Van Dammın adı Rumıniyada insan alveri ilə bağlı cinayət işində hallandı
Belçikaəsilli ABŞ-li aktyor Jan-Klod Van Damm Rumıniyada yetkinlik yaşına çatmayanlar da daxil olmaqla, insan alveri üzrə kriminal şəbəkə ilə bağlı cinayət işində fiqurant olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Hotnews" portalı məlumat verib.
"Cinayətlər Kannda həyata keçirilirdi, Van Dammın ittiham olunduğu əməl isə istismara məruz qaldığı məlum olan şəxsin cinsi xidmətlərindən istifadə etməsidir", - deyə zərərçəkənlərdən birinin adından vəkil tərəfindən Rumıniya Mütəşəkkil Cinayətkarlıq və Terrorizmlə Mübarizə İdarəsinə (DIICOT) verilən bəyanatda bildirilir.
Hadisələrin təxminən 10 il əvvəl aktyorun Kannda olduğu vaxt baş verdiyi və orada fahişəliyə məcbur edilən rumınəsilli beş qızın xidmətlərindən istifadə etdiyi iddia edilir.
Qeyd olunur ki, Van Damm üçün qız seçimi ilə "EuroDemos" qeyri-kommersiya təşkilatının prezidenti və "Kasta Morrely" model agentliyinin sahibi, rumıniyalı sahibkar Morel Bolya məşğul olub. 2022-ci ildə o, yetkinlik yaşına çatmayanların alveri işində əsas müttəhimə çevrilib. İş materiallarında deyilirdi ki, 2000-2016-cı illərdə qızlar, o cümlədən yetkinlik yaşına çatmayanlar bu qeyri-kommersiya təşkilatı və model agentliyi vasitəsilə psixoloji məcburiyyətdən istifadə etməklə cinsi istismarla bağlı fəaliyyətlərə cəlb ediliblər. Hazırda iş üzrə istintaq davam edir.
DIICOT aktyorun adının hallandığı şikayətin verilməsi faktını təsdiqləyib və işin icraata qəbul edildiyini qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1224 Tarix: 03 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gecə unitaza duz tökmək - Nəticəsi təəccübləndirə bilər
Adi duz təkcə mətbəxdə deyil, ev təmizliyində də istifadə oluna bilər. Duzu soda və bitki yağı ilə qarışdıraraq unitazın təmizlənməsi üçün ev üsulu hazırlamaq təklif olunur. Qarışıq çirk, ərp və xoşagəlməz qoxulara təsir etməsi üçün bir neçə saat və ya bütün gecə saxlanılır. xəbər verir ki, bu vasitən
20 sentyabrBina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabrTelefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20 sentyabrStüardessalardan XƏBƏRDARLIQ: hətta isti havada da təyyarədə bunu geyinməyin
İlk baxışdan şort isti havada uçuş üçün rahat seçim kimi görünür. Lakin stüardessaların sözlərinə görə, açıq qalan dəri uçuşlar arasında düşündüyümüz qədər yaxşı təmizlənməyən səthlərlə təmasda ola bilər. xarici mediaya istinadən xəbər verir ki,istifadəçilər orta oturacaqda şortla əyləşdiyini, hər ik
21 sentyabr"Real" bu göstəriciyə görə La Liqada ən pis komandadır
"Real" 2026/27 mövsümündə La Liqada hər oyunda orta qaçış məsafəsinə görə sonuncu yerdədir. -ın xarici mediaya istinadən xəbərinə görə, 7 oyundan sonra "Real" oyunçuları hər oyunda orta hesabla 83,46 kilometr məsafə qət edirlər ki, bu da bütün 20 La Liqa klubu arasında ən pis göstəricidir
22 sentyabrAlimlər yeni pişik növü aşkarladı - Adı belə qoyuldu
Boliviyada elmə əvvəllər məlum olmayan yeni vəhşi pişik növü aşkar edilib. Yeni növə Leopardus tilcayo adı verilib və o, Tilcayo pələng pişiyi kimi tanınacaq. "National Geographic" jurnalına istinadən xəbər verir ki, alimlər bu pişik növünü ilk dəfə 2016-cı ildə müşahidə ediblər. Lakin onu
19 sentyabrRusiyada inəyin itməsi ayının iki nəfəri parçalaması ilə nəticələndi
Rusiyanın İstintaq Komitəsinin Tomsk vilayəti üzrə İdarəsi iki yerli sakinin meyitinin tapıldığı yerdə mütəxəssislərin araşdırma apardığını bildirib. -ya istinadən xəbər verir ki, hadisə Sever kəndi yaxınlığında baş verib. 44 yaşlı kişi fermasından inəyin itdiyini öyrəndikdən sonra onu axtarmağa yollanıb
21 sentyabrBəzi insanlar niyə başqasının uğuruna sevinə bilmir?
Bəzən insan dostunun, həmkarının və ya yaxın adamının uğur xəbərinə gözlənildiyi kimi sevinclə reaksiya vermir. Psixoloqlar isə bunun arxasında tamam başqa səbəblərin də dayana biləcəyini bildirirlər. xəbər verir ki, belə reaksiyalara özünü başqaları ilə müqayisə etmək, aşağı özünəqiymət, şəxsi uğurları
20 sentyabr