Pablo Eskobarın ortağı Kolumbiyaya qayıdarkən saxlanılıb
Medellin kokain kartelinin keçmiş liderlərindən biri, ABŞ-da 33 il həbsdə yatmış Karlos Leder Frankfurtdan Kolumbiyaya qayıdarkən həbs edilib.
"Report" xəbər verir ki, bu barədə ölkənin miqrasiya xidməti məlumat yayıb.
Qeyd olunub ki, barəsində aktiv həbs orderi olan Karlos Enrike Leder Rivas Kolumbiya polisinə təhvil verilib.
O, hazırda öz ölkəsində silah alverində ittiham edilir və buna əsasən, Pablo Eskobarın keçmiş şəriki 24 il həbsdə yatmalıdır. Lederin vəkili Sondra Makkollins iddia edib ki, müvəkkili Kolumbiyaya uçmazdan əvvəl ölkənin Baş Prokurorluğu onun heç bir cinayət işində müttəhim olmadığı barədə sorğusuna cavab verib.
Leder Medellin kartelinin yaradıcılarından biri olub. 1987-ci ildə o, ABŞ-yə ekstradisiya edilib və orada narkotik alverinə görə 135 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra Amerika səlahiyyətliləri ilə razılaşmaya görə cəza 55 ilə endirilib.
ABŞ məhkəməsi hazırda 75 yaşlı keçmiş narkobaronun səhhətində problemlər olduğu və cəzasının üçdə ikisini çəkdiyi üçün onun vəsatətini təsdiqləyib. 2020-ci ildə Leder azad edilib və atası alman olduğu üçün ona sənədləri təqdim edən Almaniyaya deportasiya olunub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 810 Tarix: 30 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiya Kiyev vilayətini "Oreşnik" ballistik raketi ilə vurub
Rusiya Silahlı Qüvvələri mayın 24-nə keçən gecə Kiyev vilayətinə RS-26 "Rubej" ("Oreşnik") orta mənzilli ballistik raketi ilə zərbə endiriblər. "RBK-Ukrayna" agentliyinə istinadən xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin Kommunikasiya İdarəsinin rəisi Yuri İqna
24 mayAbbas Əraqçi: İran bundan sonra da "Hizbullah"ı dəstəkləyəcək
İran bundan sonra da "Hizbullah" qruplaşmasını dəstəkləyəcək. "Report" xəbər verir ki, bu, İran xarici işlər naziri Abbas Əraqçinin Livanın "Hizbullah" qruplaşmasının baş katibi Naim Qasıma ünvanladığı məktubda yer alıb. "İran son anadək "Hizbullah"ı dəstəkləyəcə
24 mayABŞ ordusunda hərbçilərin sayını artırır
ABŞ 2027-ci ildə silahlı qüvvələrinin şəxsi heyətini daha da artırmağı planlaşdırır. "RIA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pit Heqset açıqlama verib. O bildirib ki, hazırda ABŞ ordusunda təxminən 1.8 milyon hərbçi xidmət edir və qarşıdakı dövrdə bu rəqəmi
24 mayQan təzyiqini ölçmək üçün ən dəqiq metod müəyyən edilib
Həkimlər Paula Samper və Xavyer Marin maksimal dəqiq nəticələr verən qan təzyiqinin (arterial təzyiq) ölçülməsi metodunu tövsiyə ediblər. -ın xəbərinə görə, onların tövsiyələrini "HuffPost" nəşri dərc edib. Həkimlər izah ediblər ki, arterial təzyiqi ardıcıl üç dəfə, bir və ya ikidəqiqəlik fasilələrl
24 may"Netflix" layihələri ilə tanınan aktyor Kanadada ölü tapıldı
İtkin düşmüş "Netflix" layihələri ilə tanınan aktyor Stüart Maklin Kanadada ölü tapılıb. CBC telekanalına istinadən xəbər verir ki, aktyorun 45 yaşı olub. O, bir müddət əvvəl itkin düşmüş şəxs kimi axtarışa verilib. Maklinin meyiti yaşadığı əraziyə yaxın olan Lions Bay bölgəsində aşkarlanıb
24 mayMüsəlman liderləri Trampı İranla müharibəni dayandırmağa çağırıb
ABŞ Prezidenti Donald Trampla videokonfransda iştirak edən bütün ərəb və müsəlman liderləri onu İranla razılığa gəlməyə və bölgədəki düşmənçiliyə son qoymağa çağırıblar. "Report" xəbər verir ki, bu barədə "Axios"un müxbiri Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb. Ağ E
24 maySeneqal Prezidenti Baş naziri istefaya göndərib
Seneqal Prezidenti Bassiru Diomaye Faye fərmanla Baş nazir Usman Sonkonu işdən çıxarıb. "Report"un məlumatına görə, fərman RTS telekanalının efirində oxunub. Yeni hökumət başçısının təyin olunma vaxtı və namizədin adı hələ açıqlanmayıb. "Dakaractu" xəbər portalı qeyd edib ki, Sonkonu
23 may