13 gün iş olmadı, xərclər 165 milyon manat azaldı

13 gün iş olmadı, xərclər 165 milyon manat azaldıBu ilin I rübündə xəzinədarlıq orqanları tərəfindən 320 mindən çox ödəniş tapşırığı yerinə yetirilib və dövlət büdcəsinin gəlirləri artıqlaması ilə icra olunub.

Sonxeber.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 9 733,4 milyon manat təşkil edib ki, bu da rüblük proqnozdan 171,4 milyon manat və ya 1,8 % çoxdur.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 4 380,6 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 1 430,5 milyon manat, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 10,4 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 136,7 milyon manat və sair daxilolmalar 154,9 milyon manat təşkil edib.

Dövlət Neft Fondundan transfert isə 3 620,3 milyon manat həcmində olub.

I rübdə üzrə dövlət büdcəsinin xərcləri 8 280,0 milyon manat proqnoza qarşı 8 115,0 milyon manat, yəni 98 % icra edilib. Bu ilin yanvar-fevral aylarında dövlət büdcəsi xərclərinin artıqlaması ilə icra edilməsinə baxmayaraq, mart ayında iş günlərinin sayının az olması səbəbindən (13 iş günü) xərclər I rübün proqnozuna qarşı 2 %, yəni 165 milyon manat az yerinə yetirilib.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1611   Tarix: 08 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Brent neftinin qiyməti bir qədər aşağı düşdü

Neft qiymətləri, Yaxın Şərqdəki münaqişənin gərginləşməsi ilə bağlı narahatlıqlar səbəbindən əvvəlki gün güclü bir artımdan sonra cümə axşamı səhər bir qədər aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçersləri əvvəlki bağlanışdan 0,3

10 sentyabr
.

Azərbaycan Dominikandan siqar idxalını 10 dəfə artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 745 min ABŞ dolları dəyərində 2,02 milyon ədəd siqar (tərkibində tütün olan, ucları kəsilmiş və nazik) idxal edib. -n Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind

24 sentyabr
.

Azərbaycana İrlandiyadan pul köçürmələri 7 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycana xaricdən köçürülmüş 748,5 milyon ABŞ dolları vəsaitin 356,65 milyon ABŞ dolları Rusiyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 % çoxdur. Yanvar-iyun aylarında ölkəyə daxil olan pu

15 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 101,74 dollar/barelə çatıb

Bazar iştirakçıları Yaxın Şərqdəki vəziyyəti və onun həlli perspektivlərini qiymətləndirərkən, neft qiymətləri çərşənbə axşamı səhər dörd günlük enişdən sonra yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışl

22 sentyabr
.

Azərbaycanda elektron satınalmaların dəyəri 2,3 milyard manatı ötüb

Azərbaycanda bu ilin yanvar-iyul aylarında keçirilmiş elektron satınalmaların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 0,3 % artaraq 4 596 olub. bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir. Məlumata görə, elektron satınalmaların məbləğ

14 sentyabr
.

İranda YANACAQ BÖHRANI: Azərbaycana necə təsir edəcək?

İranda yanacaq böhranının dərinləşməsi və benzinin bahalaşması regionun enerji bazarına da təsir göstərə bilər. Xüsusilə enerji qiymətlərindəki dəyişikliklər, sərhədyanı ticarətin həcmi, logistika xərcləri və idxal olunan məhsulların qiymətləri baxımından Azərbaycan üçün müəyyən risklər yarana bilər

11 sentyabr
.

Qeyri-neft-qaz sektorunda ÜDM istehsalı artıb

Bu ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında istehsal olunan ümumi daxili məhsulun (ÜDM) həcmi 87 709,5 milyon manat təşkil edərək ötən ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz artıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlav

9 sentyabr