Abbas Abbasov: Müstəmləkə rejimlərinə qarşı mübarizəni dəstəkləməyə davam edəcəyik
Bakı Təşəbbüs Qrupu (BTQ) müasir dünyada müstəmləkəçiliklə bağlı problemlərin müzakirəsi və həlli üçün platforma təqdim etməyə həmişə hazırdır.
"Report" xəbər verir ki, bunu BTQ-nin icraçı direktoru Abbas Abbasov "Kolonializm: milli-dini kimliyin silinməsi" adlı beynəlxalq konfransı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, təşkilat beynəlxalq platformalarda siyasi məhbuslara və müstəmləkə rejimlərinə qarşı mübarizə aparanlara dəstək verməyə davam edəcək.
"Bu gün mən Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan ən fəal vətəndaşlardan biri olan Kristian Teynin şəkli olan geyim geyinirəm. Bir neçə ay əvvəl o, siyasi partiyanın rəhbəri seçilib, lakin tezliklə Fransa hakimiyyəti tərəfindən həbs edilib və heç bir qanuni əsas olmadan Fransaya deportasiya edilib. Bu, 2024-cü ilin sonlarında keçirilən bir sıra dinc etiraz aksiyalarından sonra baş verib", - A.Abbasov bildirib.
Onun sözlərinə görə, BTQ müxtəlif beynəlxalq platformalarda və insan hüquqları təşkilatlarında onun müdafiəsi ilə bağlı bəyanatlar verərək, onun işinə diqqət çəkməyə davam edir.
A.Abbasov həmçinin bildirib ki, Bakı Təşəbbüs Qrupu siyasi məhbusların ailələrinə hərtərəfli dəstək göstərir. "Bu istiqamətdə işimiz davam edəcək"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 886 Tarix: 29 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabrQadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı
Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind
23 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabr