AFFA rəsmisi: "Fernandu Santuş bu yolda sona qədər davam etməlidir"

AFFA rəsmisi: "Fernandu Santuş bu yolda sona qədər davam etməlidir"İlk gündən Fernandu Santuşa etimad göstərilib və bu yolda sona qədər davam etməlidir.

Bunu "Report"a açıqlamasında AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan millisinin Haiti və Belarusa qarşı keçirdiyi yoldaşlıq matçlarındakı nəticələrini dəyətləndirərkən deyib:

Mütəxəssis heyətə fayda verə biləcək futbolçuların dəvət olunmasının vacibliyini vurğulayıb:

"Millidən gözləntilərimiz həmişə qələbə olub. İnanmışıq ki, azarkeşlərimizi sevindirəcək. Hər iki görüşdə məğlub olmağımızın dəqiq səbəbini baş məşqçi deyə bilər. Kənardan görünən odur ki, Fernandu Santuş axtarışdadır, eksperimentləri davam etdirir. Bunun nəticəsidir ki, oyunlarda hələlik balanslı komanda görə bilmirik. Dünənki görüşdə xeyli dəyişiklik gördük. Zamana ehtiyac var. Hesab edirəm ki, yığmaya fayda verə biləcək və hazır futbolçular dəvət edilməlidir. Ancaq inamımızı itirməməliyik, əks halda heç nə əldə edə bilmərik".

AFFA rəsmisi yığmanın hazırda eniş zolağında olduğunu bildirib:

"Rəqibləri deyil, öz oyunumuzu düşünməliyik və komandanı formalaşdırmalıyıq. Dünya çempionatının seçmə mərhələsindəki rəqiblərimiz çox güclüdür. Yığma hazırda eniş zolağındadır. UEFA Millətlər Liqasında aşağı liqaya düşdük. Dünya çempionatını seçmə mərhələsində isə 4 komandalı qrupdayıq. Bizi çox ağır sınaq gözləyir".

Yığmanın sabiq baş məşqçisi hazırda legioner həyatı yaşayan milli üzvlərinin çıxışlarına da toxunub:

"Futbolda oyunu bir futbolçu həll etmir. Komanda şəklində oynamaq lazımdır. Fikrimcə, ən böyük problemimiz də budur. Santuş ilk növbədə komanda ruhunu yüksəltməli, kollektivi güclü rəqiblə mübarizə aparacaq səviyyədə formalaşdırmalıdır. Oyun modeli qurulmalı və bunu təkmilləşdirməklə yola davam etməliyik".

V.Sadıqov Fernandu Santuşun baş məşqçi vəzifəsindən göndərilməsinin çıxış yolu olub-olmaması ilə bağlı sualı da cavablandırıb:

"Bu, çıxış yolu deyil, ola bilməz. Yeni komandanın formalaşdırıldığı bir məqamda Santuş ayrılmamalıdır. Hazırda onu yola salmaq, və bu yükün altına hər hansı yerli mütəxəssisin girməsi düzgün olmazdı. İlk gündən ona etimad göstərilib və bu yolda sona qədər davam etməlidir".

Qeyd edək ki, Azərbaycan millisi keçirdiyi son iki yoldaşlıq görüşündə, martın 22-də Haitiyə (0:3), ötən gün isə Belarus yığmasına (0:2) məğlub olub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 3003   Tarix: 26 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlk Homo sapiensin üzü necə görünürdü?

Bir vaxtlar Afrika neandertalı hesab edilən Cəbəl İrhud fosilləri bu gün ən qədim Homo sapiens nümunələri arasında göstərilir. Müxtəlif fərdlərə aid hissələrin rəqəmsal şəkildə birləşdirilməsi ilə hazırlanmış yeni model ilk əcdadlarımızın üzünün necə göründüyünə dair diqqətçəkən təsəvvür yaradır. Qaynarinf

22 sentyabr
.

Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi

Çin Şanxay sahillərində külək enerjisi ilə işləyən sualtı data mərkəzini kommersiya fəaliyyətinə keçirib. Layihə süni intellekt və digər yüksək hesablama gücü tələb edən texnologiyalar üçün enerji və soyutma xərclərini azaltmaq məqsədi daşıyır. Qaynarinfo xəbər verir ki, Şanxayın Linqanq Xüsusi Ərazis

24 sentyabr
.

Litva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır

Litva və ABŞ-nin müdafiə texnologiyaları şirkəti "Mach Industries" müdafiə sənayesi sahəsində strateji əməkdaşlıq və Ukraynaya dəstək üçün yeni imkanların yaradılmasına dair birgə bəyannamə imzalayıb. xəbər verir ki, bu barədə Litvanın müdafiə idarəsi məlumat yayıb. Məlumata görə, sənədi ABŞ-d

23 sentyabr
.

Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş keçirməyə hazırdır. "Report" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. O qeyd edib ki, lakin bu cür təmasların mümkün keçirilmə müddətlərin

23 sentyabr
.

Vuçiç: İstefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözləyirəm

Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefa verməyi və xalqın arasına qarışmağı səbirsizliklə gözlədiyini bildirib. "Report"un Balkan bürosu xəbər verir ki, A. Vuçiç bunu Velika Planadakı "Moravski Konaci" etnokəndinə səfəri zamanı jurnalistlərin sualını cavablandırarkə

20 sentyabr
.

Nikol Paşinyan Rəcəb Tayyib Ərdoğanla görüşüb - VİDEO

Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. xəbər verir ki, Paşinyan görüşün videosunu "Instagram" səhifəsində yayımlayıb. Yayımlanan kadrlardan görüşdə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan və Türkiyəni

23 sentyabr
.

Buker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı

Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi

23 sentyabr
.

Boğaz ağrısı ilə həkimə getdi, canlı zəli aşkarlandı

Türkiyənin Çorum vilayətində tibb işçiləri yerli sakinin boğazında canlı zəli aşkar ediblər. xəbər verir ki, bu barədə "T24" nəşri məlumat yayıb. Məlumata görə, xəstənin udlağının aşağı hissəsinin arxa divarına yapışmış və qanaxmaya səbəb olan canlı zəli aşkarlanıb. Boğazındakı zəli səbəbində

20 sentyabr
.

ABŞ və Çin Busan ticarət müqaviləsini uzatmaq barədə razılığa gəliblər

ABŞ və Çin tərəflərin bir-birinə tətbiq etdiyi bəzi ticarət məhdudiyyətlərindən imtinanı nəzərdə tutan razılaşmanı 10 yanvar 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəliblər. xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Skott Besant bildirib. "Bu gün iki ölkəmiz arasındakı iqtisadi gərginliyi azaltma

24 sentyabr