Avtomobillərin ekranında oyun oynamaq dövrü başlayır

Avtomobillərin ekranında oyun oynamaq dövrü başlayırTexnologiya nəhəngi "Google" tərəfindən hazırlanmış "Android Auto" əməliyyat sistemi avtomobil əyləncələri sahəsində irəliləyişə imza atıb. Belə ki, artıq "Android Auto 14.1"in yeni beta versiyası sensor ekranla təchiz edilmiş avtomobilin media sistemində birbaşa oyunların işə salınmasını dəstəkləyir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "9to5Google" nəşri xəbər yayıb.

Bildirilir ki, funksiya sürücülər və sərnişinlər üçün dayanacaqlar və parklama zamanı sevimli oyunlarından həzz almağa imkan verir.

Hazırda dörd populyar oyun mövcuddur: "Candy Crush", "Angry Birds", "Farm Heroes Saga" və "Beach Buggy Racing".

"Android Auto" tərtibatçıları təhlükəsizliyi də nəzərə alıblar: Oyunlar yalnız avtomobil hərəkətsiz vəziyyətdə olduqda işləyir. Nəqliyyat vasitəsi hərəkətə başlayanda oyun dərhal bağlanır və yenidən başlatmaq mümkün olmur.

Avtomobildə oyunlardan istifadə üçün əvvəlcədən onları "Android Auto" ilə əlaqələndirilmiş smartfona yükləmək lazımdır. Bütün oyunlar tam ekran rejimində açılır, maksimum immersiya və idarəetmə rahatlığı təmin edir. Bort kompüterinin idarəetmə elementlərinə daxil olmaq üçün ekrana toxunmaq və aşağı sürüşdürmək kifayətdir.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 876   Tarix: 01 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alimlər insanların oyaq ikən də yuxu görə bildiyini aşkarlayıblar

Son elmi araşdırmalar insanların təkcə yuxu vəziyyətində deyil, eyni zamanda oyaq olduqları zaman da yuxugörməyə bənzər hallar yaşadıqlarını üzə çıxarıb. xəbər verir ki, bu maraqlı faktı Paris Beyin İnstitutunun tədqiqatçısı Nikolas Dekat Böyük Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsind

6 may
.

Acqarına məşq edənlərin nəzərinə: Hansı hallarda qidalanmaq mütləqdir?

Səhər yeməyi yemədən idman etmək yalnız yüngül fiziki aktivlik zamanı məqbul sayılır. Ağır güc məşqlərinə başlamazdan bir neçə saat əvvəl qidalanmaq isə başgicəllənmə hallarının və mümkün zədələrin qarşısını almaq üçün vacibdir. xəbər verir ki, bu barədə fitnes təlimçisi İrina Maltseva " portalın

6 may
.

14 qədəh tekila içib yıxılan tibb bacısı 300 min dollar təzminat qazandı

Kaliforniyadan olan 45 yaşlı tibb bacısı Diana Sanders, "Carnival Corporation" kruiz şirkətinə qarşı qaldırdığı məhkəmə iddiasında 300.00 dollar təzminat qazanıb. Hadisə kruiz səyahəti zamanı baş verib: qadın 14 qədəh tekila içdikdən sonra yıxılaraq kəllə-beyin travması alıb. xarici mediay

5 may
.

Dəfndə müzakirə yaradan GÖRÜNTÜ - FOTO

Dəfn mərasimində qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. xəbər verir ki, hadisə zamanı mərhumun torpağa tapşırılması üçün qəbiristanlığa toplaşan insanlar gözlənilməz anlarla üzləşiblər. Belə ki, qəfil şəkildə əraziyə vəhşi heyvanın daxil olub. Bu vəziyyət iştirakçıla

3 may
.

Günorta yuxusundan sonra niyə yorğunluq hiss edirik? - Mütəxəssisdən açıqlama

"Bəzi hallarda insanlar yuxudan oyandıqdan sonra gümrahlıq deyil, əksinə, yorğunluq və süstlük hiss edirlər". xəbər verir ki, kardioloq və yuxu üzrə ekspert Natalya Zolotaryova "İzvestiya" nəşrinə müsahibəsində bu problemin səbəblərindən danışıb. Ekspertin fikrincə, bu vəziyyət insanı

7 may
.

İnsan ruhunun çəkisi həqiqətən 21 qramdırmı?

1901-ci ildə ABŞ-nin Massaçusets ştatının Haverhill şəhərində yaşayan həkim Dr. Dunkan MacDougall insan ruhunun ölçülə bilən bir kütləyə sahib olduğuna inanırdı. O, ruhun bədəni tərk etdiyi anı dəqiq müəyyən edib çəkisini ölçə biləcəyinə əmin idi və bu məqsədlə bir sıra qeyri-adi təcrübələr aparmağ

4 may
.

"Al"la düzələn şəklini paylaşıb zarafat etdi - "Məni yaxşılaşdırıblar"

İtaliyanın Baş naziri Ciorcia Meloni instaqram hesabında süni intellekt vasitəsilə yaradılan saxta fotoları ilə bağlı paylaşım edərək izləyicilərini xəbərdar edib. xarici mediaya istinadən verir ki, Meloni son günlər müxalifləri tərəfindən paylaşılan və həqiqət kimi təqdim edilən süni intellekt məhsul

5 may
.

Zəkanın yalnız anadan keçməsi mifi: Genetiklər nə deyirlər?

İntellektin əsasən anadan irsən keçməsi barədə yayılan fikirlər həqiqəti əks etdirmir. xəbər verir ki, bu barədə " nəşrinə Göttingen və Sibir Federal universitetlərinin professoru, Rusiya Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aparıcı tədqiqatçısı, rusiyalı genetik Konstantin Krutovsk

6 may
.

Narazı gəlin diqqət çəkdi - VİDEO

Toy məclislərindən birində lentə alınan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. xəbər verir ki, yayılan kadrlarda ən çox diqqət çəkən məqam gəlinin üz ifadəsi olub. İzləyicilər onun narazı və bir qədər soyuq göründüyünü qeyd ediblər. Görüntülərdə cütlüyün rəqs etdiyi anlar da yer alıb

3 may