Küçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏT

Küçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏTCİNAYƏT İŞİ

Qısa arayış...

2016-cı il dekabrın 23-də Bakının Suraxanı rayonu ərazisində qətl hadisəsi olur. Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları Bülbülə qəsəbəsində, yolun kənarında üzərində bıçaq xəsarətləri ilə Tovuz rayon sakini 1988-ci il təvəllüdlü Elşən Əmirovun meyitini aşkar ediblər. Araşdırma zamanı, mərhumun avtobus sürücüsü işlədiyini və Ramana qəsəbəsində, kirayədə yaşaması məlum olub.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 28-də şübhəli şəxs qismində Bakı şəhər sakini 1998-ci il təvəllüdlü Elçin Həsənov saxlanılıb. Növbəti gün Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Səbail RPİ 39-cu və Suraxanı RPİ 31-ci polis bölmələri əməkdaşlarının birgə əməliyyatı nəticəsində 1994-cü ildə Tatarıstan Respublikasında anadan olmuş, əvvəllər məhkum olunmayan Elnur Məmmədov da tutulub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, dekabrın 23-ü saat 18 radələrində Elnur Məmmədov Ramana qəsəbəsində yerləşən 16 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında tanışı Elçin Həsənovla görüşüb. Birlikdə yaşadığı evə doğru piyada gedərkən, Bülbülə qəsəbəsində, magistral yolun kənarında "Cherry" markalı avtomobilin dayandığını və arxa oturacaqda Elşən Əmirovun Şəlalə Məmmədova ilə oturduqlarını görüblər. Maşının yanından keçib, bir az aralanıblar. Çevrilib, baxanda görüblər ki, oğlanla qız maşından düşüb yaxınlıqdakı meşəlik sahəyə doğru gediblər və orda cinsi əlaqədə olmağa hazırlaşırlar. Elşən və Şəlalə onların yaxınlaşdığını görüb narahat olublar və qaçıb avtomobilə əyləşiblər.

Uzaqlaşmağa çalışanda Elnur Məmmədov Elşən Əmirova yaxınlaşıb, maşından düşməsini tələb edib. Elnur Elşəni avtomobilin arxa hissəsində mübahisəyə təhrik edərək, yumruqla üzünə bir zərbə vurub. Elşən Əmirovun əlindən çıxıb, uzaqlaşmaq istədiyini gördükdə, Elnur üzərində gəzdirdiyi bıçağı çıxarıb, əsaslı səbəb olmadan onun bədəninə 2 dəfə zərbə endirib. Elşənin müqavimət göstərdiyini görən Elçin Həsənov yaxınlaşıb əlləri və ayaqları ilə Elşən Əmirova xəsarətlər yetirib. Bundan sonra Elnur Məmmədov bıçaqla Elşənin sinəsinə axırıncı zərbəni endirib. Nəticədə Elşən Əmirov həyatını itirib.

İş üzrə dindirilmiş Elnur Məmmədov bildirib ki, dekabrın 23-də Ramana qəsəbəsində yerləşən cərimə meydançasının yaxınlığındakı kafeyə gedib. 1 saatdan sonra ordan çıxıb:

"16 saylı cəzaçəkmə müəssisənin yaxınlığında, avtobus dayanacağında bir məhəllədə yaşadığımız Elçin Həsənovla rastlaşdım. Onunla söhbət edə-edə evimizə tərəf gedirdik. Yolun kənarında dayanmış avtomobilin yanından keçərkən maşının arxa oturacağında bir qızın başını oğlanın çiyninə qoyduğunu, oğlanın isə qızı qucaqladığını gördüm. Sükan arxasında bir kişi əyləşmişdi. Maşından təxminən 60 metr kənarlaşandan sonra Elşən Əmirovun, arxasınca da Şəlalə Məmmədovanın avtomobildən düşüb meşəlik tərəf getdiklərini gördüm. Səs gəldiyini eşidib həmin əraziyə tərəf getdik və hər ikisinin yarıçılpaq vəziyyətdə olduqlarını gördük.

Onlara çatmağa 3-4 metr qalmış oğlanla qız paltarlarını geyindilər və tez maşına doğru getdilər. Arxalarınca gedib Elşənə avtomobildən düşməsini dedim. Maşının arxa tərəfində mübahisə edərkən sürücüsü Ehtiram Əsədov da yanımıza gəldi. Elşən Əmirova "camaatın ana- bacısının burdan keçdiyini" söyləyərək, etdiyi hərəkətlə bağlı irad bildirəndə, Elşən mənə kobud cavab qaytardı. Ehtiram Əsədov məni bir qədər kənara çəkərək, sakitləşdirməyə çalışdı. Elşən məni söydüyü üçün üzünə yumruqla zərbə vurdum. Zərbənin təsirindən arxaya gedən Elşən yerdən daş götürdü.

Açılıb-qatlanan bıçaqla zərbə vurmamışdan əvvəl ona "daşı yerə atmasını" bildirdim. Lakin, Elşən "bıçağı açmısansa, vurmalısan" deyərək, mənə ağır söyüş işlətdi. Qəzəblənərək, üzərinə getdim və bədəninə xəsarətlər yetirdim. Elşənə bıçaqla birinci zərbəni vuranda, Elçin araya girib, dedi ki, vurmayım. Bıçaq zərbələrindən biri Elçinin əlinə dəydi. Elçinin qoltuğunun altına və sinəsinə zərbələr dəymişdi. Bıçaqla vurandan sonra Elşən yerə yıxılmadı. Yerdən daş götürərək bizə tərəf atdı. Mən irəlidə, Elçin isə arxamca qaçdı. 70-80 metrdən sonra çevrilib baxanda Elşənin yolun kənarındakı ağacın altında yerə çökərək, oturduğunu gördük".

Zərərçəkmiş şəxsin hüquqi varisi Teymur Əmirov ifadəsində göstərib ki, oğlu Elşən Əmirov 49 nömrəli marşrut avtobusunda sürücü işləyib:

"Dekabrın 23-də oğlumu soruşanda Ehtiram Əsədov dedi ki, Elşəni Ramana tərəfdə, yolun kənarında düşürüb evinə gedib. Ayın 24-ü gecə saat 2 radələrində polis əməkdaşı zəng edib, məni 31-ci Polis Bölməsinə dəvət etdi. Orda mənə bildirdilər ki, Elşən qətlə yetirilib".

Şahid Ehtiram Əsədov bildirib ki, dekabrın 23-ü saat 11 radələrində iş yoldaşı Elşən Əmirovla görüşüb:

"Özümün idarə etdiyim "Cherry" markalı avtomobillə birlidə 136 nömrəli marşrut avtobusunun axırıncı dayanacağına, yəni Şüvəlan qəsəbəsində "QRES" deyilən əraziyə, daha sonra 49 nömrəli avtobusunun sonuncu dayanacağına getdik. Saat 18 radələrində Elşən mənə Şəlalə adlı tanışı ilə bir neçə dəqiqəlik görüşmək istədiyini dedi. Ramana qəsəbəsində yerləşən poçt şöbəsinin yanında Şəlalə avtomobilimə əyləşdi və bir az getdikdən sonra mən cəzaçəkmə müəssisəsini keçəndən sonra yolun kənarında maşını saxladım. Elşən Şəlalə ilə cinsi əlaqədə olmaq istəyirdi, onlar arxa oturacaqda bir qədər qucaqlaşıb, öpüşdülər. Həmin vaxt tanımadığımız 2 nəfər maşının içərisinə baxa-baxa keçib, ağaclığa doğru uzaqlaşdılar. Onlara əhəmiyyət vermədik.

Elşən mənə "5-dəqiqəlik maşından düş, qızla söhbət edim" dedi. Hava soyuq olduğu üçün ona maşından düşməyəcəyimi söyləyəndə, Elşən avtomobildən düşüb, təxminən 10 metr aralandı və əli ilə işarə edib qadını yanına çağırdı. Şəlalə maşından düşərək onun yanına getdi. Amma 2-3 dəqiqə keçən kimi Elşən qaça-qaça maşına tərəf gəldi. Elşən qabaq, Şəlalə isə arxa oturacaqda əyləşdilər. Arxalarınca gələn iki nəfər maşının qabaq qapısını açıb Elşənə dedilər ki, maşından düşsün. İş yoldaşım avtomobildən çıxaraq, onlarla mübahisə etməyə başladı. "İnsanların keçdiyi ərazidə cinsi əlaqədə olması ilə bağlı" irad bildirəndə, Elşən onlara qadınla sadəcə söhbət etdiyini və artıq hərəkətlər etmədiyini bildirdi. Amma Elnur Məmmədov Elşənə "yalan danışma, sən qızı ağaclığa elə-belə aparmamısan" dedi. Onları sakitləşdirməyə çalışsam da, mümkün olmadı. Qarşılıqlı söyüşlərdən sonra əlbəyaxa oldular. Elçin Həsənov yumruqla, Elnur Məmmədov isə bıçaqla Elşənə zərbələr vurdu. Sonra onlar üzü Yeni Ramana qəsəbəsi istiqamətində qaçdılar. Elşən sağ əli ilə yerdən daş götürüb, bir qədər arxalarınca qaçdı".

Məhkəmə iclasında Elnur Məmmədov ittiham üzrə özünü qismən təqsirli bilib. Elçin Həsənov özünü təqsirli bilməyib və barəsində bəraət hökmü çıxarılmasını istəyib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ağır cəza təyin olunmasını xahiş edib.

Məhkəmə hesab edib ki, Elnur Məmmədova Cinayət Məcəlləsinin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə verilmiş ittihamdan 120.2.1-ci maddəsi xaric edilməli və ona yalnız 120.2.2-ci maddəsinin sanksiyası həddində cəza təyin olunmalıdır.

Digər şəxs — Elçin Həsənovun ittihamından Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.2-ci maddələri xaric edilməli, onun əməli 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsinə tövsif edilməlidir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elnur Məmmədov 17 il, Elçin Həsənov 4 il müddətinə azadlıqdan məhrum olunublar.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə prokurorun protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin şikayəti təmin edilib. Elnur Məmmədovun cəzası 17 ildən 18 ilə, Elçin Həsənovun cəzası isə 4 ildən 16 ilədək artırılıb.

Küçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏTKüçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏTKüçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏTKüçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏTKüçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏTKüçədə cinsi əlaqədə olan avtobus sürücüsünü öldürdülər - Bakıda ŞOK CİNAYƏT


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 4244   Tarix: 30 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sumqayıtda bayram tonqalında baş vermiş partlayışda xəsarət alanların kimliyi məlum oldu - YENİLƏNİB+VİDEO

Sumqayıt şəhərində tonqalda baş verən partlayış zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub. "Report"a istinadən bildirir ki, xəsarət alanlar Sumqayıt şəhər sakinləridir:. 2004-cü il təvəllüdlü Fatimə Telman qızı Məmmədzadə,. 2006-cı il təvəllüdlü Fatimə Camal qızı İsgəndərli,. 2015-c

22 mart
.

Şirvanda qadın sirkədən zəhərlənib öldü

Şirvan sakini kimyəvi maddədən zəhərlənərək ölüb. APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 1965-ci il təvəllüdlü Sevil Mirağa qızı Mənəfova yüksək konsentrasiyalı sirkə - "essensiya" turşusundan zəhərlənmə, ağız, boğaz, qida borusu və mədənin kimyəvi yanıq diaqnozu ilə Şirvan Şəhər Mərkəz

22 mart
.

Gənc qadını boş tikinti sahəsinə aparıb təcavüz etdilər

Muğlanın Bodrum rayonunda qadına qarşı ağır cinayət iddiası ilə bağlı araşdırma aparılır. türk mediasına istinadən xəbər verir ki, hadisənin Yalıkavak ərazisində baş verdiyi bildirilir. Məlumata görə, Özbəkistan vətəndaşı, 36 yaşlı M.S. avtobus gözləyərkən yanına yaxınlaşan avtomobildəki iki nəfər on

19 mart
.

80 yaşlı qayınanası ilə evləndi: qəribə evliliyin səbəbi nə olub?

Sərhədçilər ilə söhbət zamanı cütlük birlikdə yaşamalarının təfərrüatları ilə bağlı cavablarında tərəddüd etməyə başlayıb. 44 yaşlı Kiyev sakini, 80 yaşlı əlil həyat yoldaşı ilə birlikdə Vinnitsa bölgəsindəki Mogilev-Podolski keçid məntəqəsindən Ukraynanı tərk etməyə cəhd edib. -ın xarici mediaya istinadə

24 mart
.

İran Dimona və Eylat şəhərlərini vurdu

SEPAH Dimona, Eylat və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri endirdiyini bildirib. xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hücumlar gecə saatlarında həyata keçirilən 78-ci raket dalğası çərçivəsində baş tutub. "Dimonada, Eylatda və regiondakı bəz

24 mart
.

Tovuzda partlayış: Bir ailənin 4 üzvü xəsarət aldı

Tovuz rayonunda yaşayış evində partlayış olub. -ın məlumatına görə, hadisə gecə saatlarında rayonun Aşağı Quşçu kəndində baş verib. Kənd sakini, 1967-ci il təvəllüdlü Zeyhun Cəfərova məxsus 4 otaqlı evdə qaz sızmasından qəfil partlayış olub. Hadisə nəticəsində ev sahibi və onun ailə üzvləri - 1997-c

17 mart
.

Kürdəmirdə "Mercedes" yanıb - VİDEO

Kürdəmir rayonu, Xırdapay kəndində avtomobildə yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziy

22 mart
.

7 il əsarətdə saxlanılan 8 yaşlı uşağın dəhşətli həyatı ortaya çıxdı

Bursa şəhərində baş verən hadisə dəhşət doğurub. türk mediasına istinadən xəbər verir ki, 8 yaşlı Nazar S. atasının anasından alıb qaçırdığı və nənəsi tərəfindən 7 il boyunca xaraba vəziyyətdə olan bir evdə saxlanılıb. Araşdırmalar zamanı uşağın öz adını "Ahmet" olaraq bildiyi və ailənin Almaniyad

17 mart
.

Qəbələdə 50 yaşlı kişi dağda yıxıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qəbələ rayonunda yerləşən Duruca şəlaləsinin yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən -a bildirilib ki, məlumatla əlaqəda

24 mart