"Bayram gecəsi pulumu, qızıllarımı oğurlayıb evi də yandırıblar"

"Bayram gecəsi pulumu, qızıllarımı oğurlayıb evi də yandırıblar"Xəbər verdiyimiz kimi, martın 21-də Bakının Nizami rayonu Elşən Süleymanov küçəsində 19 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yanğın hadisəsi baş verib. Bayram günü evi yanan kişi pulunun və qızıllarının oğurlandığını iddia edir.

Sonzeber.az "APA TV"yə istinadən xəbər verir ki, ev sahibi Seyfəddin Cumerdov hadisə baş verən gün Şirvan rayonunda olduğunu bildirib.

Onun sözlərinə görə, yanğından sonra qızıl-zinət əşyalarını və pulları yerində tapmayıb: "Mən rayona getmişdim. Zəng etdilər ki, eviniz yanır. Yanğın hadisəsi də elə qızılın və pulun olduğu yerdə olub. Mən oğurluqdan şübhələnirəm. Qızıl və pulun olduğu rəfdəki köynəklər yanmayıb. Əslində onlar külə dönməli idi. Necə ola bilər ki?!"

S. Cumerdov oğruların evə eyvandan girməsindən şübhələndiyini də sözlərinə əlavə edib: "Hadisə gecə saatlarında olub. Hava da yağışlı idi. Çöldə adam olmayıb, tonqal yandırılmayıb. Buna görə də girmək çox rahat olub deyə düşünürəm. Yanğından sonra qızıl və puların olduğu yerə baxmışıq. Orada nə pulun çantasına, nə də qızılın qabına aid hələ ki hər hansı bir detal tapmışıq".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, hadisə barədə polisə müraciət daxil olmayıb. Vətəndaşın müraciəti daxil olduğu təqdirdə qeyd olunan iddiaya hüquqi qiymət veriləcək.

Qeyd edək ki, hadisə yerinə ekspertlər baxış keçirib. Yanğının dəqiq səbəbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 2567   Tarix: 25 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Pakistanda torpaq sürüşməsi: 18 nəfər öldü

Pakistanın şimalında və Xayber Paxtunxva bölgəsinin Torqar əyalətində yağan musson yağışları nəticəsində torpaq sürüşməsi baş verib. xəbər verir ki, sürüşmə zamanı 18 nəfər ölüb. Pakistan rəsmiləri ölənlərin daha çox olduğunu ehtimal edirlər. Pəncab əyalətində ölənlərdən 4-ü uşaqdır. Torqar bölgəsind

12 sentyabr 2021
.

Kürdəmirdə avtomobil aşdı: Ölən və yaralananlar var - FOTO

Kürdəmir rayonunda ağır avtomobil qəzası olub. xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Köhünlü kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan bir nəfər ölüb, iki nəfə

11 sentyabr 2021
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

20 yaşlı oğlan itkin düşüb

Göyçay rayon sakini itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Qaraman kənd sakini, 2001-ci il təvəllüdlü Mustafayev Fuad Məzahir oğlu dünən yaşadığı evdən çıxaraq geri qayıtmayıb. F.Mustafayev evdən çıxarkən onun əynində göy rəngli gödəkcə, cins şalvar, ayağında göy rəngl

13 sentyabr 2021
.

Sabirabadda ağır qəza - Ölən və yaralılar var

Sabirabadda baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər yaralanıb. apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Yastıqobu kəndinin ərazisində baş verib. "Tofaş" markalı avtomobillə "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

12 sentyabr 2021
.

Bakıda "Toyota" piyadanı vuraraq ÖLDÜRDÜ

Bakıda yol-nəqliyyat hadisəsi olub. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 10-u saat 9 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini A.Kamallı idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən paytax

11 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Rəşid Mahmudovun oğlu infarkt keçirdi - FOTO

Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun oğlu infarkt keçirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Rəşid Mahmudovun oğlu xəstəxanaya yerləşdirilib və vəziyyəti ağırdır

12 sentyabr 2021
.

Hövsan yolunda iki maşın toqquşdu - Xəsarət alan var + VİDEO

Hövsan yolunda yol-nəqliyyat hadisəsi baş verib. xəbər verir ki, hadisə Hövsan yolunda olub. Toyota Prius markalı avtomobillə Daewoo Nexia markalı minik maşını toqquşub. Baş vermiş hadisə zamanı 1 nəfər xəsarət alıb. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib

12 sentyabr 2021