Qadının sizi ciddi qəbul etmədiyini göstərən 6 ƏLAMƏT

Qadının sizi ciddi qəbul etmədiyini göstərən 6 ƏLAMƏTO mehriban, zərifdir, vaxtınızı bir yerdə keçirirsiniz, amma nədənsə içəridə bir narahatlıq hiss edirsiniz. Düşünürsünüz: bu sadəcə onun ünsiyyət tərzidir, yoxsa siz onun üçün yalnız keçici bir variantsınız? Əgər bir qadın sizi ciddi münasibətlər üçün düşünmürsə, bunu onun davranışlarından başa düşmək olar.

Lent.az qadınlarla bağlı bu maraqlı məlumatları sizə təqdim edir:

1. Siz onun prioriteti deyilsiniz
Ekspertin fikrincə, bunu qadının davranışından aydın görmək olar. Siz daim onun sizə vaxt ayırmasını gözləyirsiniz.

"Əgər onun cədvəli həmişə doludursa və görüşlər yalnız ona rahat olanda baş verirsə, deməli, siz onun üçün birinci yerdə deyilsiniz", – deyə kouç izah edir.

2. O, sizi öz həyatına buraxmır
Siz onun planları, dostları və ailəsi haqqında demək olar ki, heç nə bilmirsiniz. Əgər siz bir neçə aydır görüşürsünüz, amma hələ də onun yaxın çevrəsi ilə tanış deyilsinizsə, bu, ciddi siqnaldır.

"Amma tələsik nəticə çıxarmayın. Bəzən qadın sadəcə sizə güvənmək üçün daha çox zamana ehtiyac duyur. Bu barədə sakit və səmimi şəkildə danışmaq lazımdır", – məsləhət görür mütəxəssis.

3. O, emosional yaxınlıqdan qaçır
Fiziki yaxınlıq mümkündür, amma söhbət hisslərdən və gələcək planlardan gedəndə ya mövzunu dəyişir, ya da zarafata salır.

4. O, qarışıq siqnallar verir
Bəzən çox maraqlı və qayğıkeş olur, bəzən isə tam laqeyd. Bir gün sizə sevgi dolu mesaj yazır, sonra isə bir neçə gün yoxa çıxır.

"Bu, çox zaman ‘isti-soyuq oyunu’dur. Bu, onun hisslərinə əmin olmadığını və ya ümumiyyətlə ciddi bir şey istəmədiyini göstərir".

5. Sizinlə gələcək planları qurmur
Birgə istirahət və ya hətta həftə sonu planları haqqında danışanda konkret cavabdan qaçır. Hətta razılaşsa belə, bunu istəksiz şəkildə edir.

6. O, hələ də başqalarını axtarır
Əgər o hələ də tanışlıq saytlarından istifadə edirsə, sosial şəbəkələrdə flirt etdiyi "dost"ları çoxdursa və ya sadəcə deyirsə: "Mən hələ ciddi münasibətlərə hazır deyiləm" – bu, onun sizi əsas namizəd kimi görmədiyini göstərir.

Nə etməli?
Özünüzə səmimi şəkildə sual verin: bu münasibət formatı sizi qane edirmi?

Onun davranışına bəhanə axtarmayın ("o sadəcə ciddi münasibətlərdən qorxur" – xeyr, qorxmur, sadəcə sizinlə istəmir). Əgər siz ciddi münasibət istəyirsinizsə bu barədə danışın. Əgər cavablar qeyri-müəyyəndirsə nəticə çıxarın.

"Ən önəmlisi – siz kiməsə ciddi münasibət üçün ‘layiq olduğunuzu’ sübut etməli deyilsiniz. Əgər qadın sizi gələcək partnyor kimi görmürsə, bu o demək deyil ki, siz sevgiyə layiq deyilsiniz. Sadəcə bu qadın sizin insanınız deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1093   Tarix: 07 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Azərbaycanın metallurgiya xəritəsi yenidən cızılır: 5,3 milyard manatlıq Dövlət Proqramı nə vəd edir?

Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun inkişafı istiqamətində növbəti mühüm mərhələ başlayır. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirəd

23 sentyabr
.

Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi

23 sentyabr
.

Şəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI

Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar

22 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Pulsuz metro tıxacları azaldacaq?

Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas

23 sentyabr
.

Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq

"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"

22 sentyabr