Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunur
Martın 31-i səhər saatlarından başlayaraq Azərbaycanlıların Soyqırımının 107-ci ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksi kütləvi şəkildə ziyarət edilir.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, ziyarətçilər arasında hökumət və dövlət nümayəndələri, idarə və müəssisələrin kollektivləri, siyasi və ictimai təşkilatların üzvləri, respublikanın müxtəlif bölgələrindən olan şagirdlər və tələbələr, sıravi vətəndaşlar, eləcə də xarici vətəndaşlar var. Ziyarətçilər soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, tarixi faktlarla daha yaxından tanış olurlar.
Quba Soyqırımı Memorial Kompleksində Əməkdar rəssam Adil Şıxəliyevin 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci ildönümünə həsr olunan "Mələklərin fəryadı" adlı qobelen sərgisi nümayiş etdirilir. Bu sərgi martın 29-dan etibarən açılıb.
Hazırda Quba Soyqırımı Memorial Kompleksinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Ziyarətçilərə kompleksin bələdçiləri tərəfindən dörd dildə (Azərbaycan, ingilis, rus və ərəb) soyqırımı haqqında informasiyalar verilir.
Kompleks fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi ümumilikdə 1.2 milyondan çox ziyarətçi qəbul edib. Bu ziyarətçilərin 200 minə yaxını əcnəbilərdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 671 Tarix: 31 mart 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bu yollar iki gün bağlı olacaq
Abbasqulu ağa Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsindən Səməd Vurğun küçəsinədək, həmçinin Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Landau küçəsinədək olan hissələrində təmir işləri aparılacaq. xəbər verir ki, bununla əlaqədar olaraq hər iki istiqamətdə hərəkət 25 mart saat 08:00-da
25 martÖlkə ərazisində yağıntılar davam edir - FAKTİKİ HAVA
Martın 26-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Ağdamda 7, Şabran, Bərdə, eyni zamanda Bakıda və Abşeron yarımadasında 6, Xızı, Sədərək v
26 martBeynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır - FOTO
Bu gündən "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır. "Report"a istinadən xəbər verir ki, budəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir
26 martBakıda 7,3 milyona mənzil satışa çıxarıldı
Hazırda elan saytlarında təklif olunan ən bahalı mənzil paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşir. Sözügedən əmlak nə az nə çox, 7 milyon 300 min manata satışa çıxarılıb. xəbər verir ki, mənzilin ümumi sahəsi 187 kvadratmetr, otaq sayı isə 4-dür. 18 mərtəbəli binanın 4-cü mərtəbəsind
25 martAzərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?
Prezident İlham Əliyev Şamaxı rayonunda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında müəssisə əməkdaşları ilə görüşüb. Qaynarinfo xəbər verir ki, görüş zamanı dövlət başçısı Şamaxının ölkəmizin turizm mərkəzlərindən birinə çevrildiyini və bu işdə yolların əhəmiyyətini də vurğulayıb. "Şamaxı-Bak
23 martMoped idarə edənlərin diqqətinə: Yeni qaydalar qüvvəyə mindi
Bu gündən Azərbaycanda mopedlərin idarə olunması ilə bağlı yeni qaydalar qüvvəyə minib. Belə ki, artıq moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur və bu nəqliyyat vasitələri dövlət qeydiyyatına alınaraq uçota götürüləcək. xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında" Qanun
26 martBu şəxslər ÖMÜRLÜK PENSİYA ALACAQ
Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası əlillik dövründə pensiya yaşına çatmış şəxsə əlilliliyə görə əmək pensiyasının müddətsiz təyin edilməsi ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib. "Unikal" xəbər verir ki, işin hallarına görə, iddiaçı 2017-c
22 martSabah yağış yağacaq, şimşək çaxacaq
Azərbaycanda martın 26-da havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhə
25 mart