öyrəndilər. Beləcə, quşlara tullanaraq hücum edirlər.
İnsanlar bu adaya yerləşmək istədilərmi?
Bəli, XIX əsrdə insanlar bu adanı koloniyalaşdırmağa çalışdılar. Hətta bir mayak da inşa edildi. Lakin əfsanəyə görə, mayakın gözətçisi və ailəsi ilanların pəncərədən evə girməsi nəticəsində həlak oldular.
1920-ci ildən etibarən…
Braziliya hökuməti Keymada-Qrandi adasına girişə tam qadağa qoydu. Hazırda adaya yalnız hərbçilər ildə bir dəfə elmi ekspedisiyaları aparmaq üçün alimləri aparırlar. Alimlər müdafiə kostyumlarında işləyirlər, lakin bu belə tam təhlükəsizlik vəd etmir.
Bu ada ekosistemə necə təsir edir?
Adaya uçan quşlar daha ehtiyatlı olmağa başlayıblar. Bəzi növlər ilanları qoxu ilə ayırd etməyi öyrəniblər, digərləri isə yumurtalarını yalnız ilanların çata bilməyəcəyi qayalıqlarda qoyurlar.
Zəhərdən dərmana?
Alimlər Bothrops insularis zəhərini öyrənirlər – ehtimal olunur ki, bu maddə tromb (qan laxtası) əleyhinə dərmanların hazırlanmasına kömək edə bilər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1094 Tarix: 23 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis
24 sentyabrNəhənglər həqiqətən mövcud ola bilərdimi? - Qalileyin 400 illik izahı
Nəhənglər əsrlər boyu mif və əfsanələrin qəhrəmanları olublar. Lakin italiyalı fizik və astronom Qalileo Qaliley insan formasına malik, lakin nəhəng ölçülərdə olan canlıların fizika qanunlarına əsasən əslində heç vaxt yaşaya bilməyəcəyini düşünürdü. Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Galaxy"
21 sentyabrABŞ Yaxın Şərq enerji sektoruna 5 milyard dollar sərmayə qoya bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası Yaxın Şərq ölkələrinə İranla müharibə zamanı zədələnmiş enerji infrastrukturunun bərpasına kömək etmək üçün 5 milyard dollar investisiya qoymağı təklif edib. xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və regional rəsmilər
22 sentyabrSamarada Ukraynanın "Rosneft" neft emalı zavodunda yanğın baş verib
Sentyabrın 22-si Samara bölgəsinə "onlarla" Ukrayna pilotsuz təyyarəsi hücum edib. xəbər verir ki, bu barədə bölgə rəhbəri Vyaçeslav Fedorişçev bildirib. "Düşmən sənaye müəssisələrini hədəfə alıb. Təəssüf ki, mülki obyektlərə, o cümlədən fərdi evlərə, avtomobillərə ziyan dəyib"
22 sentyabrAdanada 5,0 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi
21 sentyabrSentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Yer kürəsində sentyabrın 24-də maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası məlumat yayıb. Gözlənilən maqnit qasırğası Günəşin səthində yarana
23 sentyabrQırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb
Qırğızıstan parlamenti (Joqorku Keneş - Qeyd) növbəti prezident seçkilərinin 27 yanvar 2027-ci ildə keçirilməsini təyin edib. xəbər verir ki, prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarı iclasda iştirak edən 86 deputatın hamısı dəstəkləyib. Qırğızıstan Konstitusiyasının 80-ci maddəsinin 2-ci hissəsin
24 sentyabr