Niyə məşhurlar gündəm olmaq üçün ailə və məişət mövzularından istifadə edirlər? - AÇIQLAMA
Ötən günlərdə aparıcının efirdə atasız qızlarla bağlı səsləndirdiyi fikirlər tənqid olundu. Bu yaxınlarda isə müğənnilərdən biri deyib ki, "Kişi səhv etmək üçün, qadın da onu bağışlamaq üçün yaranıb". Sanki bunların hamısı sadəcə gündəmə gəlmək üçün atılan addımlardır. Bəs görəsən niyə məşhurlar gündəm olmaq üçün məhz məişət mövzularından istifadə edirlər?
Sosioloq Lalə Mehralı bu barədə Sonxeber.az -a açıqlama verib:
"Bu fikirləri sırf gündəmdə qalmaq üçün səsləndirənlər olsa da, öz real fikirlərini dilə gətirənlər də az deyil.
Məşhurlar, aparıcılar efirlərdə ona görə məişət mövzularına müraciət edirlər ki, insanların əksəriyyəti bu mövzulara maraq göstərir. İntellektual bir verilişlə şou-biznesin rəzilliklərini nümayiş etdirən veriliş arasında seçim edənlərin əksəriyyəti ikincini seçir. Mədəni, intellektual verilişləri izləyən tamaşaçıların sayı isə digərlərinə baxan tamaşaçıların sayından qat-qat azdır. Bu zövqü də elə televiziyalar formalaşdırıb. Onlar bu üsullarla gündəmdə qalmağı bacarırlar.
Ümumiyyətlə qadın və kişini müqayisə etmək, tərəziyə qoymaq, bərabərliyi təyin etmək və.s boş insanların işidir. Qadın və kişi bərabər olmamalıdır. Qadının funksiyasını kişi, kişinin funksiyasını da qadın yerinə yetirə bilməz. Buna görə də onların müqayisəsi hər zaman qalmaqal yaradır. Bu, heç vaxt həlli mümkün olmayan bir müqayisədir.
Hər hansı fikri sadəcə nəysə demək naminə səsləndirən insanların efirdə yeri olmamalıdır. Efir məsuliyyət deməkdir. O məsuliyyəti dərk etdikdən sonra efirə çıxmaq olar. Bu gün efirdə öz məsuliyyətini dərk edən aparıcıların sayı bir əlin beş barmağını keçmir. İntellekti, zəkası, düşünmə qabiliyyəti olan çox az sayda aparıcı var. Qalanları isə hansı yolla aparıcı olduğu, məqsədi bilinməyən insanlardır. O insanların hər hansı sözünü ciddiyə alıb qalmaqal etməyin özü də mənasızdır. Həmin şəxslər bu qalmaqallar sayəsində axtardıqları məşhurluğa çatırlar. Odur ki, bəzi hallarda etinasız yanaşmaq lazımdır".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1437 Tarix: 07 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI
Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu
23 sentyabrBank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi
24 sentyabrTamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir
Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela
23 sentyabrYağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
23 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrQadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı
Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind
23 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabrSabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabr