Bakının məşhur restoranında YOXLAMA - Nəzarətə götürüldü
Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsində yerləşən, fiziki şəxs İsmayılova Fizulət Eldar qızına məxsus "Qurd Qapısı" restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Sonxeber.az xəbər verir ki, baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik tələblərə əməl olunmadığı, emal sahəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, qida məhsullarının saxlanması ilə bağlı tələblərin yerinə yetirilmədiyi, soyuducu və dondurucuda müxtəlif ət məhsullarının çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, quru xammal anbarının və işçilər üçün soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, qida ilə təmasda olan səthlərin asan yuyulub təmizlənə bilən materialla üzlənmədiyi məlum olub.
Bununla yanaşı, yoxlama zamanı yeməklərin hazırlanması və ət emalı sahəsində mexaniki havalandırma sisteminin quraşdırılmadığı, emal sahəsində divarların tamlığının pozulduğu, soyuducu rəflərdə korroziya əlamətlərinin olduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimə cəlb olunmadığı, həmçinin istehlaka təqdim edilən ətlərin müvafiq müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, iaşə müəssisəsinin açıq sahəsində isti yeməklərin hazırlanması ilə bağlı fəaliyyətinə nöqsanlar aradan qaldırılanədək müvəqqəti məhdudiyyət qoyulub və icrası məcburi göstərişlər verilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.









Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1130 Tarix: 02 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
23 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrMartin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabr