Azərbaycanda ZƏLZƏLƏ ilə bağlı SON DƏQİQƏ açıqlaması
"Son günlər Azərbaycanda baş verən zəlzələlərin sayı artıb. Elə vaxt olur ki, bir gündə 80-dən çox təkan baş verir. Onların hamısı zəif hiss olunanlardır".
Bunu Musavat.com-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
O bildirib ki, bu təkanların hansısa bir təhlükəsi yoxdur:
"İnsanlar belə şeydən narahat olmasınlar. Azərbaycanda dağıdıcı gücü 7 və ondan yuxarı bal olan zəlzələ gözlənilmir. Azərbaycanlılar rahat şəkildə əziz bayramlarını qeyd etsinlər".
Qurban Yetirmişli qeyd edib ki, Asiya ölkələrində baş verən yeraltı təkanların ölkəmizə təsiri yoxdur:
"Oradakı dalğaların gücü Azərbaycanda zəlzələ ocağını oyada bilmir. Myanma və Tailand tamamilə başqa tektonik bölgədə yerləşir. Ona görə də ölkəmiz üçün hansısa bir təhlükəsi yoxdur".
Qeyd edək ki, ötən gün Tailand və Myanmada güclü zəlzələ baş verib. Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb, həmçinin 16 nəfərin yaralandığı, 101 nəfərin isə itkin düşdüyü bildirilir. Myanmada isə güclü zəlzələ 1000 nəfərin ölümünə, 2300-dən çox insanın yaralanmasına səbəb olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7177 Tarix: 29 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrBakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabrQadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı
Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind
23 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabr