Bakıda söküntü olan rayonlarda mənzillər neçəyə satılır? - QİYMƏTLƏR
Bakının bir sıra rayonlarında planlaşdırılan genişmiqyaslı söküntü işləri vətəndaşlar üçün ciddi narahatlığa səbəb olub.
BAKU.WS xəbər verir ki, evləri sökülən sakinlərə verilən kompensasiya məbləği onların eyni ərazidə yeni mənzil əldə etməsinə imkan vermir.
Hazırda Bakıda rayonlar üzrə mənzillərin kavratına görə ortalama qiyməti belə dəyişir:
Binəqədi rayonu - kv 2000 AZN, Yasamal rayonu - kv 3300 AZN, Nərimanov rayonu - kv 2800 AZN, Səbail rayonu - kv 2300 AZN, Nizami rayonu - kv 2600 AZN.
Paytaxtda mənzil qiymətlərinin sürətlə artması fonunda kompensasiya məbləğinin bazar dəyərinə uyğun olub-olmaması böyük müzakirə mövzusuna çevrilib.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, BAKU.WS-ə bildirib ki, paytaxt Bakı şəhərində daşınmaz əmlakların söküntüləri daha çox iki formada aparılır:
"Birinci forma torpaqların dövlət ehtiyacı üçün alınması zamanı vətəndaşlardan mənzillərin alınması, ikinci forma qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının tikinti şirkətləri tərəfindən sökülərək yerində yeni binalarla əvəzlənməsindən ibarətdir.
Torpaqların dövlət ehtiyacı üçün alınması zamanı vətəndaşların əmlakları ərazinin bazar dəyərinə uyğun olaraq qiymətləndirilir və vətəndaşa ödəniləcək məbləğin 20 faiz nisbətində əlavə olaraq kompensasiya ödənilir. Bu qayda ilə artıq Bakının bir çox ərazilərində ciddi şəkildə söküntü işləri aparılıb və hazırda söküntü işləri torpaqların dövlət ehtiyacı üçün alınması prosesi ilə davam edir.
Digər tərəfdən isə qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarının və fərdi yaşayış evlərinin özəl tikinti şirkətlər zamanı isə vətəndaşların əmlaklarının ümumi sahəsi ölçülür. Daha sonra vətəndaşlarla tikinti şirkəti arasında müqavilələr bağlanılır. Tikinti şirkəti tərəfindən vətəndaşlara evləri sökülüb onlara yeni tikili binalarda tam təmirli mənzillər verilən günə qədər aylıq kirayə pulu və köç xərcləri ödəyir. Daha sonra isə vətəndaş köhnə mənzilindən daha geniş və tam təmirli mənzillə təmin olunur.
Qiymətlərə nəzər salsaq, paytaxtın mərkəz və mərkəzə yaxın ərazilərdə torpaqların və yaxud mənzillərin qiymətləri müxtəlif formada ölçülür. Torpaq sahələrinin yerləşməsi, çıxarışın olub-olmaması və digər məsələlər onların qiymətlərinə çox böyük təsir göstərir.
Lakin binalar, xüsusən də çoxmənzilli binalara nəzər salsaq, çoxmənzilli yaşayış binalarında isə qiymətlər tam fərqlidir. Qiymətlər daha çox ərazinin yerləşməsinə görə deyil, tikinti şirkətlərinin brendlərinə görə dəyişir. Bəzi ərazilərdə çoxmənzilli binalarda təklif olunan qiymətlər hətta iki dəfəyə qədər daha fərqli olur.
Bu baxımdan vətəndaşlar hər hansısa bir əmlak alarkən seçimlər edir və onun büdcəsinə uyğun və sərfəli olan binalardan mənzil alır. İstər ucuz, istər bahalı binalarda qiymətlər demək olar ki, daimi öz dəyərini saxlayır və artan xətt üzrə gedir.
Hazırda söküntülərə nəzər salsaq, söküntülər zamanı isə vətəndaşların mənzillərinə ümumi bazar dəyərinə uyğun kompensasiya verilir. Əgər vətəndaşın mənzilinin ümumi sahəsi daha azdırsa, həmin vətəndaşlara söküntü şirkət tərəfindən daha çox kompensasiya olaraq pul ödənilir ki, vətəndaş hər hansısa bir ərazidə istənilən mənzili ala bilərək öz mənzil şəraitini yaxşılaşdıra bilsin".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama