MILYONLUQ TENDERLƏR MƏRHUM NAZİRIN AİLƏ ŞIRKƏTİNƏ VERİLİR- Rəqəmlər ACIQLANDI

MILYONLUQ TENDERLƏR MƏRHUM NAZİRIN AİLƏ ŞIRKƏTİNƏ VERİLİR- Rəqəmlər ACIQLANDIİqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidməti növbəti iri məbləğli müqavilə imzalayıb.

DVX-nin bu dəfə müqavilə imzaladığı şirkət "Cybernet" MMC olub.

2025-ci il üzrə AVİS2 6-cı mərhələsi (reliz 6) üzrə yeni platforma bazasında altsistemlər və modulların funksional bölmələrin analizi, proqramlaşdırılması və istifadəçilər üçün təlimat hazırlanması ilə bağlı imzalanan müqavilənin dəyəri 4,3 milyon manat olub.

Şirkət təkcə 2025-ci ildə DVX-dən 13 milyon 992 min 974 manat dəyərində sifariş qəbul edib.

Qeyd edək ki, bu, tərəflər arasında imzalanan ilk çoxmilyonluq müqavilə deyil.

Dövlət satınalmaların vahid interent portalındakı məlumatlara əsasən, 2019-cu ildən bəri tərəflər arasında 2.3 milyonluq, 7.3 milyonluq, 7.2 milyonluq, 2.4 mlyonluq, 6.8 milyonluq, 1.8 milyonluq, 5.6 milyonluq, 8.9 milyonluq, 6.1 milyonluq, 4.1 milyonluq, 6.5 milyonluq və başqa müqavilələr imzalanıb.

Bunlardan əlavə tərəflər arasında dəyəri milyon manatdan az olan bir neçə müqavilə də imzalanıb.

Həmçinin şirkət, İqtisadiyyat Nazirliyinin tabeliyindəki başqa qurumların da bir neçə milyonluq tenderlərinin qalibi olub.

Qeyd edək ki, 2004-cü ildə yaradılan MMC, 10 000 manat nimzanamə kapitalına sahibdir və qanuni təmsilçisi Əmirov Emil Etibar oğludur.

Şirkət dövlət qeydiyyatına alınan zaman hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, ev. 102 ünvanı olub.

Araşdırmalarımız zamanı məlum olub ki, eyni ünvanda 4 ay sonra başqa bir şirkət də dövlət qeydiyyatına alınıb - "AtaTexnologiya" MMC.

Qeyd edək ki, "AtaTexnologiya" MMC də 2004-cü ildə yaradılıb. Bu şirkət də Maliyyə Nazirliyinin və İqtisadiyyat Nazirliyinin bir neçə tenderlərində qalib seçilib. AtaTexnologiya" MMC Fazil Məmmədova məxsus olan "Ata Holdinq" MMC tərəfindən yaradılıb.

"Cybernet" MMC-nin adına "Snergy Group"a daxil olan şirkətlərin siyahısında rast gəlinir.

Onu da əlavə edək ki, "Snergy Group" MMC 50 milyon manat nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi Binəqədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Xaləddin İsgəndərovun oğlu və sabiq vergilər naziri Fazil Məmmədovun bacısı oğlu Elnur İsgəndərovdu.

Araşdırmalarımız zamanı məlum olub ki, Dövlət Vergi Xidmətinin milyonluq müqavilələr bağladığı şirkətlərdən biri də "Caspel" MMC-dir. MMC 2019-cu ildən bəri Dövlət Vergi Xidməti ilə 12 ədəd milyonluq müqavilə imzalayıb. (3.418.607 mln, 1.139.215 mln, 2.754.139 mln, 12.863.835 mln, 1.482.800 mln, 1.052.350 mln, 1.118.923 mln, 1.021.384 mln, 2.369.960 mln, 2.657.985 mln, 1.697.312 mln, 2.687.639 mln - ilk ikisi Vergilər Nazirliyi ilə)

Bundan əlavə də digər qurumların milyonluq tenderlərində qalib seçilib.

Qeyd edək ki, "Caspel" MMC 1 146 020 manat nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi, Fazil Məmmədovun kürəkəninin qardaşı Ceyhun Məhi oğlu Quliyevdir. Bu baxımdan, zaman-zaman şirkətin Fazil Məmmədova məxsus olduğu barədə məlumatlar yayılıb. Bu məlumatlar indiyə qədər təkzib edilməyib./Valyuta.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1122   Tarix: 07 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"

22 sentyabr