"Ağzımızdan çıxan kəlimələr doğurdan da kainata enerji ötürür?" - AÇIQLAMA
"Ağzımızdan çıxan kəlimlərə diqqət edək", "Kainata ötürdüyümüz enerjiyə diqqət yetirməliyik" kimi sözləri insanlardan tez-tez eşidirik.
Bəs görəsən ağzımızdan çıxan kəlimələr, qurduğumuz cümlələr kainata enerji ötürərərək həyatımıza təsir edirmi?
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Sonxeber.az -a açıqlama verib:
"Son dövrlər yaşam koçlarının insanlara ən çox təbliğ etdiyi inanclardan biri də budur. Məsələn "üzr istəmək" sözünün əvəzinə "bağışlamaq" sözündən istifadə etməyi məsləhət görürlər. Çünki, əgər "üzr istəmək" sözündən çox istifadə etsək, daha çox üzr istəməli olduğumuz hadisələrlə üz-üzə gələcəyimizi bildirirlər. Amma günümüzün yaşam koçlarının insanlarda yaratdığı inanclar bir növ manipulyasiyadır. Bu, manipulyativ inanclara görə insanlar həyatlarına yön verirlər. Məsələn, bu sözü dedimsə, deməli bu hadisə baş verəcək və.s. Amma məntiqlə yanaşsaq, bu sözü dedim və buna görə filan hadisə başıma gəldi deyə düşünmək sadəcə olaraq özümüzə psixoloji təsir etmək deməkdir. Əvvəlki yaşam tərzinə baxsaq görərik ki, insanlar "üzr istəyirəm" sözünü də istifadə edirdi, müəyyən dərəcədə bəddua da edirdi, amma o həyat tərzi ilə uzun və xoşbəxt də yaşayırdılar. Amma bu günki insanlarmız ağızlarından çıxan hər kəlimə ilə kainata mənfi və ya müsbət enerji ötürdüklərini, bunun onların həyatına təsir edəcəyini düşünürlər. Hətta bəzən ölüm hadisələrini belə bu inanclarla əlaqələndirirlər. Bunların hamısının səbəbi yaşam koçlarının insanları manipulyasiya etməsi, şüuraltına belə inancları yeritməsidir. Mən məsləhət görürəm ki, insanlar özlərində hər hansı psixoloji problemlə üzləşsələr, peşəkar psixoloqlara müraciət etsinlər. Əks halda bu tip inanclarla sadəcə həyatlarını çətinləşdirəcəklər"
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1237 Tarix: 01 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı
Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind
23 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrEvdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrHərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabr