Papuaşvili: Avropada bəziləri Rusiyaya qarşı eskalasiya və sanksiyalardan imtinaya görə Gürcüstandan inciyib
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, ölkəsi Rusiya ilə eskalasiyaya getməkdən və qarşılıqlı sanksiyalar tətbiq etməkdən imtina etdiyi üçün Avropada bəzi dairələr ölkəsinə qarşı narazılıq nümayiş etdirir.
"Report"un yerli bürosu xəbər verir ku, bu barədə Ş.Papuaşvili Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Parlamentlərarası İttifaqın (IPU) 150-ci Assambleyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Ş.Papuaşvilinin sözlərinə görə, Gürcüstan nümayəndə heyəti Belçikanın hər iki palatasının sədri ilə keçirilən görüşdə Avropa ilə münasibətlərdə yaranan gərginliklərin səbəblərini izah edib:
"Son illər bəzi Avropa siyasi dairələrinin Gürcüstandan gözləntiləri olub. Onlar istəyirdilər ki, Gürcüstan Rusiya-Ukrayna müharibəsi fonunda eskalasiyaya getsin, sərhədlərini və hava məkanını bağlasın, Rusiyaya qarşı sanksiyalar tətbiq etsin. Amma biz bu addımların ölkəmizin ziyanına olacağını bildiyimiz üçün imtina etdik. Nəticədə Avropada bəzi dairələr bizə qarşı küskün, narazı və ya qəzəblidirlər".
O qeyd edib ki, Gürcüstanın mövqeyi Avropa tərəfinə ətraflı şəkildə izah olunub və artıq bu yanaşmanın mahiyyəti anlaşılır:
"Biz parlamentlərarası əməkdaşlığa önəm veririk. Amma Avropa Parlamentindən Gürcüstana sanksiyalarla bağlı tələb gələndə və bunun müqabilində heç bir təhlükəsizlik və iqtisadi təminat təqdim olunmur, bu, məsuliyyətsiz yanaşmadır".
Papuaşvili həmçinin bəzi Avropa siyasətçilərinin Gürcüstandakı seçki prosesinə müdaxilə etdiklərini də qeyd edib:
"Biz xatırlayırıq ki, Baltikyanı ölkələrin bəzi nazirləri seçkiqabağı dövrdə aksiyalarda iştirak edirdilər. Bu məsələləri də diqqətə çatdırdıq".
O vurğulayıb ki, Gürcüstan yalnız öz xalqına və milli maraqlarına güvənməlidir:
"Əvvəllər də görmüşük ki, müharibələrdən sonra beynəlxalq münasibətlər dəyişir və tərəfdaş kimi təqdim olunanlar müəyyən vaxtdan sonra fərqli mövqe tutur. Ona görə də yalnız öz gücümüzə arxalanmalıyıq".
Qeyd edək ki, Gürcüstan parlamentinin nümayəndə heyəti Şalva Papuaşvilinin rəhbərliyi ilə IPU-nun Daşkənddə keçirilən 150-ci Assambleyasında iştirak edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1029 Tarix: 06 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ərdoğan gənclərlə birgə mahnı oxudu - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Atatürk Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının bölgə toplantısına qatılıb. Toplantının ardından Akkuyu Atom Elektrik Stansiyasında aparılan işlərlə tanış olan dövlət başçısı Cümhuriyyət meydanında açılış mərasimində iştirak edib. Daha sonr
18 sentyabr 202111 ayda 3 dəfə koronavirusa yoluxdu: Heç bir xəstəliyi omayıb
Türkiyənin Qaziantep şəhərində yaşayan 51 yaşlı qadın 11 ayda 3 dəfə koronavirusa yoluxub. -a istinadən xəbər verir ki, koronavirusa qarşı vaksin olunmayan qadın nəfəsdarlığından əziyyət çəkdiyi üçün reanimasiyaya yerləşdirilib. Ağciyəri zədələndiyinə görə, boğazından qidalanan Jale Düşmezer 10 gün əvvə
17 sentyabr 2021Görün velosipedi necə sürdü - ŞOK SÜRƏT - VİDEO
Tayvanlı gənc yeni rekorda imza atıb. -a istinadən məlumat verir ki, o, velosipedə təyyarə mühərriki yerləşdirərək avtomobil sürəti ilə hərəkət etməyə nail olub. Bu işdə ona bir professor kömək edib. Nəticə uğurlu olsa da, sürəti 133 km/saat olan velosiped cəmi 30 saniyə hərəkət edib. Yanacaq çənini
17 sentyabr 2021Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı
16 sentyabr 2021Mənzili alovlara bürünən şəxs yanğınsöndürənləri karnizdə gözlədi – VİDEO
Mənzilində çıxan yanğından xilas olmağa çalışan kişi yanğınsöndürənləri binanın divarında quraşdırılmış karnizdə gözləyib. Yanğın Rusiyanın Anapa şəhərində baş verib. Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşıb. Son məlumatlara görə yanğın söndürülüb, zərərçəkən yoxdur
17 sentyabr 2021Eyvanda durub arbaletlə atəş açdı: Qurbanlar var - VİDEO
Niderlandın Almelo şəhərində bıçaqlı hücum baş verib. Hadisə nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb. Bundan başqa eyvanda bir kişinin arbaletdən atəş açdığı barədə kadrlar yayılıb. Polis həmin şəxsə atəş açmaq məcburiyyətində qalıb. Nəticədə o, yaralanıb. Hazırda şübhəli saxlanılıb. Həl
18 sentyabr 2021Napoleonun baş geyimi hərraca çıxarılır
Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun
16 sentyabr 2021