Paytaxtın Bakıdan köçürülməsinə nə qədər vəsait lazımdır? - AÇIQLAMA
"Paytaxtın köçürülməsilə bağlı müxtəlif rəsmi şəxslər tərəfindən təkliflər səsləndirilməkdədir. Ən qəribəsi isə işğaldan azad edilmiş ərazilərdəki, şəhərlərin təklif edilməsidir".
Ölkə.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, paytaxtın köçürülməsi və yeni şəhərin qurulması inanılmaz dərəcədə bahalı və uzunmüddətli bir prosesdir:
"Azərbaycanın iqtisadi ölçüsünü və dövlət büdcəsini nəzərə alaraq, belə bir addım real deyil.
Bu tip köçürülmələrə dünya praktikasında baxsaq görərik ki, İndoneziya Cakartadan Nusantaraya köçürülməsi üçün 35 milyard dollar büdcə ayırıb.
Misir yeni inzibati paytaxtına 58 milyard dollar sərf edir. Qazaxıstan isə paytaxtı Almatıdan Astanaya köçürəndə 30 milyard dollar xərc çəkib.
Odur ki, Azərbaycanın paytaxt köçürməsi üçün ən azı 30-40 milyard dollar, daha müasir şərtlərlə 50 milyard dollar vəsait lazımdır".
Ekspertin fikrincə, buna görə də ölkənin hərbi gücünün davamlı artırılmasına və azad edilmiş ərazilərə qayıdışın təmin edilməsinə külli miqdarda maliyyə vəsaiti tələb edilən hazırkı şəraitdə bu mövzunu gündəmə gətirmək məqsədəuyğun deyil:
"Amma bir gün ölkənin iqtisadi durumu buna imkan verərsə, o zaman bunu etmək olar. Lakin onda da paytaxt elə əraziyə köçürülməlidir ki, o nə Ermənistanla sərhədə, nə də İranla sərhədə yaxın olmamalıdır. Çünki, dünya təcrübəsində paytaxtlar potensial təhlükədən daha uzaq salınır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 903 Tarix: 01 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı
Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind
23 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrEvdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrHərbi qulluqçuların sosial təminatında yeni mərhələ
Hərbi qulluqçuların əməkhaqqı və pensiya təminatının təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər sosial siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu tədbirlər hərbi qulluqçuların həm xidmət dövründə, həm də xidmətdən sonrakı mərhələdə sosial müdafiəsinin gücləndirilməsin
23 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabr