Van Damm Rumıniyada insan alverində ittiham olunur
Rumıniyanın mütəşəkkil cinayətkarlıqla mübarizə prokurorluğu (DIICOT) aktyor Jan-Klod Van Damm barəsində insan alveri işi üzrə istintaq başladıb.
Qaynarinfo bu barədə yerli mediaya istinadən xəbər verir.
65 yaşlı Van Dammın 10 ildən çox əvvəl insan alverinin qurbanı olmuş rumıniyalı qadınlarla intim əlaqəyə girdiyi iddia edilir. İstintaq materiallarına əsasən, aktyorun Kann şəhərində "hədiyyə olaraq" bir neçə qadın aldığı bildirilir. Hakimiyyət orqanlarının məlumatına görə, o, həmin qadınların istismara məruz qaldığını əvvəlcədən bilib.
Vəkil Adrian Kukulis bildirib ki, aktyor ümumilikdə "həssas vəziyyətdə" olan beş qadınla cinsi əlaqədə olmaqda şübhəli bilinir. Prokurorluğun məlumatına görə, insan alveri şəbəkəsi "model agentliyi" adı altında fəaliyyət göstərən iş adamı Morel Bol tərəfindən təşkil edilib. 2022-ci ildə Bol yetkinlik yaşına çatmayanların ticarəti ilə bağlı cinayət işinin əsas fiqurlarından biri kimi istintaqa cəlb olunub və bu iş üzrə araşdırmalar hələ də davam edir.
DIICOT Van Dammın adının keçdiyi cinayət işinin icraata götürüldüyünü təsdiqləyib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 848 Tarix: 02 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Argentinanın keçmiş prezidenti xəstəxanaya yerləşdirildi
Argentinanın ev həbsində olan keçmiş prezidenti Kristina Fernandes de Kirşner qarın nahiyəsindəki ağrı səbəbilə xəstəxanaya yerləşdirilib. bildirir ki, bu barədə "La Nacion" qəzeti mənbələrə istinadən xəbər verir. Xəstəxanada Fernandes de Kirşnerə appendisit diaqnozu qoyulub. O, əməliyyat edilib
21 dekabrKaya Kallas üzr istədi
Estoniya məhkəməsinin böhtan iddiası ilə bağlı qərarından sonra Avropa İttifaqı diplomatiyasının rəhbəri Kaya Kallas "Facebook" səhifəsində rəsmi üzrxahlıq mesajı yerləşdirib. xəbər verir ki, bu barədə "EADaily" məlumat yayıb. Nəşrin məlumatına görə, Estoniya məhkəməsi Kallasa Ail
21 dekabrTrampın Şimali Karolinadakı "Milad rəqsi" sosial mediada viral oldu - VİDEO
ABŞ Prezidenti Donald Tramp Şimali Karolina ştatının Rocky Mount şəhərində yerləşən Rocky Mount Tədbir Mərkəzində keçirilən mitinqdə çıxış edib. xarici mediaya istinadən xəbər verir ki, Tramp mitinq zamanı benzin, səhiyyə xidmətləri və əsas istehlak məhsullarının qiymətlərinin aşağı salınmasına dai
22 dekabrGəzməyə gedən 4 uşaq YOXA ÇIXDI
Rusiyada uşaqların kütləvi şəkildə yoxa çıxması ilə bağlı müəmmalı hadisə baş verib. xəbər verir ki, dekabrın 21-də Samara vilayətində polislər gəzintidən sonra evə qayıtmayan dörd uşağın axtarışına çıxıblar. Daxili İşlər Nazirliyinin regional bölməsinin məlumatına görə, onlar Bezençuk kəndinin sakinlər
21 dekabr