"Avtomobillər sıradan çıxır" - Sürücülər keyfiyyətsiz yanacaqdan ŞİKAYƏT EDİRLƏR

"Avtomobillər sıradan çıxır" - Sürücülər keyfiyyətsiz yanacaqdan ŞİKAYƏT EDİRLƏR"Avtomobilimin yeni olmasına baxmayaraq, məhz benzinin keyfiyyətsizliyi səbəbindən mühərrik və yanacaq sistemində ciddi problemlər yaranıb. Usta benzinin tərkibində çirkli qatqıların olduğunu bildirib".

Bu fikirlər sürücü Əliyə məxsusdur. Digər sürücü Natiq də eyni problemdən əziyyət çəkdiyini bildirir.

"Maşın ustalarında növbədir, əksəriyyəti də keyfiyyətsiz yanacağa görədir. Sosial şəbəkələrdə hamı etibarlı yanacaqdoldurma məntəqəsi axtarır. Benzinə nə istəsələr qatırlar, buna da nəzarət edən yoxdur".

Digər sürücü isə iddia edir ki, mütləq qatqılardan istifadə etmək lazımdır: "Benzindən sonra 15-20 manatlıq qatqı əlavə etməsəm, avtomobildən boğucu səs gəlir. Benzin çəninin içi isə, elə bil qum torbasıdır".

Milli.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Vətəndaşların hüquqları pozulur

Azərbaycanda sürücülər son illərdə yanacağın keyfiyyəti ilə bağlı müxtəlif şikayətlər səsləndirirlər. Sosial şəbəkələrdə benzinin keyfiyyətsiz olması ilə yanaşı, əskik vurulması, qiymətinin səhv göstərilməsi ilə bağlı iddialar da mövcuddur. Hətta millət vəkili Razi Nurullayev də Azərbaycanda fəaliyyət göstərən bir sıra yanacaqdoldurma məntəqələrində vətəndaşların hüquqlarının ciddi şəkildə pozulduğunu deyir. Millət vəkili bildirir ki, ya benzini əskik vururlar, ya pulu əskik qaytarırlar: "Ya da aparatı dayandırıb, yenidən benzin vurmağa başlayır, həcm rəqəmini çaşdırmağa çalışırlar. Bu hüquq pozuntusu onilliklərdir davam edir, eyni pozuntular bu gün də baş verməkdədir. Bilirsiniz ki, indiki avtomobillərdə elektron sistemdir və dolu çənlə qət olunacaq məsafəni göstərir. Necə olur ki, ayrı-ayrı məntəqələrdə bu, 60-90 km fərq edir? Ona görə ki, benzin vurularkən oğurluğa yol verilir, bu rəqəm isə gündə on tonlarla ölçülür. Mən aidiyyəti qurumları bu sahədə nizam-intizam yaratmağa və vətəndaşların hüquqlarını qorumağa çağırıram".

Mətbuatda Abşeron rayonu, Məmmədli kəndində yerləşən yanacaqdoldurma məntəqəsində vətəndaşın avtomobilinə yanacaq çəninin tutumundan artıq benzin vurulduğu ilə bağlı da məlumatlar yayılıb. İddiaçı avtomobilinin yanacaq tutumu 62 litr olduğu halda, məntəqədə çənə 63 litr yanacağın necə vurulduğunu sorğulayıb. Bir müddət öncə isə yanacaqdoldurma məntəqələrindən biri benzinə su qarışdığını etiraf etmişdi.

"YDM-lər qazanca görə keyfiyyəti aşağı salırlar"

Nəqliyyat eksperti Adil Nəbiyev deyir ki, yanacaq məsələsi sürücülərin yaralı yeridir: "Özüm də bunun şahidi olmuşam. Bu yaxınlarda avtomobili qadın idarə edirdi, mən də maşında idim və arxa şüşədən aparatdakı rəqəmlərə baxırdım. 19 manat 30 qəpik əvəzinə 24 manat 30 qəpik hesabladılar. Etirazımı bildirdim, rəqəm yenidən 19 manat oldu. Avtomobili elə saxlamaq lazımdır ki, rəqəmlərə diqqət edəsən".

Yanacağın keyfiyyətinə gəldikdə isə, mütəxəssis bildirir ki, keyfiyyətsiz benzin avtomobilə ciddi şəkildə zərər vurur: "Bəzi YDM-lər qazanca görə keyfiyyəti aşağı salırlar, bundan da bütün sürücülər əziyyət çəkirlər. Sürücülərin haqları pozulur. Yanacağa qatqılar əlavə edilir. Çirkli yanacaq injektorları və yanacaq filtrini tıxaya bilər. Filtr tez-tez tutulur, benzin çəni yararsız hala düşür. Ümumiyyətlə, sürücülər çalışmalıdırlar ki, benzin çəni dolu olsun. Benzin azalanda nasos güclə işləyir, benzini çəkənə qədər yararsız hala düşür. Keyfiyyəti qaldırmaq üçün ustalar qatqılar əlavə etməyi məsləhət görürlər. Amma onlar da aldadıcıdır. Keyfiyyətsiz yanacaq mühərrikdə düzgün yanmadıqda çöküntü yaranır və bu çöküntü katalizatora ziyan vurur. Katalizator sıradan çıxarsa, avtomobilin ekoloji normativləri pozulur və mühərrik performansı zəifləyir".

"Qurumlar məsuliyyətli yanaşma nümayiş etdirməlidirlər"

Mütəxəssislər bildirirlər ki, sürücülər hüquqları pozulduqda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə şikayət etməlidirlər. Keyfiyyətsiz benzin problemi sürücülərin gündəlik xərclərini artırır və avtomobillərin texniki vəziyyətini pisləşdirir. Problemin həlli üçün nəzarət mexanizmlərinin gücləndirilməsi və sürücülərin daha diqqətli olması vacibdir. Yanacağın keyfiyyətini artırmaq üçün aidiyyəti qurumlar və yanacaq şirkətləri daha şəffaf və məsuliyyətli yanaşma nümayiş etdirməlidirlər.

Şikayətlər çoxdur

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, YDM-lərlə bağlı şikayətlər çoxdur. Ən çox zərər çəkən isə avtomobil satan şirkətlərdir: "Vətəndaş təzə avtomobil alır, keyfiyyətsiz benzindən istifadə edir, qısa müddətdə mühərrik sıradan çıxır, zəmanəti olduğu üçün şirkətə gəlirlər ki, maşının mühərriki çalışmır, bunu dəyiş. Keyfiyyətsiz benzin səbəbindən böyük zərərə düşürlər".

İstehlakçını aldadırlar

E.Hüseynov deyir ki, şikayətlər daha çox benzinin keyfiyyətsiz olması, YDM-lərin benzinin miqdarını səhv göstərməsindədir: "Vətəndaşın benzin çəni 44 litr tutduğu halda ona 50 litr benzin vurmuşdular. Vətəndaş çənin tutumunu və YDM-dən verilən çeki təqdim etdi, biz araşdırma apardıq. Hazırda bazarda bu vəziyyətin yaranmasının səbəbi odur ki, ictimai nəzarət yoxdur, YDM-lər istehlakçını aldadırlar. Vətəndaşlar bundan əzab çəkir, avtomobillər sıradan çıxır. Biz bu məsələni qaldırırıq, amma yenə də faydası yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1260   Tarix: 06 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə

20 sentyabr
.

Telefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?

Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi

20 sentyabr
.

Başları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto

ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y

19 sentyabr
.

Öldüyü bilinən qadın qəfil dirildi

Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr

22 sentyabr
.

Göbək nahiyəsinə masajla böyrək daşlarını çıxardığını iddia edən şəxsin görüntüləri müzakirə yaratdı - VİDEO

"Böyrək daşı tökürəm" deyərək nümayiş etdirilən görüntülər sosial şəbəkələrdə diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki,kadrlarda bir şəxsin göbək nahiyəsinə müxtəlif hərəkətlərlə masaj etdiyi, daha sonra isə ovucunda saxladığı daşabənzər kiçik parçaları qaba qoyduğu görünür. Şəx

18 sentyabr
.

Bananı qətiyyən bunlarla birlikdə yeməyin

Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard

19 sentyabr
.

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri

20 sentyabr
.

Maqnitlə işləyən soyuducu - qazsız soyudur

Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori

22 sentyabr
.

Özcan Dənizdən "Kalp yarası" ilə bağlı maraqlı AÇIQLAMA: "Sezen Aksu məni inandırdı"

Türkiyəli müğənni və aktyor Özcan Deniz ötən axşam Girnədə yerləşən otellərdən birində səhnəyə çıxıb. yerli mediaya istinadla xəbər verir ki, sənətçi konsert zamanı 35 illik karyerasından danışıb. Özcan Deniz bu illər ərzində çoxsaylı film, serial və mahnılara imza atdığını deyib:. "35 il dolu keçdi

21 sentyabr