Rus qadınlarına görə türk seriallarını qadağan edirlər
Rusiyada bəzi ictimai təşkilatlar və siyasətçilər türk seriallarının ölkədə yayımının qadağan edilməsini təklif ediblər.
Sonxeber.az lent.az-a istinadən xəbər verir ki, onların fikrincə, bu seriallar rus qadınlarının xarizmatik türk aktyorlarına olan marağını artırır, nəticədə onlar yerli kişilərə qarşı maraqlarını itirirlər ki, bu da ölkənin demoqrafik vəziyyətinə mənfi təsir göstərə bilər. Dövlət Dumasının deputatı Vitali Milonov da bu fikri dəstəkləyərək, türk seriallarının mədəni dəyər daşımadığını və rus tamaşaçılarına zərər verdiyini bildirib.
Müğənni və aktrisa Lolita Milyavskaya isə bu təklifə qarşı çıxıb. O, sosial şəbəkələrdə paylaşdığı emosional videoda türk seriallarının qadağan edilməməsini istəyib. Onun sözlərinə görə, bu seriallar əksinə, doğum səviyyəsinin artmasına kömək edir, çünki qadınlar həyatlarına romantika əlavə etmək üçün bu filmlərdən istifadə edirlər. Lolita zarafatla qeyd edib ki, əgər türk serialları qadağan edilərsə, o, Çin və ya Monqol filmlərinə keçəcək.
Onun bu çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun fikrini dəstəkləyib, digərləri isə qeyri-münasib hesab ediblər.
Qeyd edək ki, bu, Rusiyada xarici serialların təsiri ilə bağlı ilk müzakirə deyil.
Daha əvvəl də müxtəlif ölkələrin istehsalı olan serialların yerli mədəniyyətə təsiri barədə debatlar aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1194 Tarix: 28 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tokioda tayfun səbəbindən 461 reys ləğv edilib
Güclü "Dujuan" tayfununun Yaponiya paytaxtı regionuna yaxınlaşması səbəbindən Tokionun Haneda və Narita hava limanlarında azı 461 reys ləğv edilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, ən çox reys Haneda hava limanında ləğv edilib. Burada 280-dən çox daxili və təxminə
21 sentyabrMakron: İranın bombardmanları ölkədə rejim dəyişikliyinə səbəb olmayacaq
Fransa prezidenti Emmanuel Makron İranın bombardman edilməsinin bu ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilməyəcəyi fikrini bildirib. xəbər verir ki, Makron Amerikanın ABC televiziya kanalına verdiyi müsahibədə deyib: "Düşünmürəm ki, bir ölkəni bombalamaqla hakimiyyəti dəyişmək mümkün olsun
23 sentyabrABŞ-da ovçu qadını maralla səhv salaraq öldürüb
ABŞ-ın Delaver ştatında 74 yaşlı kişi ov edərkən bir qadını güllələyərək öldürdüyünə görə ittiham olunub. xəbər verir ki, ştat polisinin məlumatına görə, kişi onu maralla səhv saldığını iddia edib. Merilend ştatının Solsberi şəhərindən olan Uolter Murhed, Ellendale şəhərində açıq sahədə güllə yaras
21 sentyabrBir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
İraqın Nəcəf şəhərində yerləşən Vadi-us-Səlam 9 kvadrat kilometrdən çox ərazisi ilə adi qəbiristanlıqdan daha çox nəhəng şəhəri xatırladır. Təxminən 1400 ildir istifadə olunan ərazidə 5-6 milyon insanın dəfn edildiyi təxmin edilir. Qaynarinfo xəbər verir ki, İraqın Nəcəf şəhərində əsrlərdir böyüməy
22 sentyabrBuker mükafatı 2026-cı ilin namizədlərinin siyahısını açıqladı
Buker Mükafatının Təşkilat Komitəsi 163 təqdimat arasından seçilmiş altı əsərin daxil olduğu 2026-cı il üçün qısa siyahını açıqlayıb. xəbər verir ki, yekun siyahı mükafatın rəsmi saytında dərc edilib. Qısa siyahıya İngiltərə, Şotlandiya, Yamayka və ABŞ-dan olan yazıçılar daxildir. Onların arasında keçmi
23 sentyabrRusiyada ayılar bu şəhəri əhatəyə aldı
Ayılar Rusiyanın Xakasiya Respublikasının Abaza şəhərini əhatəyə alıblar. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xakasiya rəhbərinin müavini Dmitri Buçenik özünün "Max" kanalında bildirib. Onun sözlərinə görə, ötən gecə yırtıcıların hər tərəfdən şəhərə daxil olması halları qeydə alınıb
23 sentyabr