Donuzdan insana qaraciyər köçürüldü – Tibb elmində YENİLİK

Donuzdan insana qaraciyər köçürüldü – Tibb elmində YENİLİKÇin alimləri geni dəyişdirilmiş donuzdan qaraciyər toxumasını uğurla beyin ölümü olan insana köçürüblər ki, bu da dünyada bir ilkdir.

Çinin Dördüncü Hərbi Tibb Universitetinin həkimləri bu əməliyyatı həyata keçiriblər. Nəticədə, donuz qaraciyəri xəstənin orqanizmində 10 gün ərzində immun sistemi tərəfindən rədd edilmədən normal fəaliyyət göstərib. Lakin xəstənin ailəsinin tələbi ilə proses dayandırılıb.

Bundan əvvəl ürək və böyrək nəqli üzrə analoji cəhdlər edilsə də, daha mürəkkəb orqan olan qaraciyərdə belə uğur əldə olunmamışdı. Keçən il ABŞ-nin Pensilvaniya ştatının alimləri donuz qaraciyərinin qanı filtrləməsini təmin etsələr də, bu orqanın insan bədəninə daimi yerləşdirilməsi mümkün olmamışdı.

Mütəxəssislər ümid edirlər ki, donuz orqanları insan donorlarını gözləyən xəstələr üçün müvəqqəti həll ola bilər. Çünki donuz orqanları ölçü və genetik baxımdan insana yaxındır və immun sistemi tərəfindən rədd edilməməsi üçün genetik modifikasiyaya ehtiyac duyulur.

Professor Lin Vanq bu əməliyyatın uğurlu olduğunu vurğulayaraq qeyd edib ki, geni dəyişdirilmiş donuz qaraciyəri insan orqanizmində effektiv işləyib. Tədqiqatçılar "Nature" jurnalında yazıblar ki, "köməkçi qaraciyər transplantasiyası qaraciyər çatışmazlığı olan xəstələr üçün ideal müvəqqəti müalicə üsulu ola bilər". Orijinal qaraciyərin funksiyası bərpa olunduqda və ya uyğun donor tapıldıqda bu orqan asanlıqla çıxarıla bilər.

Oksford Universitetindən professor Piter Frend bu araşdırmanın orqan transplantasiyası sahəsində mühüm addım olduğunu bildirib. Onun sözlərinə görə, bu üsulun qaraciyər çatışmazlığı olan xəstələr üçün nə dərəcədə effektiv olacağı hələ dəqiq məlum deyil, lakin əldə olunan nəticələr genetik redaktənin potensialını göstərir.

İspaniya Milli Orqan Nəqli Təşkilatından Rafael Matesanz isə bu təcrübənin indiyə qədər sınaqdan keçirilmiş üsullardan fərqli bir yanaşma təklif etdiyini vurğulayıb.//E-saglam.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 807   Tarix: 30 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ən xoşbəxt insanlar hansı şəhərlərdə yaşayır? - Gözlənilməz lider

"Time Out" nəşrinin 2026-cı il üzrə illik araşdırmasının nəticələrinə əsasən, Böyük Britaniyanın Bat şəhəri dünyanın ən xoşbəxt şəhəri seçilib. Qaynarinfo xəbər verir ki, reytinq dünyanın müxtəlif şəhərlərində yaşayan 24 mindən çox sakinin iştirakı ilə keçirilən sorğu əsasında hazırlanıb. Respondentlə

9 iyul
.

Tramp: "Putin Ukrayna ilə danışıqların Moskvada keçirilməsini istəyir" - VİDEO

ABŞ Prezidenti Donald Tramp özü ilə Rusiya Prezidenti Vladimir Putinin Rusiya və Ukrayna liderlərinin mümkün görüşünü müzakirə etdiklərini bildirib. xəbər verir ki, bu barədə "Caliber" "Clash Report"a istinadən məlumat yayıb. Tramp görüşün gələcəkdə baş tutacağına əmin olduğunu qey

8 iyul
.

Britaniyada 1976-cı ildən bəri görünməmiş istilərlə üzləşəcək

Böyük Britaniya hakimiyyəti İngiltərə ərazisində isti hava ilə əlaqədar narıncı və sarı xəbərdarlıq elan edib. Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ölkə 1976-cı ildən bəri müşahidə olunan ən uzunmüddətli istilik dalğalarından birinə hazırlaşır. Proqnozlara əsasən, temperatur bölgələr üzrə fərqlənəcək

9 iyul
.

Tramp: "ABŞ çox tezliklə Marsa uçuş həyata keçirə bilər"

ABŞ Prezidenti Donald Tramp ölkəsinin "çox tezliklə" Marsa idarəolunan kosmik uçuş həyata keçirə biləcəyini hesab edir. TASS agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda Müstəqillik Bəyannaməsinin imzalanmasının 250-ci ildönümü münasibətilə təşkil olunmuş tədbirdə çıxışı zaman

5 iyul
.

Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb

Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın

5 iyul
.

Cey Di Vens Böyük Britaniyadakı siyasi qeyri-sabitliyi tənqid edib

Baş nazirlərin tez-tez dəyişməsi Böyük Britaniyanın inkişafına mənfi təsir göstərir. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Vitse-prezidenti Cey Di Vens "The Sunday Times" nəşrinə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniya hökumətinin gələcək rəhbəri seçicilərin uzu

5 iyul
.

Okeanın dibində yeni bir ada yaranır

Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen

6 iyul
.

Rusiya Ukraynanın daha beş yaşayış məntəqəsini nəzarətə götürüb

Rusiya ordusu Ukraynada bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, Xarkov vilayətində Şiykovka, Novıy Mir, Çerneşçina və Drujelyubovka yaşayış məntəqələri, həmçinin Donetsk vilayətində Vasilyevka kəndi Rusiyanın nəzarətin

5 iyul
.

Britaniya və ABŞ orduları "uçan taksi"ləri döyüşə hazırlayır

Böyük Britaniyanın Müdafiə Nazirliyi və ABŞ Müdafiə Nazirliyi (Pentaqon) döyüş şəraitində səssiz elektriklə işləyən "uçan taksi"lərdən istifadə imkanını müzakirə edir. "The Telegraph"a istinadən xəbər verir ki, bu tip pilotsuz uçuş aparatlarının əsas təyinatı sursatın daşınması v

5 iyul