"Minaların geniş yayılması bölgədə sülh, barışıq və sabitlik üçün ciddi maneə yaradır" - DEPUTAT
"Bu gün Beynəlxalq Mina ilə bağlı Məlumatlılıq Günüdür.Azərbaycan dünyada mina təhlükəsi ilə üzləşən ölkələrdən biridir. Mina partlaması Ermənistanın Azərbaycan torpaqlarını 30 illik işğalı dövründə çoxsaylı itkilərə səbəb olub. Üç onillik ərzində 3,400-dən çox azərbaycanlı mina qurbanı olub, bunlardan 359-u uşaq və 38-i isə qadındır".
Bunu Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib.
Deputat qeyd edib ki, mina partlamadığı zaman da zərər verir. Bu, insanların minaların yerləşdiyi ərazidən istifadə edə bilməməsi səbəbindən baş verir:
"Mina partladıqda isə dəhşətli ətraf mühit deqradasiyasına yol açır ki, bu ərazilər onilliklərlə yararsız halda qalır. Bu, işğaldan azad olunmuş ərazilərə reinteqrasiyanı çətinləşdirir. Keçmiş məcburi köçkünlərin geri dönə bilməsinə maneə yaradır.
Bu günə qədər dövlət tərəfindən təxminən 185,707 hektar torpaq təmizlənmiş, 181,148 partlayıcı sursat qalıqları müvəffəqiyyətlə aşkar edilmiş və zərərsizləşdirilmişdir.2024-cü ildə 62023,9 hektar ərazidə təmizlənmə aparılmış, 65821 ədəd mina və digər hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir.
Mina təmizləmə fəaliyyəti mürəkkəb və uzunmüddətli bir prosesdir. Dövlətimiz öz resurslarını səfərbər edərək səmərəliliyi artırmaq üçün ən son texnologiyalara investisiya ayırıb. Lakin atılan əhəmiyyətli addımlara baxmayaraq, mina təmizlənməsi üçün beynəlxalq dəstək hələ də yetərsizdir.
Bir neçə gün öncə Ağdamda daha bir mülki şəxs mina partlayışının qurbanı olub. 2020-ci ildə müharibənin bitməsindən bəri, mina partlayışları nəticəsində ümumilikdə 387 azərbaycanlı həlak olub və ya ağır yaralanıb.
Ermənistanın mina xəritələri təqdim etməsinə baxmayaraq, bu xəritələr qeyri-dəqiq, etibarsız və natamamdır.
Minaların geniş yayılması bölgədə sülh, barışıq və sabitlik üçün ciddi maneə yaradır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 446 Tarix: 04 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18 sentyabr 2021Bölgələrdə şimşək çaxıb, leysan yağış yağıb - FAKTİKİ HAVA
Sentyabrın 17-si saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala, Ceyrançöl, Tovuz, Ağstafa, Şəmkir, Mingəçevir, İsmayıllıda şimşək çaxıb, yağış yağıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini
17 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO
Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca
17 sentyabr 2021İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü
İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021