Övladlarını erkən nigaha sövq edənləri hansı cəzalar gözləyir? - ARAŞDIRMA
"Çox böyük təəssüf hissi ilə qeyd etməliyik ki, bir neçə gün öncə 13 yaşlı qız uşağının ana olması faktı ictimaiyyətin və dövlət qurumlarının diqqətini bir daha erkən nikah probleminə yönəltdi. Bu hal bir daha sübut edir ki, cəmiyyətimizdə uşaq hüquqları ilə bağlı maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinə zərurət var".
Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Günay Ağamalı danışıb.
O, açıqlamasında qeyd edib ki, uşaq hüquqlarının qorunması hər birimiz üçün prioritet olmalıdır:
"Nə yazıq ki, cəmiyyətimizdə hələ də öz övladlarını erkən yaşda ailə qurmağa məcbur edən ailələr mövcuddur. Erkən nigah uşağın psixoloji və fiziki sağlamlığına, eyni şəkildə onun təhsilnə, inkişaf imkanlarına ciddi zərbə vurur. Valideynlər bu məsələdə məsuliyyət daşıyırlar.
Qanunvericilikdə erkən nigahların qarşısını almaq üçün maddələr mövcuddur, lakin görünən odur ki, qanunların sərtləşdirilməsi vacibdir.
Bu kimi halların təkrarlanmaması üçün maarifləndirmə tədbirləri genişləndirilməlidir. Uşaq hüquqlarının qorunması hər birimiz üçün prioritet olmalı və heç bir halda bu hüquqlara qarşı çıxanlara güzəştə gedilməməlidir".
Sonxeber.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, bu ilin 1 iyun tarixindən Azərbaycan Respublikasının cinayət məcəlləsinin 176 -1 maddəsi qüvvəyə minəcək:
"Qeyd etdiyiniz hal Azərbaycan Respublikasının cinayət məcəlləsinin 152-ci maddəsində yetkinlik yaşına çatmayan şəxslərə qarşı "cinsi əlaqədə olma" və "seksual hərəkətlərin edilməsi" maddəsi adlanır. Bu maddənin 152.2 maddəsinə görə 14 yaşına çatmayan şəxsə qarşı qarşı "cinsi əlaqədə olma" və "seksual hərəkətlərin edilməsi" 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu açıq-aşkar cinayət hesab olunur. Eyni zamanda bildirmək istəyirəm ki, bu ilin 1 iyun tarixindən Azərbaycan Respublikasının cinayət məcəlləsinin 176 -1 maddəsi qüvvəyə minəcək. Belə ki, burada nəzərdə tutulur ki, qadını məcburi şəkildə nigaha daxil olmağa məcbur etmək 2000 manatdan 3000 manata qədər cərimə, 2 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir. Eyni zamanda 176 -1.2 maddəsinə əsasən əgər bu hal yetkinlik yaşına çatmayan şəxslər barəsində törədildikdə 4 ilə qədər müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqdır. Bildirmək istəyirəm ki, hazırkı halda 13 yaşlı qıza qarşı bu əməlin törədilməsi birbaşa cinayət hesab olunur. Hesab edirəm ki, məhkəmə 13 yaşlı qızın uşaq dünyay gətirmə məsələsini ciddi şəkildə araşdıracaq və daha sərt cəza tətbiq edəcək".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama