İşdə "qıcıqlandırıcı" musiqi əməkdaşlara necə təsir edir?
İş yerində "qıcıqlandırıcı" musiqi əməkdaşlarda koqnitiv tükənməyə gətirib çıxarır, bu da onları səhvlər etməyə vadar edir.
Oxu.Az-ın "Gazeta.ru"ya istinadən xəbərinə görə, ABŞ-nin Ohayo Universitetinin alimləri bu qənaətə gəliblər.
Araşdırmanın nəticələri "Journal of Applied Psychology" jurnalında dərc olunub.
Bildirilir ki, musiqini ən çox ticarət mərkəzlərinə, fitnes zallarına və ictimai iaşə müəssisələrinə baş çəkərkən eşitmək olar. Kompozisiyaların seçimi müəssisənin konsepsiyasından, hədəf auditoriyadan, günün vaxtından və digər amillərdən asılıdır, lakin demək olar ki, bütün hallarda bu, müştərilərə yönəldilib. Eyni zamanda melodiyaların sayı çox vaxt məhdud olur və məhz əməkdaşlar demək olar ki, hər gün onları dinləmək məcburiyyətində qalırlar.
Musiqinin əmək məhsuldarlığına və işçilərin psixoloji vəziyyətinə necə təsir etdiyini öyrənmək üçün alimlər 166 könüllünün iştirakı ilə araşdırma aparıblar. Təcrübədən əvvəl iştirakçılar musiqinin səsinin yüksəkliyi, sürəti, mürəkkəbliyi və emosional məzmunu ilə bağlı üstünlük verdikləri məqamları bildiriblər.
Daha sonra iştirakçılardan iki növ musiqi seçimindən birini dinləyərkən yaradıcı tapşırığı yerinə yetirmələri xahiş olunub. İlk pleylistə orta mürəkkəblikdə əyləncəli, şən pop-kompozisiyalar daxil olub. Digər seçim daha yavaş, "kədərli", aşağı səslə çalınan melodiyalardan ibarət olub.
Nəticələr göstərib ki, iştirakçılar musiqinin qıcıqlandırıcı olduğunu düşündükləri zaman çox vaxt koqnitiv tükənmə - zehni yorğunluq hissi keçiriblər. Bu problem xüsusilə "stimulları seçmə qabiliyyəti olmayan" insanlar adlanan şəxslərdə daha kəskin şəkildə özünü göstərib. Alimlər izah ediblər ki, "stimul seçimi" birdəfəyə bir sensor məlumat mənbəyinə diqqəti cəmləmək qabiliyyətidir. Diqqətini cəmləməkdə çətinlik çəkənlər tez-tez uyğun olmayan musiqi səbəbindən əhvali-ruhiyyələrinin və iş qabiliyyətlərinin aşağı düşdüyünü ifadə ediblər.
Həmçinin məlum olub ki, "əsəbiləşdirici" kompozisiyaları dinləyərkən iştirakçılar daha ləng düşünüblər, tez-tez şirkətə zərər verən hərəkətlər ediblər və az hallarda uğurlu həll yollarını tapıblar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 821 Tarix: 08 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
İnsan orqanizminin qocalmasının bütün həyat boyu eyni sürətlə getmədiyi məlum olub. Alimlər müəyyən ediblər ki, bəzi orqan və toxumalarda qocalma prosesi müəyyən yaş dövrlərində daha da sürətlənir. xarici mediaya istinadla xəbər verir ki, araşdırmaya əsasən, insan orqanizmində nəzərəçarpacaq dəyişikliklə
20 sentyabrTelefon şarjda olarkən yanında yatmaq təhlükəlidirmi?
Telefonun şarjda olarkən yanında yatmağın sağlamlığa zərərli olması ilə bağlı çoxsaylı fikirlər yayılıb. Həkimlər isə bildirirlər ki, bu mövzuda ən böyük risk radiasiyadan deyil, daha çox elektrik, qızma və nasaz şarj cihazlarından qaynaqlanır. xəbər verir ki, bu günə qədər aparılan araşdırmalar mobi
20 sentyabrBaşları bitişik doğulan siam əkizləri bir-birindən ayrıldı - Foto
ABŞ-də cərrahlar Siam əkizi olan 2 yaşlı bacıları bir-birindən ayırıblar. "Qafqazinfo" "NBCNews"a istinadən xəbər verir ki, bacılar başları bitişik halda doğulublar. Məlumata görə, Hiyab və Vuhbto bacıları Efiopiyada dünyaya gəliblər. Daha sonra onlar əməliyyat olunmaq üçün ABŞ-y
19 sentyabrÖldüyü bilinən qadın qəfil dirildi
Çinin şimalındakı Hebey əyalətində qeyri-adi hadisə baş verib. Ailəsi tərəfindən öldüyü düşünülən 70 yaşlı qadın qəfil dirilib. xarici mediaya istinadla xəbər verir ki, qadın uzun illər beyin trombozu və xərçəng xəstəliyindən əziyyət çəkib. Həkimlər şişin müalicəsinin mümkün olmadığını bildirdikdən sonr
22 sentyabrBananı qətiyyən bunlarla birlikdə yeməyin
Banan tərkibindəki vitamin və minerallar sayəsində həzm sisteminin nizamlı işləməsinə və bağırsaq hərəkətliliyinin dəstəklənməsinə töhfə verən meyvələr arasındadır. Gündəlik qidalanmada tez-tez istehlak edilən bu meyvənin bəzi qidalarla birlikdə yeyilməsi isə xüsusilə həssas orqanizmə sahib olanlard
19 sentyabrEşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
Mətbəx siyirtmələrinin içini alüminium folqa ilə örtmək üsulu sosial şəbəkələrdə yayılan ev baxımı praktikaları sırasına daxil olub. Bu üsul siyirtmə səthlərini nəmdən və yemək qalıqlarından qorumaq, təmizliyi asanlaşdırmaq və siyirtmənin içindəki işığı artırmaq məqsədilə istifadə olunur. xəbər veri
20 sentyabrMaqnitlə işləyən soyuducu - qazsız soyudur
Almaniyada fəaliyyət göstərən "Magnotherm" startapı məhsulları ənənəvi soyuducu qaz əvəzinə maqnit sahəsinin köməyi ilə soyudan yeni soyuducu hazırlayıb. -ın xarici mediaya istinadən xəbərinə görə, Darmştadt Texniki Universitetinin bazasında yaradılan şirkətin hazırladığı sistem maqnitokalori
22 sentyabr