Yaponiyada insan daşıya bilən robot icad edildi - VİDEO
Yaponiya texnologiya nəhəngi "Kawasaki" robototexnika sahəsində sərhədləri aşan yeni layihəsi ilə gündəmdədir.
Ölkə.az xəbər verir ki, şirkət təkcə yerişi ilə deyil, həm də insan daşıma qabiliyyəti ilə diqqət çəkən dördayaqlı robot "Corleo"nu təqdim edib.
Ənənəvi robot it dizaynlarından kənara çıxan "Corleo" güclü quruluşu sayəsində insanı kürəyində daşıya bilir. Həm sənaye istifadəsi, həm də gündəlik həyat üçün hazırlanmış bu yüksək texnologiyalı robot xüsusilə dar məkanlarda və çətin ərazilərdə effektiv hərəkətlilik təklif edir.
"Corleo"nun ən diqqət çəkən xüsusiyyəti hidrogen yanacağı ilə işləməsi və insanları daşıyacaq qədər güclü bir quruluşa sahib olmasıdır. Bu yolla "Corleo" həm ekoloji cəhətdən təmiz texnologiyalara, həm də inkişaf etmiş daşıma qabiliyyətinə malik nadir robotlardan biridir.
Bildirilir ki, "Corleo" təkcə robototexnika layihəsi deyil, həm də gələcəkdə şəhər hərəkətliliyinin bir hissəsi ola bilər. Xüsusilə yaşlı insanlar və ya hərəkət qabiliyyəti məhdud olanlar üçün şəxsi nəqliyyat vasitəsi olmaq potensialına malikdir.
Şirkət rəsmiləri robotun hələ də inkişaf mərhələsində olduğunu və yaxın gələcəkdə əlavə sınaqlardan keçəcəyini açıqlayıb. Bu texnologiya dünyasında təkcə robot deyil, həm də insan həyatını asanlaşdıracaq ağıllı köməkçi kimi görünür.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 1086 Tarix: 08 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrTelefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrÖldüyü bilinən qadın qəfil dirildi
Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr
22 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabr