Rövşən Rüstəmovun işçiləri ÖZBAŞINA QALIB... - Hətta naziri belə eşitmirlər...

Rövşən Rüstəmovun işçiləri ÖZBAŞINA QALIB... - Hətta naziri belə eşitmirlər..."Mən Eldar Güləliyev Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastrktur Departamentinin 1 nömrəli işarəvermə və rabitə sahəsinin XAZ sexinin böyük mexaniki işləyirdim. Mən tərəfdən istifadə olunması üçün mühafizə olunan dəmir yolu keçidi üçün 900 metr kabel lazım idi. Mən bu barədə idarənin rəisi Elxan İsmayılova müraciət etdim. Mənə bildirdi ki kabel yoxdur. Halbuki dövlətimiz tərəfindən izolyasiya olunmuş külli miqdarda qiyməti olan kabellərlə təmin olunublar..."

Hurriyyet.az xəbər verir ki, bu barədə hüquqları tapdanan ADY əməkdaşının etdiyi müraciətdə deyilir.

Müraciət müəllifi daha sonra bildirir: "İnsanların həyatı təhlükədə olduğu üçün mən məcbur qalıb bu barədə ölkə başçısına şikayət ünvanladım. Bundan sonra Elxan İsmayılov mənə kabellərlə təmin etdi. Lakin iclasda bildirdi ki, "nə olsun sən prezidentə şikayət etmisən, istəyirsən lap Səddam Hüseynə şikayət et, burda qanun mənəm".

Bundan sonra şikayət etdiyim üçün məni işdən azad etdilər, mənə düşən əmək haqqımın 5 misli miqdarında kompensasiyanı da vermədilər. İnsan resursları departamentinin rəhbəri Sevinc Məmmədova və Nahid Bədirov mənə dedilər ki, get hara istəyirən şikayət et. Hətta 2 ay ərzində mənim əmək kitabçamı da qaytarmadılar. Mən 42 il stajlı dəmiryolçulayam, iş daimi işdir, lakin məcburiyyət qarşısında mənə müddətli müqavilə imzalatdırıblar. Və işəgötürən Elxan İsmayılovun yaxın dostu Qəzənfər Abduləzimov bundan sui-istifadə edərək mənim müqaviləmə xitam verdi..."

Mən 31.01.2025 tarixində Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rəşad Nəbiyevin Qusarda keçirilən qəbuluna getdim, ona hər şeyi izah etdim. Cənab nazir mənə bildirdi ki, sizin kompensasiyanız ödəniləcək və bu işi nazirliyin insan resursları şöbəsinin rəisi Renat Rüstəmova tapşırıldı. Həmin şəxs mənimlə əlaqə saxlayıb soruşdu ki, sizə nə qədər pul ödənilməlidir? Mən də dedim ki, əmək haqqımın 5 misli, yəni 5000 manat. Dedi yaxşı, Elxanla danışaram. 2 gündən sonra isə mən ondan məktub aldım. Məktubda qeyd olunurdu ki, bunun bizə aidiyyatı yoxdur, get məhkəməyə müraciət et. (Həmin məktubu da sizə təqdim edirəm). Mən ona zəng edib soruşdum ki, ay müəllim bu nə məktubdu mənə göndərmisiz, bəyəm nazir bilmir bunun kimə aidiyyatı var, axı o mənə camaatın içində söz verdi ki, pulun ödəniləcək. Renat Rüstəmov mənə cavab verdi ki, bəs o məktubu ele-belə göndərmişəm, sənin pulun ödəniləcək.

Qeyd edim ki, mən 03.02.2025 tarixdə Həmkarlar İttifaqları Konfederasiyasının Sədri Sahib Məmmədovun qəbulunda olmuşam, ona da müraciət etmişəm. O mənə söz verdi ki, biz tərəfədan sənə 42 il stajlı dəmiryolçu olduğun üçün 1000 manat ödəniləcək. 1000 manat mənə ödənildi və bildirildi ki, bu sırf AHİK tərəfindən ödənilir və nazirin vəd etdiyi 5 misli ilə əlaqəsi yoxdur.

Sonradan Renat Rüstəmov AHİK-dən verilən pula şərik çıxmaq istədi. Zəng edib məndən soruşdu ki, nə oldu sənə pul ödənildi? Dedim o pul 1000 manatdır AHİK tərəfindən ödənilib, onun sizə aidiyyatı yoxdur. Dedi ki, yox əslində sənə heç o da düşmür, müraciət etmisən deyə sənə onu veriblər. Dedim ay müəllim, nazir özü mənə söz verib, siz adi işçisiz, siz necə qərar verə bilərsiz ? Həm də əgər düşmürsə, mənə göndərdiyiniz məktubda elə onu yazardız da, niyə yazırsız bizə aidiyyatı yoxdur?! Həm də əgər qanunla mənə o pul düşmürsə bəs 1000 manat niyə verilib? O sualıma cavab verə bilmədi. Ondan sonra daha mənim zənglərimə də cavab vermir. Görünür, pulun qalan hissəsini öz aralarında bölüşdürüblər.

Görünür nazirin verdiyi sözə əhəmiyyət verən yoxdur, onun tapşırıqları yerinə yetirilmir..."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 774   Tarix: 07 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın müdafiə naziri Türkiyə və Qətərə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə və Qətərin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Əlahəzrət Şeyx Saud bin Əbdülrəhman bin Həsən Al Taniyə başsağlığı verib. Azərbaycanın Müdafiə Nazirliyində

22 mart
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanda martın 26-da havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhə

25 mart
.

Ölən şəxsin pensiyası ilə bağlı təklif

"Dünyasını dəyişən şəxslərin pensiya kapitalının bir hissəsinin onun vərəsəsinə ödənilməsinin tərəfdarıyıq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu, həm pensiya kapitalının toplanması, daha səmərəli istifadə edilməsi, həm də vətəndaşlarımızı

22 mart
.

Altı yaşlı uşağa işgəncə verən ögey atanın cinayət işi: "Bu dəqiqə yemək hazırlamasan..." - FOTO

Bakıda 6 yaşlı ögey övladını yuxudan oyadıb xüsusi amansızlıqla döyərək öldürməyə cəhd edən Rəşad İsmayılovun cinayət işinin bəzi detalları məlum olub. "Unikal"a istinadən xəbər verir ki, istintaqla Rəşad İsmayılovun xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, köməksiz vəziyyətdə olan şəxs

26 mart
.

Şahmat və Din: Qadağa mifi, zəkanın mənəvi coğrafiyası - Adəm İsmayıl BAKUVİ

Şahmat - taxta üzərində qurulmuş səssiz kainatdır. Orada zaman ölçülür, iradə sınaqdan keçirilir, zəka isə məsuliyyətlə üz-üzə qalır. Hər fiqur bir taledir, hər gediş bir qərardır, hər səhv isə bir aqibətdir. İnsanlıq minillərdir bu oyunu oynayır, lakin minillər boyu bir sual da insan düşüncəsini məşğu

21 mart
.

Borca görə ana və oğlunu döyüb - Bunu da etdi - Foto

Şəmkir rayonunda dava nəticəsində iki nəfər xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb. 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev və onun anası 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə

23 mart
.

Azərbaycanda toyda bu adət DƏYİŞDİ - VİDEO

Sosial şəbəkələrdə yayılan maraqlı bir toy görüntüsü qısa zamanda gündəm olub. xəbər verir ki, videoda ənənəvi olaraq gəlinin gül atması mərasiminə fərqli yanaşma sərgilənib və bu, izləyicilərin diqqətindən yayınmayıb. Belə ki, adətə uyğun olaraq gəlin gülü subay qızlara atmaq əvəzinə, bu dəfə suba

24 mart
.

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, dumanlı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin 500-100 metrədək məhdudlaşacağı gözlənilir. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə xəbərdarlığında deyilir. "Məlumdur ki, dumanlı hava sürücünün görünüş dairəsin

24 mart
.

Azərbaycan ali təhsildə tarixi uğura imza ATDI

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb. xəbər verir ki, 2026-cı ilin "QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi"ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminə

25 mart