Pentaqon rəhbərindən növbəti qalmaqal: Arvadını gizli görüşlərə aparıb
ABŞ müdafiə naziri Pit Heqset arvadı Cennifer Heqseti Pentaqonda xarici həmkarları ilə məxfi məsələlərin müzakirə olunduğu görüşlərə aparıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri yazıb.
"Hərbi zərbənin detallarını açıqladığı üçün ciddi nəzarət altında olan müdafiə naziri Pit Heqset "Fox News"un keçmiş prodüseri olan həyat yoldaşını məxfi məlumatların müzakirə olunduğu xarici hərbi həmkarları ilə iki görüşə aparıb", - deyə nəşr bildirib.
WSJ-nin məlumatına görə, C.Heqset ABŞ-nin Ukrayna Silahlı Qüvvələrinə hərbi dəstək verməkdən imtina etməsi ilə bağlı baş tutan görüşdə də iştirak edib. Söhbət məxfi xarakter daşıyıb. Görüşün hər bir iştirakçısında müvafiq giriş icazəsi olub.
Xatırladaq ki, daha əvvəl Pit Heqset və bir sıra dövlət rəsmiləri Yəmən husilərinə qarşı hərbi əməliyyatların detallarını "Signal" mesencerində müzakirə etmələri və məxfi məlumatların ictimaiyyətə sızması qalmaqalı ilə bağlı məhkəməyə veriliblər.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 571 Tarix: 29 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Alimlərdən həyəcan təbili - Yeni nəsillər arasında şizofreniyanın sayı ARTIR
Son onilliklərdə doğulan insanlar əvvəlki nəsillərlə müqayisədə psixotik pozğunluqlarla - o cümlədən şizofreniya ilə daha tez-tez və daha gənc yaşda üzləşirlər. xəbər verir ki, bu nəticəyə kanadalı alimlər Ontario əyalətinin 12 milyondan çox sakininin məlumatlarını təhlil edərək gəliblər. Tədqiqatd
4 fevralMüharibədə daha 6 azərbaycanlı həlak oldu - Siyahı
Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlıların siyahısına daha 6 ad əlavə olunub. -a istinadən xəbər verir ki, döyüş əməliyyatları zamanı Rusiya tərəfində vuruşan daha 6 soydaşımız Ukrayna ordusu ilə döyüşlərdə həlak olub. Həlak olan azərbaycanlıların adlarını təqdim edirik:. Mirzə Nazim oğl
4 fevralABŞ və İran cümə günü Türkiyədə danışıqlar masasına oturacaq
İran Prezidenti Məsud Pezeşkianın ABŞ ilə nüvə danışıqlarının yenidən başlanması barədə göstəriş verməsindən sonra ABŞ mətbuatı məsələ ilə bağlı yeni məlumat yayıb. xarici mediaya istinadən xəbər verir ki, İran və ABŞ arasında nüvə müzakirələri cümə günü İstanbulda keçiriləcək. Məlumata görə, görüşd
2 fevralEpşteynin ölüm gecəsinə aid yeni detal üzə çıxdı - Video
Yetkinlik yaşına çatmayan qızları hədəf alan fahişəlik şəbəkəsi qurmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin vəfat etdiyi gecə ilə bağlı yeni görüntülər yayımlanıb. "Qafqazinfo" xəbər verir ki, ABŞ-nin CBS telekanalının analitik hesabatında rəsmi açıqlamalar
6 fevralYaponiyada qar fəlakəti: Ölənlərin sayı 35-ə çatır
Yaponiyada yanvarın 20-dən bəri davam edən şiddətli qar ə dondurucu soyuqlar ölkədə həyatı iflic edib. Qaynarinfo Yaponiya Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyinin (FDMA) son hesabatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 35-ə, yaralıların sayı is
4 fevralBeynəlxalq cinayətkar qruplaşmanın 11 üzvü Çində edam edildi
Çinin Vençjou şəhərinin məhkəməsi Myanmanın şimalında telefon və internet fırıldaqçılığı mərkəzlərini idarə edən mütəşəkkil cinayətkar dəstənin 11 üzvü barəsində çıxarılmış ölüm hökmünün icra edilməsi barədə göstəriş verib. bu barədə Çin Mərkəzi Televiziyasına istinadən xəbər verir. Məhkəmənin qərarın
1 fevralİranda ət kreditlə satılır - Foto
İranda ət sosial media üzərindən kreditlə satılır. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb. Bildirilib ki, İranda media orqanları insanların alıcılıq qabiliyyətinin azalmasından sonra sosial mediada ətin hissəli ödənişlə satışı barədə məlumat verirlər:. "Ölkəd
6 fevral