Bu il abituryentlər ən çox hansı ixtisaslara üstünlük verəcək? - AÇIQLAMA

Bu il abituryentlər ən çox hansı ixtisaslara üstünlük verəcək? - AÇIQLAMAAzərbaycanda 2025-ci ilin qəbul imtahanları yaxınlaşdıqca təhsil ictimaiyyəti, abituriyentlər və valideynlər arasında ixtisas seçimi məsələsi daha da aktuallaşır. Artıq illərdir ki, ixtisas seçimi sadəcə şəxsi maraqlara deyil, eyni zamanda əmək bazarının tələblərinə, beynəlxalq trendlərə və gələcəkdə işlə təmin olunma imkanlarına əsasən müəyyən olunur. 2024-cü ilin yekunlarına əsasən, Dövlət İmtahan Mərkəzinin statistikası göstərir ki, ali məktəblərə qəbul olunan abituriyentlərin sayı 74 000-dən çox olub. Bu isə təxminən 108 000 nəfər abituriyent arasında 68,5% qəbul nisbətinə bərabərdir. Hər il artan bu rəqabət, eyni zamanda dəyişən əmək bazarı fonunda tələbələrin düzgün ixtisas seçimi etməsini daha da vacib edir.

Bəs görəsən bu il abituryentlər hansı ixtisaslara daha çox üstünlük verəcəklər?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az -a açıqlama verib:

Dünya təcrübəsinə baxdıqda, yüksək texnologiyalar, süni intellekt, ekoloji dayanıqlılıq və məlumatların emalı ilə bağlı ixtisasların artan tələbatla qarşılandığını görürük. Məsələn, ABŞ Əmək Departamentinin 2024-cü il proqnozlarına görə, ən sürətlə artan peşələr arasında süni intellekt mühəndisliyi, data analitikası, kibertəhlükəsizlik mütəxəssisi, yaşıl enerji texnologiyaları üzrə mütəxəssislər və biotibbi mühəndislik sahəsində çalışanlar ön plandadır. Avropa İttifaqında da rəqəmsal keçid və yaşıl iqtisadiyyat çərçivəsində analoji istiqamətlər üzrə ixtisaslara olan ehtiyac sürətlə artır.

Azərbaycanda bu tendensiyalar yavaş-yavaş təkrarlansa da, hələ də ən çox seçilən ixtisaslar sırasında tibb, hüquq, iqtisadiyyat və mühəndislik sahələri yer almaqdadır. 2024-cü ildə "Tibb" ixtisası üzrə qəbul üçün keçid balı bir çox universitetdə 600-dən yuxarı olub ki, bu da onu ən çox tələbat olan ixtisaslardan biri kimi göstərir. Eyni zamanda, informasiya texnologiyaları, proqramlaşdırma və kompüter elmləri sahələrində də keçid ballarının yüksəldiyi müşahidə olunur. Misal üçün, ADA Universitetində "Kompüter elmləri" ixtisasına qəbul keçid balı 620-dən çox olub.

Gələcəkdə əmək bazarında dominant olacaq ixtisaslara gəldikdə, bunlar əsasən data elmləri (data science), süni intellekt və maşın öyrənməsi, kibertəhlükəsizlik, robototexnika, biotexnologiya, ekoloji mühəndislik və yaşıl enerji üzrə ixtisaslardır. Bu sahələr həm lokal, həm də beynəlxalq əmək bazarında sürətlə inkişaf edir. Azərbaycanda bu istiqamətdə bəzi universitetlər artıq müasir tədris proqramlarına keçid etsə də, bu proses hələ geniş vüsət almayıb. Əgər yaxın illərdə bu ixtisaslar üzrə kadr hazırlığı sürətlənməsə, ölkədə kəskin ixtisaslı kadr çatışmazlığı yaşanacaq.

Bununla yanaşı, bəzi ixtisasların getdikcə dəbdən düşdüyü və əmək bazarında real qarşılığı olmadığı da görünməkdədir. Ənənəvi humanitar sahələr – məsələn, "filologiya", "tarix", "sosiologiya", "fəlsəfə" kimi ixtisaslar üzrə məzunların çoxu işsiz qalır və ya ixtisası üzrə işləyə bilmir. 2023-cü ildə keçirilən əmək bazarı araşdırmalarında göstərilir ki, ali məktəbi bitirmiş, amma iş tapa bilməyən gənclərin 38%-i məhz bu ixtisaslar üzrə məzunlardır. Bu isə abituriyentlərin bu sahələrə marağını azaldır və bəzi universitetlərdə bu ixtisaslara qəbul planı dolmur.

İmtahanlarla bağlı gözləntilərə gəlincə, Dövlət İmtahan Mərkəzinin 2025-ci il üçün ilkin məlumatlarına əsasən, qəbul imtahanlarında təfəkkürə əsaslanan, məntiqi nəticə çıxarmağı tələb edən sualların payı artırılacaq. Bu, daha yüksək səviyyəli düşüncə bacarıqları tələb edən yanaşma formasıdır və təhsilin keyfiyyətini artırmaq üçün vacib addımdır. Lakin bu dəyişikliklər məktəbdə tədris keyfiyyəti ilə paralel getmədiyi üçün bir çox abituriyentlər yalnız repetitor hazırlığı ilə bu sualları cavablandırmağa çalışırlar. Bu isə məktəbin təhsil sistemindəki nüfuzuna mənfi təsir göstərir. Müəllim dərsdə aktual olanı deyil, imtahan mövzularını izah etməyə məcbur olur, kurikulumdan kənarlaşma halları artır.

Bütün bu məqamlar onu göstərir ki, ixtisas seçimi təkcə şəxsi maraq əsasında deyil, həm də rasional analiz, gələcək əmək bazarı perspektivi və beynəlxalq tendensiyalar əsasında həyata keçirilməlidir. Əks halda, gənclər illərlə oxuyub nəticədə işsiz və ya öz sahəsindən kənar işləyən kütləyə çevrilə bilər. Təhsil siyasətçiləri, valideynlər və abituriyentlər bu reallıqları nəzərə alaraq seçim etməli, universitetlər isə proqramlarını əmək bazarına uyğun yenidən qurmalıdır. Əks halda, həm təhsil, həm də məşğulluq sahəsində sistemli böhranlar qaçılmaz olacaq.

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1762   Tarix: 01 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Hərbi qulluqçuların sosial təminatında yeni mərhələ

Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin

23 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr