Bu şəxslərin təhsilhaqqını dövlət ödəyəcək
İşğaldan azad olunmuş ərazilərdə ödənişli əsaslarla təhsil alan şəxslərlə bağlı qanunvericiliyə dəyişiklik olunur.
Sonxeber.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında" və "Peşə təhsili haqqında" qanunlarında dəyişiklik edilməsi barədə layihədə öz əksini tapıb.
Layihəyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025/2026, 2026/2027, 2027/2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində təhsil almaqda olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Qeyd edilib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamlarından irəli gələn tələblərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı" təsdiq edilib. Sözügedən Tədbirlər Planına əsasən həmin ərazilərdə məskunlaşan əhaliyə münasibətdə peşə hazırlığının və tədrisinin təşkili ilə bağlı 2024-2026-cı illər ərzində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Təqdim olunan qanun layihəsi də işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsi və zəruri kadr potensialının formalaşdırılması sahəsində həyata keçiriləcək tədbirlərdən biri kimi həmin ərazilərin iqtisadi potensialı və əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsilinin stimullaşdırılması məqsədilə hazırlanıb. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən işğaldan azad edilən ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsilhaqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil.
Layihənin qəbulu nəticəsində işğaldan azad edilmiş ərazilərində məskunlaşmış Azərbaycan Respublikası vətəndaşlarının təhsilhaqlarının dövlət büdcəsi hesabına maliyyələşdirilməsini təmin edən hüquqi mexanizm formalaşdırılmış olacaq.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Paytaxtın iki böyük bağı birləşdirildi