İsa Məsihin çarmıxa çəkilməsinin İncil versiyası təsdiqini tapdı

İsa Məsihin çarmıxa çəkilməsinin İncil versiyası təsdiqini tapdıİtaliyanın Sapientsa Universitetindən olan arxeoloqlar qrupu İsa Məsihin dəfn yerinin tədqiqində irəliləyiş əldə edib. Alimlər peyğəmbərin Qüdsdəki Müqəddəs Qəbir məbədinin ərazisində dəfn olunduğuna dair inandırıcı sübutlar aşkar ediblər.

Oxu.Az bu barədə "New York Post"a istinadən xəbər verir.

Qazıntılar zamanı tədqiqatçılar məbədin bilavasitə yaxınlığında yerləşən qədim bitkilərin və kənd təsərrüfatı sahələrinin qalıqlarına rast gəliblər. Bu tapıntı İncildə İohannın Məsihin dəfn yerinin təsviri ilə heyrətamiz şəkildə uyğun gəlir. Mətnə görə, İsanın çarmıxa çəkildiyi Qolqofanın yaxınlığında yeni qəbri olan bağ olub və onun cəsədi orada dəfn edilib.

Bitki qalıqlarından əlavə, arxeoloqlar ehtimal ki, İsa Məsihin dəfni üçün yer təmin edən şəxsə məxsus olan mərmər qəbir də aşkar ediblər.

Hazırda alimlər tapılmış materialların dəqiq yaşını və mənşəyini müəyyən etmək üçün ətraflı təhlil aparırlar.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 980   Tarix: 04 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Divarın rəngi yuxuya necə təsir edir - dizaynerlərin sirləri

Dizaynerlər uzun illərdir rənglərin insanın əhval-ruhiyyəsinə və sağlamlığına təsirini araşdırırlar. Xüsusilə divar çalarlarının yuxuya necə təsir etməsi məsələsi böyük əhəmiyyət daşıyır. Əsas sirr yumşaq və sakit tonlardır. Bu çalarlar insanı rahatladır və istirahətə kökləyir. xarici mediaya istinadl

11 yanvar
.

"Lox-Ness əjdahası" həqiqətən var? - Şotlandiyalı təbiətşünas 52 illik axtarışdan sonra gerçəyi ortaya çıxardı

76 yaşlı təbiətşünas Edrian Şayn yarım əsrdən çox zamanını Şotlandiyadakı məşhur Lox-Ness gölünü araşdırmağa həsr edib və bu qənaətə gəlib ki, orada hər hansı qədim məxluq və ya "Lox-Ness əjdahası" yoxdur. xəbər verir ki, bu barədə "LADbible" nəşri məlumat yayıb. Şayn Nessinin axtarışların

13 yanvar
.

Tualet və hamama kibrit qutusu qoyun: Səbəbi sizi təəccübləndirəcək

Əksər insanlar tualetdəki pis qoxuları yox etmək üçün bahalı hava təravətləndirici spreylərdən istifadə edirlər. Lakin mütəxəssislər bildirirlər ki, bir ədəd kibrit yandırmaq bu spreylərdən daha effektiv və sürətli nəticə verir. xəbər verir ki, tualetdəki xoşagəlməz qoxuların əsas səbəbi metan və digə

11 yanvar
.

Niyə doymadan yeyirik? - Səbəb mətbəxdə ola bilər

Mütəxəssislər bildirirlər ki, mətbəxdəki mühit, düzgün seçilməmiş rəng palitrası, interyer və hətta qab-qacaq belə çox yeməyə meyli artıra bilər. Dietoloqlar insanı daha çox yeməyə sövq edən amillərdən danışıb və arıq qalmaq istəyənlərə bəzi əşyalardan imtina etməyi tövsiyə ediblər. Bu barədə məluma

13 yanvar
.

Kürən saçların supergücü aşkar edildi

Alimlər kürən saçlardakı feomelanin piqmentinin gizli bir supergücə malik olduğunu sübut ediblər. xəbər verir ki, maraqlı araşdırma "PNAS Nexus" jurnalında dərc edilib. Məlumata görə, kürən saçlardakı piqment zəhərli bir təhlükəni canlı rəng parıltısına çevirə bilir. Quş lələklərini narınc

12 yanvar
.

Yağışda islanan səyyar satıcı anasını günahlandırdı - VİDEO

İstanbulda qəfil başlayan leysan yağışa baxmayaraq satışını davam etdirən bir səyyar satıcı, ona "Diqqətli ol, xəstələnərsən" deyən vətəndaşa sərt reaksiya göstərib. türk mediasına istinadən xəbər verir ki, yağışda tamamilə islanmasına baxmayaraq piştaxtasının başından ayrıla bilməyən satıc

13 yanvar
.

Evdə əşyaların anidən yoxa çıxmasının səbəbi bu imiş - İNACLARA GÖRƏ

Açarların davamlı olaraq itməsini və ya göz önündə olan əşyaların qəfil yoxa çıxmasını çoxları adi diqqətsizlik kimi qəbul edir. Lakin bu hal sistemli xarakter aldıqda, gündəlik unutqanlıqla mistik təsəvvürlər arasındakı sərhəd getdikcə silinir. Mütəxəssislər bildirirlər ki, əşyaların tez-tez itməsini

11 yanvar
.

Məzarlığın altından xəzinə fışqırdı! - VİDEO

Türkiyənin Samsun şəhərində Seyyid Kutbiddin qəbiristanlığında aparılan xilasetmə qazıntıları zamanı üzərində "Samsun" yazısı olan məzar kitabəsi və bir sıra tarixi məzar daşları tapılıb. Qazıntılar Selcuqlu və Osmanlı dövrlərinə aid mühüm şəxsiyyətlərin məzarlarını üzə çıxarır. türk mediasın

12 yanvar
.

Sərxoş sürücü ona cərimə yazan polislərin yanında içməyə davam etdi - VİDEO

Türkiyənin Aksaray şəhərində baş verən hadisə həm polis əməkdaşlarını, həm də ictimaiyyəti heyrətə salıb. türk mediasına istinadən xəbər verir ki, Aratol İstiklal məhəlləsində patrul xidməti aparan mülki geyimli polis əməkdaşları mağazadan çıxaraq 42 AAD 014 dövlət nömrə nişanlı avtomobilinə yaxınlaşa

13 yanvar