Pasportsuz uçuş: Pilotların hüquqi məsuliyyəti

Pasportsuz uçuş: Pilotların hüquqi məsuliyyətiSon zamanlar aviasiya sahəsində olan yanlışlıqlar, xüsusilə də pilotların səhvləri geniş müzakirələrə səbəb olur. Təsadüfi deyil ki, yaxın günlərdə baş vermiş bir hadisə - Los-Ancelesdən Şanxaya uçan "Boeing 787" təyyarəsinin pilotlardan birinin pasportunun olmaması səbəbindən geri dönməsi dünya mediasının diqqətini çəkdi. Belə ki, təyyarə Sakit okeanın üzərində olarkən pilot pasportunu unutduğunu anlayıb və iki saat uçduqdan sonra ekipajı dəyişmək üçün təyyarəni geri qaytarıb.

Aviasiya şirkəti təyyarə qayıtdıqdan sonra yeni ekipaj təyin edib və daha sonra sərnişinlərə yemək çeki, eləcə də qeydlərə görə 15 dollar təzminat ödəndikdən sonra uçuşu bərpa edib.

270 nəfərlik bu uçuşda 6 saat gecikməyə səbəb olan hal üçün pilota müəyyən güzəşt edilməlidirmi sualı isə müzakirəyə çevrilib.

Ümumiyyətlə, belə hallarda pilotlar məsuliyyət daşıyırmı? Bu məsələnin hüquqi tənzimlənməsi hansı qaydada həyata keçirilməlidir?

Hər şeydən əvvəl qeyd edək ki, bu vəziyyət yalnız texniki səhvlərdən doğan gecikmələrin deyil, həm də hüquqi və etik məsələlərin yaranmasına səbəb olur. Təbii ki, bu cür hallarda pilotların məsuliyyətləri, aviasiya şirkətləri tərəfindən hansı tədbirlərin görülməsi və sərnişinlərin haqları müzakirə mövzusu olur.

Pilotların pasport unutmaları yeni məsələ deyil və bənzər hadisələr dünyanın müxtəlif yerlərində əvvəllər də baş verib. Məsələn, 2017-ci ildə "Air Canada"nın Toronto-Paris uçuşu zamanı da təyyarənin bir pilotu uçuşdan əvvəl aviasiya sənədlərini unudaraq uçuşa başladığı üçün təyyarə geri qaytarılmışdı. Bu hadisə o vaxt da aviasiya sahəsindəki ciddi təhlükəsizlik tələblərinin nə qədər önəmli olduğunu bir daha gündəmə gətirmişdi.

Analoji xoşagəlməz hadisə 2019-cu ildə də yaşanmışdır. Sərnişinlərə böyük narahatlıq yaradan bu hadisə zamanı da aviasiya şirkəti və sərnişinlər hüquqi məsuliyyətlərə dair müqavilələrə əsaslanaraq müvafiq kompensasiyalar almışdır.

Ən çox rast gəlinən bu cür səhvlərin əsas səbəbi əlbəttə ki, pilotların uçuş qabağı sənədlərini yoxlamaqda səhlənkarlığa yol vermələridir. Pilotların uçuşa çıxmadan əvvəl müvafiq sənədlərinin yoxlanması onların öhdəliyidir. Beynəlxalq müstəvidə aviasiya hüququ hər bir pilotu uçuşdan əvvəl öz sənədlərinin və təhlükəsizlik təlimatlarının düzgünlüyünü təmin etməyi onların üzərinə bir vəzifə olaraq qoyur. Pilotun məsuliyyəti yalnız texniki səhvlərdən ibarət deyil, eyni zamanda şəxsi hazırlıq və məlumatlılıq, uçuş təhlükəsizliyini birbaşa təsir edən faktorlardır.

Pilotların hüquqi məsuliyyətinin hüquqi əsasına gəlincə, bu, aviasiya qanunvericiliyi və müqavilə hüququna əsaslanır. Əgər pilot uçuş üçün lazım olan bütün sənədləri düzgün hazırlamayıbsa və bu nəticədə ciddi gecikmələrə, təyyarənin geri qayıtmasına və ya sərnişinlərin zərər görməsinə səbəb olubsa, o zaman pilotdan təzminat və ya hüquqi cavabdehlik tələb edilə bilər. Bu, həmçinin sərnişinlərin səyahət hüquqlarına da təsir edərək.onlara müxtəlif kompensasiyalar ödənməsini tələb edir.

Bu zaman aviasiya şirkətləri də məsuliyyət daşıyır. Aviasiya şirkətləri pilotun səhvini aradan qaldırmaq üçün əməliyyat idarəetmə prosedurlarını tətbiq etməlidir. "Boeing 787" hadisəsində olduğu kimi şirkətlərin təyyarə geri qaytarma və yeni ekipaj təyin etməsi kimi addımlar atması sərnişinlərin hüquqlarını qorumaq üçün tədbirlər hesab edilə bilər. Lakin bu cür hadisələr sərnişinlərin gecikməsinə səbəb olduğu üçün şirkətlərin də üzərinə kompensasiya və ya digər ödənişlər düşür. Beynəlxalq müqavilələrə görə bu cür hallarda sərnişinlərə uçuş gecikmələri və ya təxirəsalınmalarla bağlı kompensasiya verilə bilər.

Qeyd edək ki, beynəlxalq aviasiya hüququ, xüsusilə də "Beynəlxalq Hava Nəqliyyatı Təşkilatı"nın (ICAO) təlimatları bu cür halların necə tənzimlənməli olduğunu müəyyən edir. ICAO qaydalarına görə pilotun səhvləri və digər əməliyyat problemləri ciddi şəkildə tənzimlənməli və hüquqi çərçivədə qiymətləndirilməlidir. Bu çərçivədə sərnişinlərə kompensasiya ödənməsi, uçuşların təxirə salınması zamanı önəmli hüquqların qorunması məsələləri əsas yer tutur.

Eyni zamanda, bu sahədə olan beynəlxalq hüquqi müqavilələr aviasiya şirkətlərinin sərnişinlərin hüquqlarını təmin etməli olduğunu bildirir. Bu beynəlxalq sənədlərə əsasən təyyarənin geri qaytarılması və ya gecikmə halında sərnişinlərə təzminat verilməsi tələb olunur.

Azərbaycan Respublikasına gəldikdə, ölkəmizdə "Aviasiya haqqında" Qanun Azərbaycan Respublikasının hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyir, aviasiyada təhlükəsizliyin, o cümlədən dövlətin müdafiəsinin, əhalinin və iqtisadiyyatın hava daşımaları və aviasiya işləri ilə əlaqədar ehtiyaclarının təmin edilməsi üçün həyata keçirilən tədbirlərin hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Göründüyü kimi pilotların səhvləri və aviasiya şirkətlərinin prosedur pozuntuları böyük hüquqi nəticələrə və sərnişinlərin narahatlığına səbəb ola bilər. Hesab edirik ki, bu cür halların qarşısını almaq üçün aviasiya sənayesində təkmilləşmiş yoxlama prosedurları, həmçinin sərnişinlərin hüquqlarını qoruyan tənzimləmələrin tətbiqi zəruridir. Çünki pilotların məsuliyyətləri yalnız şəxsi səhvləri deyil, həm də ümumi təhlükəsizlik prosedurlarının tələblərinə riayət etməyi əhatə edir. Həm də unudulmamalıdır ki, Uluçuşda yaşanan hər hansı bir problem, yalnız aviasiya şirkətinin deyil, həm də bütün aviasiya sektorunun məsuliyyətindədir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 910   Tarix: 02 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəki kəndində gizlənən tarix: Qərbi Azərbaycanın hansı sirləri buradadır? - Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, Qərbi Azərbaycandakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur. "Qərbi Azərbaycanın yaddaş məkanları"

22 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"

22 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr