"Növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımız iki dəfə artıracağıq" - DEPUTAT
"Aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları keçirilib. Prezident İlham Əliyevin çıxış edərək deyib: "Bu gün Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək".
Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Anatoliy Rafailov bildirib.
Deputat qeyd edib ki, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcə qənaət etmək imkanı yaranacaq və həmin qazı ixraca yönəldəcəyik:
"Biz öz sərmayələrimizlə fəal şəkildə inkişaf edirik. Ermənistan işğalından azad edilmiş Şərqi Zəngəzur və Qarabağ ərazilərində su elektrik enerjisi potensialına gəldikdə, biz artıq 270 meqavatlıq su elektrik stansiyalarını qurmuşuq. Artıq 30-dan çox kiçik su elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6.5 giqavatlıq enerji potensialı yaranacaq. Sizi, sadəcə, məlumatlandırmaq üçün deyə bilərəm ki, bu gün Azərbaycanın yaradılmış imkanları 8 giqavatdan çoxdur. Beləliklə, biz növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialımızı demək olar ki, iki dəfə artıracağıq".
Deputat vurğulayıb ki, bu addımlar göstərir ki, Azərbaycanın enerji siyasəti artıq yalnız təbii sərvətlərə deyil, eyni zamanda uzunmüddətli strateji baxışa və yaşıl enerji keçidinə əsaslanır
"Prezidentin çıxışında səsləndirilən 6.5 giqavatlıq hədəf təkcə enerji təhlükəsizliyinin gücləndirilməsi deyil, həm də ixrac imkanlarının genişləndirilməsi baxımından önəmlidir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar onu regionda yaşıl enerji mərkəzinə çevirməyə qadirdir.
Azərbaycanın bu strategiyası həmçinin ölkənin beynəlxalq enerji bazarındakı mövqeyini yenidən müəyyənləşdirir. Ənənəvi qaz ixracatçısı olan Azərbaycan, indi eyni zamanda yaşıl enerji ixracatçısı roluna iddialıdır. Bu dəyişiklik, xüsusilə Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi strategiyasına uyğundur və Cənub Qaz Dəhlizinə yaşıl enerji dəhlizi ilə əlavə dəyər qatır.
Digər tərəfdən, bu təşəbbüslər Azərbaycanın iqlim dəyişikliklərinə qarşı qlobal mübarizəyə verdiyi konkret töhfədir. 2030-cu ilə qədər planlaşdırılan 8 giqavatdan artıq enerji gücü ilə Azərbaycan yalnız daxili tələbatı təmin etməklə kifayətlənməyəcək, həm də enerji ixracını əhəmiyyətli şəkildə artıracaq. Bu isə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək və ölkənin uzunmüddətli dayanıqlı inkişaf məqsədlərinə xidmət edəcək.
Bütün bu tədbirlər Azərbaycanın enerji siyasətini iqtisadi amillərlə yanaşı geosiyasi bir alət kimi istifadə etdiyini nümayiş etdirir. Bu vasitə ilə ölkə həm regionda, həm də qlobal səviyyədə təsir gücünü artırmağa davam edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Aç qurd sürüsü gecə yarısı fermaya girdi: iti parçaladılar - VİDEO
Paytaxtın iki böyük bağı birləşdirildi
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq